Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Age of the Understatement
The Age of the Understatement — The Last Shadow Puppets qrupunun 15 aprel 2008-ci ildə Domino tərəfindən buraxılan ilk albomu. 2006-cı ildə qrupun qurucuları Aleks Turner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Ceyms Ford Paris və Londonda edib, Ouen Pallettin bəstələdiyi aranjimanlar London Metropolitan Orkestri tərəfindən ifa edilmişdir. Albomun üz qabığında fotoqraf Sem Haskinsin 1962-ci ildə çəkdiyi yerdə oturan Gill adlı gənc qadının ağ-qara fotoşəkili yer alıb. The Age of the Understatement Törner və Keynin Arctic Monkeys və The Little Flames ilə əvvəlki işlərinin indi-rok səsindən fərqlidir. Albomdakı mahnılar əsasən simfonik pop, pop rok və barok pop kimi janrlardadır. Onlar 1960-cı illərin fransız pop və film musiqilərindən ilham aldıqlarını bildirilər. Albom ümumiyyətlə müsbət rəylər aldı. 2008-ci ildə "Merkuri Mükafatına" namizəd oldu və qrupun BK-da ilk bir nömrəli debütü oldu. Buraxıldıqdan sonra albom "The Age of the Understatement", "Standing Next to Me" və "My Mistakes Were Made for You" sinqlları, həmçinin Avropa və Şimali Amerika turu və çoxsaylı televiziya çıxışları ilə tanıtıldı.