Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şərqi Timorun dövlət quruluşu
Şərqi Timorun dövlət quruluşu - 2002-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Şərqi Timor parlament formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü iki dəfə (1975, 2002) - 28 noyabrda və 20 mayda qeyd olunur. Portuqaliya Konstitusiyasının modeli əsasında hazırlanmış Şərqi Timor Respublikasının Konstitusiyası 20 mart 2002-ci ildə qəbul edilmişdir. == İnzibati bölgüsü == Şərqi Timor 13 inzibati dairəyə (Ayleu, Aynaru, Baukau, Bobonaru, Vikeke, Dili, Kova-Lima, Layten, Likisa, Manatutu, Manufaxi, Okusi-Ambeno və Ermera) bölünür. == Dövlət başçısı == Ümumxalq səsverməsi yolu ilə və iki dəfədən artıq olmamaq şərti ilə 5 il müddətinə seçilən və əsasən mərasim funksiyalarını yerinə yetirən Prezidentdir. Konstitusiyaya görə milli müstəqilliyin və dövlətin birliyinin rəmzi və təminatçısı sayılan dövlət başçısı Baş naziri təyin etmək, qanunlara veto qoymaq, Hökumətin formalaşmasında və illik dövlət büdcəsinin təsdiqində yaranmış ciddi böhran zamanı Parlamenti buraxmaq və yeni seçkilər təyin etmək, demokratik təsisatların normal fəaliyyətini təmin etmək və s. səlahiyyətlərə malikdir. == Qanunverici hakimiyyət == Şərqi Timorun ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçkilər əsasında partiya siyahıları üzrə 5 il müddətinə seçilən 65 yerlik Milli Parlamentdən ibarətdir. Konstitusiyaya əsasən kifayət qədər geniş səlahiyyətlərə (qanunvericilik fəaliyyəti ilə yanaşı, Baş naziri və Hökumət üzvlərini seçmək, onlara etimadsızlıq göstərmək və s.) malik olan Milli Parlament qanunvericilik hakimiyyətini icra hakimiyyətindən müstəqil şəkildə həyata keçirir.