Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tikanbalığıkimilər
Tikanbalığıkimilər (lat. Gasterosteiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Müxtəlif ölçülü, başlıca olaraq xırda balıqlardır. 20 sm-ə qədərdirlər. Rostrumu konusşəkilli, bəzən boruşəkillidir. Ağzı hərəkətlidir. Qəlsəmə qapağı sümükləri yaxşı inkişaf etmişdir. Dişlər çənələrin və udlaqqəlsəmə sümüklərinin üzərində yerləşir. Qabırğaları sərbəstdir.Bel üzgəcləri iki olarsa birincisi ayrı-ayrı tikanlar şəklindədir. Burnu adətən boruşəkillidir.