Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəlfəli
== Kəndlər == Xəlfəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Xəlfəli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Xəlfəli (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Xəlfəli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. === Oxşar === Kolxəlfəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Digər == Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə.
Xəlfəli (Qobustan)
Xəlfəli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.
Xəlfəli (Sabirabad)
Xəlfəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhalinin əksəriyyəti tərəkəmələrdir. Məhəmmədhəsən bəy Vəliyev-Baharlının 1923-cü ildə yazdığı "Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabda Xəlfəli barədə söz açılır. Müəllifin iddiasına görə bu kəndin formalaşdıran Şahsevən tayfalarıdır. Onlar Şah Abbasın hakimiyyətə gəlişindən sonra İrandan Şimali Azərbaycana köçüblər. Azərbaycanın bir çox yerlərində bu tayfa özünə məntəqə qurub. Məsələn, günümüzdə İmişli rayonunun Xəlfəli kəndi ilə Sabirabadın bu kəndi demək olar eyni tayfalar, qan qohumlarıdır. Şuşanın Xəlfəli kəndində yaşayanların bu kənddə yaşayanlarla əlaqəli olmasını ağsaqqallar söyləsələr də, hələ ki bu faktı təsdiq edəcək materaial yoxdur ( çox güman ki araşdırmanın ciddi aparılmaması ucbatından). Kənddə oturaq həyat əsasən Sovet ittifaqı qurulandan, daha dəqiqi kolxozlaşma başlayandan sonraya təsadüf edir. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur.
Xəlfəli (çay)
Xəlfəli — Xocalı və Şuşa rayonu ərazisində çay. Qarqar çayının sol qoludur. Mənbəyini Sarı Baba dağının Şimal-Şərq yamacından (2100 m. yüksəklikdən) alır. Çay öz adını ərazisindən axdığı Xəlfəli kəndinin adından almışdır.
Xəlfəli (İmişli)
Xəlfəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Tanınmış şəxsləri == Razi Nurullayev — Deputat, millət vəkili İmamverdi Əliyev — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi === Şəhidləri === Mərdəliyev Qabil Əliağa oğlu (1975–1993) Qəhrəmanov Abbas İmamverdi oğlu (1971–1992) İbayev Qəni Novruz oğlu (1973–1993) İbayev Nəbi Novruz oğlu (1973–1993) Tarverdiyev Qoşqar Zülfəli oğlu (1972–1993) Qasımov Gülnəzər Abuzər oğlu (1947–1991) Quliyev Şiraslan Qəzənfər oğlu (1957–1991) Abışov Tacəddin Elşən oğlu (2001–2020) Abışov Qabil Sərxoş oğlu (1973–1991) İmanov Elman Yaqub oğlu (1994–2013) Əhmədzadə Həsən İnşallah oğlu (1936–1991) Əliyev Barat Sumbat oğlu (1970–1994) Əliyev İmamverdi Barat oğlu (1950–1991) Vəliyev Qismət Bəyiş oğlu (1961–1994) Vəliyev Tural İlham oğlu (2001–2020) Gülalıyev Əlnur Seymur oğlu (1997–2020) Babaşov Ucal Nərbala oğlu (1995 – 2023) == Coğrafiyası == İmişli rayonunun ən böyük kəndidir. Əhalisinin sayı 7256 nəfərdir və 1900 evdən ibarətdir. Xəlfəli kəndindən indiyədək çox sayda vəzifəli şəxslər və dövlət xadimləri çıxmışdır. Kənd əhalisi Xəlfəli tayfasına məxsusdur. Tayfanın əhalisi XVIII əsrin ortalarında Xorasandan köçərək Azərbaycan ərazisində, həmçinin indiki İmişli rayonunda məskunlaşmışdır. XIX əsrin ortalarından isə bu ərazilər Xəlfəli adlanmağa başlayıb. Kənd Muğan düzündə yerləşir. Baş-Muğan kanalı da Xəlfəli kəndi ərazisindən keçir. Xəlfəli kəndi şimalda Kürdmahmudlu kəndi ilə, cənubda Hacalmuradlı kəndi ilə, şərqdə Saatlı rayonu ilə, qərbdə Qulubəyli və Nurulu kəndləri ilə həmsərhəddir.
