Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzunbarmaq çay xərçəngi
Uzunbarmaq çay xərçəngi (lat. Astacus leptodactylus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü. == Təsviri == Çay xərçənginin silindrvari baş-döşü 5 baş və 8 döş buğumundan ibarətdir. Ön antenalar 2 qamçılı və bığyanı pulcuqludur. Başın ön hissəsində 2 buğumdan ibarət saplaqlı, fasetli gözlər yerləşir. Rostrum iti ucluqla qurtarır. Döşün 8 heteronom buğumu başla hərəkətsiz birləşib ümumi xitin zirehlə (karapaks) örtülüb baş-döşü əmələ gətirmişdir. Qarın yaxşı inkişaf etmişdir və baş-döşün altına bükülmür. Zireh hamar və ya qırışıqlı, qabarıqlı ola bilər. Çay xərçəngində oynaqlı ətrafların ümumi sayı 19 cütə çatır.