Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taxeometr
Taxeometr(ing. Total station; mənası: yığılmış duracaq) — ən çox topoqrafiya işlərində işlənən optik cihazdır. Əski ölçü cihazların avtomatlaşdırılmışıdır. == Cihaz bölmələri == Taxeometr iki əsas bölməyə bölünür: Elektronik teodolit, elektronik ara ölçən(electronic distance meter). Proqram - bu bölmə alınmış məlumatları yoxlayır. bu proqram kompüter tərəfindən yoxlanır. == İş == Taxeometr iş üstündə avtomat şəkildə ara və bucaqları ölçüb alınan məlumatları yaddaşında saxlayarkən onların koordinatlarını hesablayıb istifadə etməyə hazırlayır. Bəzi modellər GPS ilə təchiz edilmişdir, bu cihazdan çoxluca tuşlamaq üzrə istifadə edilir. == Təyinatına görə növlər == Tikinti işlərində işlənən taxeometrlər - bu model taxeometrlərin ara ölçü səviyyələri azdır. Ellilik modellər - bu modellərin ara ölçü səviyyələri orta səviyyədədir və bu modellərdən geniş istifadə edilir.
Taksometr
Taksometr — taksi minik avtomobili üçün nəzərdə tutulmuş onun işinin maliyyə və daşınma göstəriciləri uçotunun aparılmasını, gediş haqqının müəyyən edilməsini və gediş haqqının məbləği haqqında sərnişinin məlumatlandırılmasını təmin edən xüsusi ölçü cihazı.
Areometr
Areometr — (yun. άραιός – zəif, sıx olmayan; burada – maye + metr) – maye (bəzən də bərk) cismlərin sıxlığını, məhlulların qatılığını (konsentrasiyasını) təyin edən cihaz. Areomet ölçmə üçün mayeyə daldırılan üzgəc tipli sıxlıq ölçənlərə aiddir. İş prinsipi Arximed qanununa əsaslanır. Şkalalı borucuq şəklində olan üzgəc ölçmə aparmaq üçün tədqiq olunan mayeyə daldırılır. Üzgəcin dalma dərinliyinə (onun sıxışdırıb çıxardığı mayenin həcminə) və çəkisinə görə mayenin sıxlığı təyin edilir; mayenin sıxlığı az olduqca dalma dərinliyi böyük olur. Təcrübədə sabit çəki areometri daha çox işlədilir və sabit həcm areometri tətbiq edilir. Sabitçəki areometrlərinə şkalası sıxlıq vahidləri ilə dərəcələnmiş densimetrlər və məhlulun konsentrasiyasını ölçmək üçün şkalası həcm, yaxud kütlə %-inə dərəcələnmiş areometrlər aid dir. Bir çox mayelərin sıxlığının temprdan asılılığını nəzərə alaraq bəzi areometrlərin termometri də olur. Maye və qatışıq məhlullarda sıxlığı və qatılığı ölçən areometrlərə müxtəlif adlar verilir: məs, laktodensimetr südün yağlılığını, spirtölçən suda olan spirtin miqdarını, şəkərölçən şirələrdəki şəkərin miqdarını təyin edir.