Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qleyvits təxribatı
Qleyvits radio stansiyasına hücum və ya Qleyvits təxribatı, həmçinin "Konserva" əməliyyatı (alm. Gleiwitz‎; pol. Prowokacja gliwicka) — SS tərəfindən 31 avqust 1939-cu ildə Almaniyanın Polşaya hücumu üçün bəhanə yaratmaq üçün genişmiqyaslı "Himmler əməliyyatı" çərçivəsində həyata keçirilmiş Qleyvits (indiki Qlivise) şəhərində Alman radiostansiyasına Polşa tərəfinin hücumunun səhnələşdirilməsi.Sərhəd münaqişəsinin planını Adolf Hitlerin əmri ilə Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi Reynhard Heydrix və onun tabeliyində olan VI-F qrupunun rəhbəri (təxribat) SS Şturmbannfüreri Alfred Nauyoks hazırlamışdı. Təxribatın məqsədi Almaniyanın Polşaya hücumunun yalnız Almaniyanın Polşa tərəfinin alman sakinlərinə qarşı zorakılıq aktlarına reaksiya göstərməsi kimi təqdim etmək idi. 1939-cu ilin avqustunda Polşa ordusunun formasını geyinən SS döyüşçüləri Qleivitsa şəhərində alman radio yayımçısına hücum etdilər. Beynəlxalq ictimaiyyətə öldürülmüş "polyak əsgərlərin" meyitləri təqdim edildi. Əslində qətlə yetirilən "polyak əsgərlər" Zaksenhauzen həbs düşərgəsində ölən əsirlər idi. 1 sentyabr 1939-cu il tarixində Alman qoşunları Polşaya hücum etdi və İkinci Dünya Müharibəsi başladı.SS-in Qleyvits təxribatına dair dəlillər SS Şturmbannfüreri Alfred Nauyoks tərəfindən 1945-ci ildə verilmişdir. == Tarixi == Birinci dünya müharibəsinin nəticələrindən biri də XVIII əsrin sonlarında süqut edən Polşa dövlətinin bərpası oldu. Bu dövlətin Baltik dənizinə çıxış əldə etdiyi “Polşa dəhlizi” Almaniya ərazisini ikiyə böldü: mərkəzi Köniqsberq (indiki Kalininqrad) olan Şərqi Prussiya Almaniyanın əsas ərazisindən ayrı düşdü.
Təxribat (1990)
Təxribat (film, 1989)
== Məzmun == Filmin qəhrəmanı Zaur (Elxan Cəfərov) Əfqanıstanda öz "beynəlmiləlçilik borcu"nu yerinə yetirib doğma Bakıya qayıdır. O, neftayırma müəssisələrindən birində çalışan atasının (Həsən Məmmədov) həbs olunduğunu eşidəndə həqiqəti aydınlaşdırmağa çalışır... Hadisələrin sonrakı inkişafı prosesində qəhrəman həqiqəti üzə çıxarmaq naminə apardığı axtarışlar zamanı bir sıra çətinliklərlə qarşılaşmalı olur. Film laqeydlik haqqındadır. Bu, müasir dövrün bəlasıdır. Adamlar bir-birindən uzaqlaşırlar. Münasibətlərdə nəsə anlaşılmazlıqlar yaranıb. Nədir bunların səbəbi? Elə bil əvvəlki yaxınlıq, münasibət ərşə çəkilib. Ümumiyyətlə filmdə süjetlər çoxdur.
Təxribat (film, 1990)
Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası
RSFSR Xalq Komissarları Soveti yanında Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (rus. Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем при Совете народных комиссаров РСФСР, ВЧК при СНК РСФСР) və ya qısaca ÇK — SSRİ xüsusi təhlükəsizlik orqanı. Komissiya 7 dekabr 1917-ci ildə yaradılmışdır. 6 fevral 1922-ci ildə səlahiyyətlərin RSFSR XDİK-si yanında DSİ-yə verilməsi ilə ləğv edilmişdir. Robert Konkvestin məlumatına görə, 1917–1922-ci illərdə ÇK-nın inqilabi tribunallarının və məhkəmədənkənar iclaslarının hökmləri ilə ümumilikdə 140,000 adam güllələnmişdir. Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin arxiv məlumatlarına əsaslanaraq bu rəqəmi tənqid etmişdir. Onun sözlərinə görə, “bütün qeyd-şərtlər və şişirtmələr nəzərə alındıqda ÇK orqanlarının qurbanlarının sayı 50 min nəfərdən çox ola bilməz". Komissiyanın ölkələrdə əksinqilabla mübarizə aparmaq üçün ərazi bölmələri var idi."ÇK" abbreviaturasından "çekist" sözü yaranmışdır. == Vəzifələri == Vladimir Lenin onun formalaşmasında əsas ideoloqdur. O, Ümumrusiya Fövqəladə Komissiyası haqqında danışarkən onsuz "dünyada istismarçılar var olduqca zəhmətkeş xalqın hakimiyyəti mövcud ola bilməz..." demiş, onu "bizim saysız-hesabsız sui-qəsdlərə, sovet hakimiyyətinə sonsuz dərəcədə güclü olan insanların saysız-hesabsız cəhdlərinə qarşı bizim zərbə silahımız" adlandırırmışdır.27 yanvar 1921-ci ildən bu idarənin vəzifələrinə uşaqlar arasında evsizliyin və baxımsızlığın aradan qaldırılması daxildir.
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat (Kitab)
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat – kitab Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun Münaqişələrin tədqiqi və nizamlanması üzrə Mərkəzinin baş elmi əməkdaşı, tarix elmləri doktoru V.A.Şnirelmanın "YADDAŞ MÜHARİBƏLƏRİ. CƏNUBİ QAFQAZDA MİFLƏR, İDENTİKLİK VƏ SİYASƏT" kitabına cavab olaraq yazılmışdır. Müəllif: Zümrüd Quluzadə. Elmi redaktor: Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor N.M.Vəlixanlı. Rəyçi: fəlsəfə elmləri namizədi, dosent Q.Abbasova. == Kitabın vacibliyi == Təqdim olunan əsər mütəxəssislərin: Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Mahmud Kərimov; AMEA-nın vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor N.Vəlixanlı; AMEA-nın Humanitar və ictimai elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor A.Axundov; AMEA "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin direktoru, filologiya elmləri namizədi Ş.Alışanov; AMEA-nın həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Ə.Daşdəmirov; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun antik arxeologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İ.Babayev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Etnoqrafiya şöbəsinin müdiri, tarix elmləri namizədi E.Kərimov; AMEA Tarix İnstitutunun əməkdaşları – Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İ.Bağırova; Sovet dövrü Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor A.Məmmədov; Tarix elmləri doktoru, professor T.Musayeva; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları – institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İ.Məmmədzadə, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor B.Zahidov, Şöbə müdirləri, fəlsəfə elmləri doktorları, professorlar Əli Abbasov və Əbülhəsən Abbasov; Fəlsəfə elmləri doktoru R.Mirzəzadə və fəlsəfə elmləri namizədi S.Əliyevanın iştirakı ilə 10 fevral 2009-cu il tarixdə keçirilmiş iclasda müzakirə edilmiş və nəşrə tövsiyə olunmuşdur.