Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oq Tekyon
Ok Taec-yeon kor. 옥택연; 27 dekabr 1988, Busan),Taecyeon kimi tanınan Cənubi Koreyalı reper, müğənni, bəstəkar, aktyor və sahibkardır. O, Cənubi Koreyanın 2PM oğlan qrupunun əsas repçisidir. 2010-cu ildə Ok Koreyanın "Zoluşkanın bacısı" dramında aktyor kimi debüt etdi və o vaxtdan bəri "Dream High (2011)", "Sen kimsən? (2013)", "Gözəl günlər (2014)", "Məclis(2015)", "Gəlin döyüşək", "Ruh (2016)", "Məni xilas et (2017)", "Oyun: Sıfıra doğru (2020)", "Gizli Kral Müfəttişi və Sevinc (2021)" və "Vincenzo (2021)" kimi seriallarda rol alıb.Həmçinin "Mavi Nikah (2013)" və "İtkinlərin Evi (2017)" filmlərində çəkilib. == Erkən həyat və təhsil == Oq Cənubi Koreyanın Seul şəhərində anadan olub, lakin 10 yaşında valideynləri və böyük bacısı Cihyen ilə birlikdə Böyük Boston Bölgəsində yerləşən Massaçusets ştatının Bedford, kiçik şəhərciyinə köçüb. İnternetdə ikən təbliğatını fərq etdiyi JYP Entertainment dinləmələrində iştirak etməyə onu bacısı Cihyen inandırdı. İştirak etmək üçün könülsüz olsada sonra hər ikisi onun 17-ci ad günündə Nyu-Yorka yollandı. Bir həftə sonra o, final 35-ə seçildi və müsabiqədə daha da irəli getmək üçün Cənubi Koreyaya getməyə çağırış aldı. Oq əvvəlcə model olmaq üçün müraciət etsə də, münsiflər ona rəqs və mahnı oxumağı sınamağı təklif ediblər.