Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Unanimizm
Unanimizm — XX əsrin əvvəllərində fransız ədəbiyyatında formalaşmağa başlamış cərəyan. Unanimizm nümayəndələri simvolizmin əleyhinə çıxaraq həyat gerçəkliyinin düzgün təsvirinə, üslub sadəliyinə çalışır, sərbəst şeirə üstünlük verirdilər. Buna baxmayaraq mücərrəd humanizmə və qeyri-sinfi yekdilliyə mistik sitayiş unanimistlərin realizm mövqelərinə keçməsinə imkan verməmişdir. Unanimizm Şarl Bodler, Volt Vitmen və Emil Durkhaym kimi önəmli şəxslərə də təsir etmişdir.