Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tolerant
Tolerantlıq — dini dözümlülük. Yəni digər inanc və əqidələrə dözümlü yanaşma. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir. == Tarixi == Dözümlülük ideyası heç də yeni deyildir, belə ki, bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada peyda olmuşdur. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı olmuşdur. 1648– ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30 illik müharibə və bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dözümlülüyün yetişmədiyini sübut etdi. Dözümlülük haqqında tam dolğun fikirlər yalnız II minilliyin sonunda formalaşmağa başladı.
Salvia colorans
Salvia splendens (lat. Salvia splendens) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonim == Fenixanthes splendens (Sellow ex Schult.) Raf. Jungia splendens (Sellow ex Schult.) Soják Salvia brasiliensis Spreng. Salvia colorans Benth. [Invalid] Salvia issanchou auct.
Yuri Tilemans
Yuri Tilemans (7 may 1997) — Liqa 1 təmsilçilərindən olan Lester Siti klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. Tilemans dünya futbolunda ən parlaq gənc perspektivlərdən biri sayılır. O, Anderlext klubu ilə ümumilikdə 135 liqa görüşünə çıxmışdır. UEFA Çempionlar Liqasında 16 yaş və 148 günlüyündə debüt edən Tilemans bu turnirdə çıxış edən ən gənc Belçikalı futbolçu kimi tarixə düşmüşdür. Tilemans Belçikanın bir neçə gənclər millisində mübarizə aparmışdır. 2016-cı ilin noyabr ayında 19 yaşı olarkən əsas komanda ilə debüt etmişdir. == Klub karyerası == === Anderlext === Tilemans Brüssel regionundan kənarda yerləşən Sint-Piters-Lyu şəhərində anadan olmuşdur. Tilemans karyerasına Anderlext klubunun akademiyasında başlamışdır. 16 yaşı olarkən klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.Tilemans ilk dəfə əsas heyətə 21 iyul 2013-cü ildə 2013 Belçika Superkuboku görüşündə Genk klubuna qarşı oyunda çağırılmışdır, lakin o, meydana daxil olmamış və ehtiyatda qalmışdır. Tilemans əsas komanda ilə debütünü bir həftə sonra Belçika Yupiler Liqasının açılış görüşündə Lokeren klubuna qarşı oyunda etmişdir.
Katerine Torrans
Katerine Torrans (d. 10 oktyabr 1998) — Böyük Britaniyalı suya tullanan. Katerine Torrans Böyük Britaniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Katerine Torrans birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 236.75 xal toplayaraq 10-cu yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə Torrans 255.40 xal toplayaraq 4-cü oldu və yarışı medalsız başa vurdu.
Sent-Terans
Sent-Terans (fr. Sainte-Thérence) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03261. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 121 yaşda olan (15-64 yaş arasında) 92 nəfər iqtisadi cəhətdən, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.0%, 1999-cu ildə 71.7%). Fəal olan 92 nəfərdən 83 nəfəri (49 kişi və 34 qadın), 9 nəfər işsiz (2 kişi və 7 qadın) idi. 29 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.