Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhəmməd xan Təkinski
Məhəmməd xan Təkinski (1880, Aşqabad qəzası[d], Rusiya imperiyası – 18 mart 1938) — Azərbaycanlı siyasətçi, diplomat, dövlət xadimi. İxtisasca ali təhsilli hüquqşünasdır. == Həyatı == Məhəmməd xan Təkinski 1879 və yaxud 1880-ci ildə Mərkəzi Asiyada Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olsa da, Naxçıvanda böyüyüb boya-başa çatmış, Kəngərlilər nəslinin nümayəndələrindən biri olan Ehsan xanın oğulluğu olmuşdur. Son illərə qədər onun doğum tarixi dəqiq məlum olmasa da, tədqiqatçı Ataxan Paşayevin Odessa vilayətinin dövlət arxivində apardığı araşdırmalar nəticəsində Təkinskinin İmperator Novorosiysk Universitetinin hüquq fakültəsinin tələbəsi olarkən hazırlanmış şəxsi işini aşkarlaması bu suallara aydınlıq gətirmişdir. Tədqiqatçı A. Paşayev "Məhəmməd xan Təkinski kimdir?" adlı məqaləsində yazır ki, Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri haqqında verilmiş məlumatda M. Təkinskinin atasının adı qrafasında "Ehsan xan Təkinski", qəyyumu adlı qrafada "Cəfərqulu xan Naxçıvanski" göstərilmiş, milliyyəti "türkmən", dini etiqadı "müsəlman", təvəllüdü "1879-cu il" qeyd olunmuşdur. 1881-ci il yanvar ayının 12-si günü baş vermiş rusların türkmənlərlə Göytəpə qalasını ələ keçirmək uğrunda apardıqları mübarizə zamanı bütün qohumları rus əsgərləri tərəfindən məhv ediləndə, onu bir saman tayasının yanında rus ordusunun polkovniki olan II Ehsan xan tapmış və oğulluğa götürmüşdür. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin yazdığına görə sonralar Naxçıvana gələn II Ehsan xan bu uşağı da özü ilə bərabər gətirmişdir. Gələcəkdə Azərbaycan tarixində özünəməxsus rol oynayacaq Məhəmməd xan Təkinski Cəfərqulu xan, Rəhim xan və Hüseyn xan Naxçıvanskilərin əhatəsində böyümüşdür. === Təhsili === Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə isə Odessada yerləşən İmperator Novorosiysk Universitetinin hüquq fakültəsini bitirən Məhəmməd xan Təkinskininin 1918-ci ilə qədərki fəaliyyəti ilə bağlı məlumatlar demək olar ki, yox səviyyəsindədir. Bu universitetdə Naxçıvanın XX əsr tarixində rol oynamış digər görkəmli simalar – Azərbaycan Xalq Cumhuriyyətinin Batumdakı konsulluğunun katibi olmuş Əziz bəy Qədimbəyov, Əliqulu xan Kəlbəlixanov, Hidayət bəy Sultanov, Həmid bəy Şahtaxtılı da təhsil almışlar.Moskvada Rusiya Dövlət Hərbi Tarix Muzeyində və Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivində araşdırmalar aparan M. Quliyev onun gimnaziyanı başa vurduqdan sonra Rusiya ordusunda hərbi qulluqda olduğunu, Odessa vilayətinin dövlət arxivində tədqiqatlar aparan A. Paşayev isə Novorosiysk Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Güney Qafqazda hüquq-mühafizə orqanlarında fəaliyyət göstərdiyinin güman edildiyini yazmışdır.
Məhəməd xan Təkinski