Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pachyptila turtur
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. == Görünüşü == Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. == Yayılması == Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. == Xüsusiyyətləri == Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Streptopelia turtur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Sultan Şəmsəddin El-Tutmuş
Şəmsəddin Eltutmuş (bilinmir – 28 aprel 1236, Mehrauli[d])—Dehli Türk sultanlığı sultanı. Dekabr 1210-cu ildən 27 aprel 1236-cı ilədək hökm sürdü. == Həyatı == Türk mənşəli olan Sultan Şəmsəddin Eltutmuş, Sultan Qütbəddin Aybəkin ölümündən sonra qısa müddət taxtda qalan Sultan Ərəm şahdan sonra hakimiyyətə keçdi. 1229-cu ildə Xəlifə Müntəsirdən Nasırü-l-Əmir-ül-Möminin unvanını aldı. Çingiz xan başçılığında qərbə doğru yayılan Monqol imperiyasının hücumlarına müqavimət göstərdi. Dalbadal səfərlərlə Sind, Moltan və Benqal bölgələrini hakimiyəti altına aldı. Eltutmuş, Qucaratı ələ keçirməyi bacarmadısa da, racputları məğlubiyyətə uğradaraq torpaqlarını cənuba doğru genişlətdi, həmçinin yavaş-yavaş Dehli Türk sultanlığının Qanq vadisinə hakim olmasını da bacardı.
Xara-Tumus yarımadası
Xara-Tumus yarımadası (rus. Полуостров Хара-Тумус) — Krasnoyarsk diyarı şimal-şərqində, Xatanqa körfəzi suları ilə əhatələnən yarımada. Cənub-şərqdən Saxanın Anabarski ulusu ilə sərhədlənir. Şərqində Nordvik buxtası yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxil olsa da onunla quru əlaqəsi yoxdur.