Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təqdiqat
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. == Tədqiqat metodu == Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. == Tədqiqat mövzusu == Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. == Tədqiqat obyekti == Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. == Tədqiqatçı == Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Təxribat (1990)
Təxribat (film, 1989)
== Məzmun == Filmin qəhrəmanı Zaur (Elxan Cəfərov) Əfqanıstanda öz "beynəlmiləlçilik borcu"nu yerinə yetirib doğma Bakıya qayıdır. O, neftayırma müəssisələrindən birində çalışan atasının (Həsən Məmmədov) həbs olunduğunu eşidəndə həqiqəti aydınlaşdırmağa çalışır... Hadisələrin sonrakı inkişafı prosesində qəhrəman həqiqəti üzə çıxarmaq naminə apardığı axtarışlar zamanı bir sıra çətinliklərlə qarşılaşmalı olur. Film laqeydlik haqqındadır. Bu, müasir dövrün bəlasıdır. Adamlar bir-birindən uzaqlaşırlar. Münasibətlərdə nəsə anlaşılmazlıqlar yaranıb. Nədir bunların səbəbi? Elə bil əvvəlki yaxınlıq, münasibət ərşə çəkilib. Ümumiyyətlə filmdə süjetlər çoxdur.
Təxribat (film, 1990)
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat (Kitab)
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat – kitab Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun Münaqişələrin tədqiqi və nizamlanması üzrə Mərkəzinin baş elmi əməkdaşı, tarix elmləri doktoru V.A.Şnirelmanın "YADDAŞ MÜHARİBƏLƏRİ. CƏNUBİ QAFQAZDA MİFLƏR, İDENTİKLİK VƏ SİYASƏT" kitabına cavab olaraq yazılmışdır. Müəllif: Zümrüd Quluzadə. Elmi redaktor: Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor N.M.Vəlixanlı. Rəyçi: fəlsəfə elmləri namizədi, dosent Q.Abbasova. == Kitabın vacibliyi == Təqdim olunan əsər mütəxəssislərin: Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Mahmud Kərimov; AMEA-nın vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor N.Vəlixanlı; AMEA-nın Humanitar və ictimai elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor A.Axundov; AMEA "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin direktoru, filologiya elmləri namizədi Ş.Alışanov; AMEA-nın həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Ə.Daşdəmirov; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun antik arxeologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İ.Babayev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Etnoqrafiya şöbəsinin müdiri, tarix elmləri namizədi E.Kərimov; AMEA Tarix İnstitutunun əməkdaşları – Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İ.Bağırova; Sovet dövrü Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor A.Məmmədov; Tarix elmləri doktoru, professor T.Musayeva; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları – institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İ.Məmmədzadə, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor B.Zahidov, Şöbə müdirləri, fəlsəfə elmləri doktorları, professorlar Əli Abbasov və Əbülhəsən Abbasov; Fəlsəfə elmləri doktoru R.Mirzəzadə və fəlsəfə elmləri namizədi S.Əliyevanın iştirakı ilə 10 fevral 2009-cu il tarixdə keçirilmiş iclasda müzakirə edilmiş və nəşrə tövsiyə olunmuşdur.