Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elis Trou
Elis Trou (ing. Elise Ashlyn Trouw, 27 aprel 1999, Nyuport-Biç[d], Kaliforniya) Amerikalı müğənni, bəstəkar və multi-instrumentalistdir. Trou 1999-cu ildə Kaliforniyada Cənubi Afrikalı ata və Nyu Yorklu bir ananın ailəsində anadan olub. Evanescence-in "My Immortal" əsərini ifa etmək üçün piano dərsləri almağa başladı.
Arcut
Arçut (rus. Арчут) — Pəmbək mahalında, indiki Quqark rayonunda kənd. == Tarixi == Arçut İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdirToponim artuç (ardıc) bitki adı əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası və iqlimi == Kəndi Arçut çayı 2 bölür.Bazum daglarının ətəyində yerləşir.Soyuq kontinental iqlimi var yayi +18,+28 qışı +4,-25 dərəcə olur. == İqtisadiyyatı == Əkinçilik və heyvandarlıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər basqa yerlərdə işləyənlər olub.
Lorut
Lorut — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
PROMT
PROMT tərcümə proqramı (PROject MT) — "Promt" eyniadlı şirkəti tərəfindən Sankt-Peterburq şəhərində 1991-ci ildə yaradılmışdır. Bu proqram həm lüğət vəzifəsini görür, həm də tərcüməçi. PROMT maşın tərcümə proqramı vasitəsi ilə istənilən mətn tərcümə edilə bilər. Tərçümə istiqamətləri: İngilis-Rus,Rus-İngilis Alman-Rus, Rus-Alman Fransız-Rus, Rus-Fransız İspan-Rus, Rus-İspan İtalyan-Rus"Promt 8.0" adlanan yeni versiya şirkətin mütəxəssisləri tərəfindən 2 il müddətində sınaqdan keçirilmiş tərcümə alqoritmləri əsasında hazırlanmışdır. Yeni versiya mətnin mənaca bitmiş olan hissəsinin təhlil edilməsinə, bir çox linqvistik strukturlarının və qəlibləşmiş söz birləşmələrinin dəqiq tərcümə olunmasına imkan verir. Söz ehtiyatlarının zənginləşdirilməsi məqsədilə proqram daim yeniləşən Multitran tərcümə bazasına malikdir. == Əsas imkanlar == İstənilən həcmdə fərdi sözlərin və mətnlərin tərcüməsi. Struktur və formatlaşdırma ilə sənədlərin tərcüməsi. Bütün populyar formatlar dəstəklənir: doc(x), xls(x), ppt(x), rtf, html, xml, txt, ttx, pdf (skan edilmiş daxil olmaqla), odt, ods, jpeg, png, tıff. Struktur və hiperlinklərin qorunması ilə bütün saytların tərcüməsi.
Tarot
Tarot — orta əsrlərdə yaranan 78 kartdan ibarət oyun dəstəsidir. Psixoloji dəstək məqsədləri üçün istifadə olunmağa başlansa da kəhanət və falçılıqla bu günə qədər gəlib çatmışdır. Ənənəvi olaraq Tarot 22 böyük arkana və 56 kiçik arkana kartlarından ibarətdir.Kiçik arkana kartları klassik iskambil kartlarının(oyun kartları) ilkin variantıdır. == Etimologiyası == Tarot sözü ilk dəfə 1500-cü illərdə italyan dilində "tarocchi" və fransızca "taraux" olaraq rastlanılıb. Sözün mənşəyinin ərəbcə "tarh" (toplama, qoymaq, getmək) sözünə dayandığına inanılır.İlk zamanlarda bu kartlar Tarocchini kimi kart oyunları oynamaq üçün istifadə edilən oyun kartları idi. İtalyan köklərindən Tarot kartları Avropanın çox hissəsinə yayıldı və Alman Grosstarok,Fransız tarot, Avstriya Königrufen kimi modern oyunlar ailəsinə çevrildi .18-ci əsrin sonlarında fransız okkultistləri öz tarixləri və mənaları ilə bağlı mürəkkəb lakin əsassız iddialar irəli sürdülər ki bu da tarot kartlarının oxunması yolu ilə kəhanəttə istifadə üçün oraya çıxmasına yol açdı.
Texut
Texut - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Torul
Torul — Qara dəniz regionunda Gümüşxanə ilinə bağlı ilçə və ilçə mərkəzi.
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Trautv.
Rudolf Trautfetter, 1825-ci ildən — fon Trautfetter (8 fevral 1809, Mitava — 12 yanvar 1889, Sankt-Peterburq) — Rusiya botaniki və təbiətçisi.
Trdat
Trdat (parf 𐭕𐭉𐭓𐭉𐭃𐭕, Tīridāt; qra. Տրդատ, Trdat) — İran mənşəli söz. Mənası – "tanrı Tir tərəfindən verilmiş". == Parfiya == I Tiridat (Parfiya çarı) (e.ə. 211). II Tiridat, hakimiyyəti təq. e.ə. 30–26. III Tiridat, hakimiyyəti təq. e.ə.
