Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adəm Vayqanlı
Adəm Vayqanlı və ya Vayqanlı Adam Azərbaycan şairlərindəndir ki Vayqanda dünyaya gəlmişdir.O, Azərbaycan dilində şeirlər yazıb. Ondan Vayqanlı Adam adlı kitab Məhəmməd Tağı Zehtabının səyi ilə 1980-ci ildə 60 səhifədə və Azərbaycan dilində çap olunub.
Baba Fərəc Vayqani
Baba Fərəc Vayqani Azərbaycanda yaşamış təsəvvüf alimi. Vayqan şəhərində dünyaya gəlmişdir.
Vardanlı
Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Vardanlı olmuşdur. Kənd şair Mücrim Kərim Vardaninin şərəfinə 1991-ci ildən Kərimli kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Kəndin ərazisində arxeoloji və memarlıq abidələrindən Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr), Kurqanlar (Tunc dövrü) mövcuddur. Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Hazırda Kurqanlarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı-tədqiqat işləri aparılır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km.
Ayranlı
Ayranlı Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Ayranlı - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Qazax qəzasında da bir dağ Ayranlı adlanır. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Ayranlı kənd adı ilə mənşəcə eynidir. Avranlı adının təhrifidir.
Vayqan
Vayqan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,091 nəfər və 1,095 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Qalqanlı gölü
Qalqanlı gölü (fars. قالغانلو دریاچه‎) — İran Azərbaycanının ən kiçik təbii göllərindən biridir. Göl Germinin Xankəndi kəndi ilə Azərbaycan sərhədi arasında yerləşir. == Göstəriciləri == Qalqanlı gölünün uzunluğu təqribən 70 metr, eni 45 metr, sahəsi 3150 kvadratmetrdir. Ən dərin yeri 1.5 m, orta dərinliyi isə 1 m təşkil edir.
Bayanlı (Bicar)
Bayanlı (fars. بيانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (148 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Vayqan-i Məqədəs (Xudafərin)
Vayqan-i Məqədəs (fars. وايقان مقدس‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (13 ailə).
Cağanlı
Cağanlı (Çaldıran) —
Cağanlı (Çaldıran)
Cağanlı (fars. جگنلو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Cağanlı-i Kürd (Maku)
Cağanlı-i Kürd (fars. جگن لوي كرد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 382 nəfər yaşayır (70 ailə).
Cağanlı-i Əcəm (Maku)
Cağanlı-i Əcəm (fars. جگن لوي عجم‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.