Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çingizxan Ərdoğan
Çingizxan Ərdoğan (keçmiş adı Opan Vladimir oğlu Sat; 13 iyun 1987, Çadan, Tuva MSSR) — Rusiyanın əməkdar idman ustası (sərbəst güləş), üçqat Avropa çempionu. == Həyatı == Çingizxan Ərdoğan Tıvanın Çadan şəhərində anadan olmuşdur. Uşaqlıqdan güləşlə məşğul olurdu. İlk məşqçisi Vladimir Tuluş idi ki, hazırda da onu məşq etdirir. Bundan əlavə, Krasnoyarsk məşqçisi İ. Matiyev də onunla məşğul olur. O, Krasnoyarsk diyarı və Tıvanı təmsil etmişdir. 2014-cü ildə Türkiyə vətəndaşlığını aldı və adını dəyişdirdi. 2017-ci ildə Çingizxan Ərdoğan adı altında Türkiyə millisində debüt etdi.2009-cu ildə Tıva Dövlət Universitetini bitirmişdir. == Mükafatları == Rusiya çempionatının gümüş mükafatçısı (4) - 2009, 2010, 2011, 2012. Avropa çempionu (3) - 2010, 2011, 2013.
Təngivan
Təngivan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Adın mənşəyi == Talış dilində təng "dar", "dar dərə", "i" birləşdirici sait və van "yer", "ərazi" deməkdir (Dar dərəli kənd).
Təngistan şəhristanı
Təngistan şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əhrəm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 63 276 nəfər və 14 620 ailədən ibarət idi.
Təmizxan (film, 2002)
Təmizxan filmi (ing. Thamizhan) — Rejissor Məcid tərəfindən 12 aprel 2002-ci ildə kinoteatrlara verilən,Tamil dilində çəkilən Hindistan detektiv komediya filmidir.Hindistanın ilk detektiv komediya filmi adını alan Təmizxan filminin baş rolunu Vicay və Priyanka Çopra oynayır.Bu film Priyanka Çopranın çəkildiyi ilk filmdir.Çopra çox maraqlı debüt edib. Filmin çəkilişləri 2001-ci ildə başlayıb.Priya rolu üçün Triputasami gətirilir.Lakin,həmin vaxtlarda o,ağır qəza keçirir.Buna görə də,Priya roluna 2000-ci ilin Dünya Gözəli Priyanka Çopra gətirilir.Bu film onun ilk filmi olur. == Məzmun == Surya problemləri qanuni yolla düzəldən,lakin,təmizlik xəstəsi olan vəkildir.Ona görə də,ona Təmizxan deyirlər.O,İş başında Priya adlı bir gözəl qıza vurulur.Ədalətli mühakimə etməkdə onun kimisi olmayan qaynanası Şaktivel öldürülür.Suryanın bacısı Caya cinayətkarların əlində acınacaqlı bir sonluqla qarşılaşır.Surya isə yeraltı başçıların suallarını inkar edir.Priya isə cinayətkarların başçısının qızıdır.Surya Priyayla evlənmək və cinayətkarları öldürmək planını fikirləşir.Hər hind filmi kimi bu film də xoşbəxt sonluqla-evliliklə bitir. == Film heyəti və əlavə məlumatlar == İstehsalçı:Venkateşvaran Rejissor:Məcid Ssenari müəllifi:Çandrasekar Əsərin müəllifi:Məcid Bəstəkar:İmman Kinematoqrafiya:Ekambaram Redaktor:Vicayan Şirkət:GV Films Vaxt:162 dəqiqə İlk baxış tarixi:12 aprel 2002 Dil:Tamil Ölkə:Hindistan ==== Rollarda: ==== Vicay-Surya Priyanka Çopra-Priya Nassar-Şaktivel Revathi-Caya Puca-Şaktivelin qızı Vivek-Nandakumar Aşiş Vidyarti-Vidya Delhi Qaneş-Lakşminarayanan Vinu Çakravarti-vəkil Bhaşkar-Qaneşan Minnal Dipa-Priyanın sevgilisi Balaci-Suryanın dostu Çaruhasan Purnam Vişvinatan Besant Ravi Vinsent Roy Muthukalayi-sürücü Bayilvan Raqnatahan Film tənqidçilər tərəfindən xoş qarşılandı.Əsasən də,Çopra bəyənildi.Caya rolunu oynayan Revathidən başqa bütün rollar bəyənildi. == Mahnılar == Mahnılar İmman tərəfindən bəstələnib.İmman bu film çəkiləndə 17 yaşında idi və debüt edirdi.Filmdə mahnılardan birini həqiqətən də,Priyanka Çopra oxuyub.