Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Trikster
Trikster— Mifologiyada mədəni qəhrəmanın əks qarşılığına demona oxşar, komik, kələkbaz, şeytanəməlli dublyoruna verilən addır. Qəhrəmanın hərəkətlərinin yamsılanması kimi də başa düşmək olar. əksər hallarda trikster rolunda onun əkiz qardaşı çıxış edir. Bəzi miflərdə isə əks dublyor rolunu qəhrəman özq ifa edir, başqa sözlə, özünün demiurq fəaliyyətini əks tərəfdən göstərir, yəni uğurlarını uğursuzluq kimi təqdim edir. əkizlər mifində, qardaşlardan biri xeyirli işlərlə məşğul olur, digəri isə onu əks tərəfdən təqlid edərək – ziyankarlıq törədir. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq dramında tənbəl qardaşın fəaliyyəti trikisterlərə əsaslanır. Dualist təsəvvürlərdə trikister özünü Hörmüz və Əhrimənin timsalında büruzə verir: Hörmüzün yaratdıqlarını qardaşı Əhrimən məhvə çalışır. Hörmüz xeyiri, işığı, düzlüyü, Əhriman isə şəri, qaranlığı, yalanı müdafiə edir. == İstinadlar == == Xarici keçidlər == Trikster - Təlxək obrazları. Günel Eyvazlı.