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. == Mənbə == Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Trofi
Trofi İsrail Müdafiə Qüvvələri tərəfindən istifadə edilən aktiv müdafiə sistemidir. Həm ağır, həm də yüngül zirehli maşınlara yaxınlaşan raketləri və ya döyüş raketlərini zərərsizləşdirmək üçün istehsal olunur. Trophy, RAFAEL və İsrailin Elta şirkəti ilə müştərək şəkildə hazırlanmışdır. İstehsalçılara görə, bu model silah texnologiyasında bir etalon olacaqdır. == Dizaynı == Bu sistem əvvəlcə İsrail istehsalı Merkava əsas müharibə tankını tamamlamaq üçün istehsal edilmişdir. Dizaynında F/G lent atışa nəzarət sistemi olan sistemin avtomobildə 4 düz polad panel antenası var. Bu antenalar 360° bucaq altında maşının ətrafını müşahidə altında saxlayır. Hər hansı bir silahdan atəş edildikdə, daxili kompüter gələn silahın yaxınlaşma bucağını tapır. Yaxınlaşan silah tam müəyyən edildikdən sonra, kompüter təxmini vaxtı və onu təsirsiz hala gətirmək üçün lazım olan bucağı hesablayır. Avtomobilin hər iki tərəfində növbə ilə işləyən rampalar var.
Troll
Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluq. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. == Metereoloji tromb == Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
Tromp
Tromp (fr. Trompe - ov buynuzu, boru) ― konusun bir hissəsi şəklində konkav səthdir. Kvadrat kəsişməli və dörd dayaqlı tağlı çarpaz günbəzli bir tikilidən günbəzin silindrik tamburunun əsasına keçid təmin edən bir struktur elementidir. Kəsişmənin künclərindəki dörd tromp günbəzin və ya qüllənin ağırlığının yenidən bölüşdürülməsini təmin edir: fənər, künc dayaqlarında tiburium. Ərəb və İspan-Məğrib memarlığında tromplar pilləli niş şəklində əmələ gəlir və onlara “müqarnalar” və ya “stalaktitlər” deyilir. Tromplar ilk dəfə 8-6-cı əsrlərdə qədim İran memarlığında istifadə edilmişdir. E.ə. və eramızdan sonra Bizans və Zaqafqaziyada istifadə edilmişdirlər. Qədim rus memarlığında tromplar xüsusi bir forma almış və yelkən adlandırılmışdırlar.
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. == Tarixi == Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Tryuk
Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır. Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar . == Kinoda tryuk == Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir.
Turut
Turut düzü — Şəki rayonu ərazisində düz. Turut (İran) — İranda kənd.
Teğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Coğrafiyası == Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. == Əhalisi == Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.
Tuğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Coğrafiyası == Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. == Əhalisi == Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.
Orkut
Orkut — 2004-cü ildə Orkut Büyükkökten tərəfindən Google əhatəsində qurulan sosial dostluq saytıdır. Onun təxminən 15 milyon üzvü var idi, onlardan 11 milyonu Braziliyada vətəndaşı idi. Google-un verdiyi açıqlamaya görə, sosial şəbəkə 30 sentyabr 2014-cü ildə bağlanıb.
Erot
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. == Mənşəyi == Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. == Eşq və nifrət tanrısı == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Antye Traue
Antye Traue (alm. Antje Traue‎; 18 yanvar 1981) — alman aktrisa. == Həyatı == Traue keçmiş Qərbi Almaniyanın (ADR) Saksoniya vilayətinin Mitvayda şəhərində anadan olmuşdur. Anası rəqqas və müğənni idi. Traue rus dilində danışaraq böyümüşdür. İngilis və alman dilində axıcı danışır.
Arzular tortu
== Ərzaqlar == Biskvit üçün 1 stəkan un; 4-5 ədəd yumurta;8 1 stəkan şəkər (200qram). Krem üçün 200 qram kərə yağı; 7 x.q. qatılaşdırılmış süd; 1-1,5 .q. sirop; malina siropu. == Hazırlanma qaydası == Biskviti hazırlayıb bişirəndən sonra, soyumaq üçün 8-12 saat müddətində kənara qoymaq lazımdır. Sonra həmin bu biskviti iki hissəyə bölün ki, arasına sirop çəkmək üçün iki korj alınsın. Kremi hazırlamaq üçün: kərə yağın üzərinə qatılaşdırılmış südü və malina siropunu əlavə edib (çəhrayı rəng alınsın deyə) mikserlə çalın. Hazırladığınız kremi kopjların üzərinə çəkib, onları üst-üstə yerləşdirin. Tortun üstünə kremi səliqəli sürtün. Çalışın ki, tortun üstü hamar olsun.
Ayerşekke tortu
Ayerşekke (alm. Eierschecke‎ — «яичный шекке»)-Alman tortu olub, kəsmikli xəmirdən və alma içliyindən, kəsmik və xaş-xaşın qarışığından ibarətdir.Tarixi Saksoniya və Trürinqindən gəlir. == Adı == Şekke-kişi geyim aksesuarı olub, XIV əsrə aiddir. Belə ki, üç hissədən ibarət kəmərli gödəkçədir.Yuxarı, orta və aşağı hissə. Necə ki, bu tortda üç hissədən ibarətdir. Ayerşekkenin yuxarı hissəsi yumurtalı olub, yumurtanın sarısı, kərə yağ, şəkər tozu, vanil və yumurtanın ağından ibarətdir.İkinci qat özündə vanilli kəsmikli, yumurtalı, kərə yağlı, şəkər tozlu və südlüdür. Tortun əsasını isə üçüncü kəsmikli xəmirdən ibarətdir. Hazır ayerşekke üçbucaq formasında kəsilir. Bəzən isə tortun üzəri şokoladlı qlazur, çərəzlərlə və kişmiş hissəcikləri ilə bəzədilir.