Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzuntelli zirehli
Uzuntelli zirehli (lat. Chaetophractus vellerosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. == Görünüşü == Bədəninin uzunluğu 25 sm-dir. Zirehi ilə yanaşı, bədənini əhatə edən tellər açıq qəhvəyi rəngdədir. == Yayılması == Uzuntelli zirehli Qran-Çako və Argentina, Boliviya, Çili və Paraqvayın pampalarında geniş yayılmışdır. Quraq bölgələrdə, seyrək meşələrdə, subtropik, az bitki örtüyünə və kolluqları olan çəmənli düzənliklərdə yaşayır. == Həyat tərzi == Uzuntelli zirehli gecə həyat tərzi keçirir. Hər şey yeyən heyvandır. Qidasını əsasən böcəklər, həmçinin onurğalılar və bitkilər (xüsusilə Prosopis cinsinə aid bitkilər) daxildir. Onurğalılar yayda qidasının 27,7% -ni, qışda isə 13,9% -ni təşkil edir.