Xəlfəli (İğdır)
Xəlfəli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan bir bələdiyyə. İğdır Şəhərr Stadionu burada yerləşir. Özvatan, Turqut Özal və Yunus Əmrə məhəllələrindən ibarətdir. == Coğrafiyası == İğdır il mərkəzinə 7 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 892 erməni yaşayırdı.
Xəlfəli (Şuşa)
Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Qarabağda orta əsrlərdə yaşamış Xəlfəli elinin adındandır. Mənbədə Xəlfəli eli Hacılı tayfasının qollarından biri kmi qeyd olunmuşdu. Tam adı Milli Xəlfəlidir. Qarabağ xanı İbrahim xanın qardaşı Mehdiquluxana mənsub bu el məskunlaşdıqdan sonra 11 məntəqə yaranmışdır. Xudaverdi qışlağı, Xəlfə qışlağı, Xanlıqpəyə, Laçınlar, Zamanpəyə, Şuşulu, Mirzələr, Məmişlər, Şırran və Kosalar. Sonra bu kəndlər xanın qızı Xurşud banu Natavana mənsub olmuşdur. == Tarixi == Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi.
Xəlfəli bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəlfəli məhəlləsi
Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə. Gəncənin yeni məhəllələrindən biri.
Xəlfəli məscidi
Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Xəlfəli məscidi iki gümbəzlidir. Məscidin Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən tikildiyi müəyyən edilmişdir. Məscidi tikən ustanın adı məlum deyil. Dini abidə kimi tikilmiş və istifadə olunmuşdur. Sovet Hakimiyyəti qurulduqdan sonra ateizm təbliğatının gücləndiyi bir dövrdə məsciddən anbar kimi istifadə olunmuşdur.
Xəlfəliçay
Xəlfəli — Xocalı və Şuşa rayonu ərazisində çay. Qarqar çayının sol qoludur. Mənbəyini Sarı Baba dağının Şimal-Şərq yamacından (2100 m. yüksəklikdən) alır. Çay öz adını ərazisindən axdığı Xəlfəli kəndinin adından almışdır.
Xəlifəli
Xəlifəli (Sulduz) —
Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Ayvaz Xələfli
Xələfli Ayvaz Alı oğlu — coğrafiya elmləri doktoru, professor. == Həyatı == Ayvaz Xələfli 1942-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1949-cu ildə Cil kəndində birinci sinifə getmiş, oranı bitirdikdən sonra 1959-cu ildə Ardanış kənd orta məktəbini bitirmiş, həmin ildə də təhsilini davam etdirmək üçün Bakıya getmiş və Bakı dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1965-ci ildə təhsilini başa vurub, təyinatla öz kəndlərinə qayıdıb fizika müəllimi işləmişdir. 1965-ci ilin noyabrında hərbi xidmətə çağrılmış, bir ilik hərbi xidmətdən sonra Bakı şəhərinə qayıdıb Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstititu nəzdində olan Yer fizikası bölməsində paleomaqnetizm və Yer maqnetizmi laboratoriyasında baş mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Bir il işlədikdən sonra aspiranturaya daxil olub Leninqrad şəhərinə oxumağa getmiş, aspiranturanı bitirdikdən sonra Leninqrad şəhərində elmi tədqiqat institunda elmi işini davam etdirərək orada yaşamışdır. 1977-ci ilin noyabrına qədər orada yaşamışdır. Həmin ildə Leninqrad şəhərindən evini dəyişib Bakıya gəlmiş, akademyanın Geologiya İnstitutunda elmi işlərini davam etdirmişdir. Azəbaycanda aparılan paleomaqnit tədqiqatlarını davam etdirimş, ilk olaraq aparılan tədqiqatların nəticəsi olaraq Azərbaycan, eləcədə bütün Qafqaz ərazisinin qonşu ölkələrin ərazisində aparılan paleomaqnit tədqiqatların nəticələri ilə müqayisəli şəkildə paleotektonik bərpasını vermişdir. 100 çap vərəqi elmi iş yazmışdır, o cümlədən 6 monoqrafiya, 90 dan çox məqalə 15 elmi məruzə etmişdir.
Mahir Xələfli
Mahir Muxtar oğlu Xələfli (8 aprel 2001; Sumqayıt, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahir Xələfli 8 aprel 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Qubadlı rayonunun Qiyaslı kəndindən idi. Subay idi. == Hərbi xidməti == Mahir Xələfli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncədə və Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Mahir Xələfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mahir Xələfli 27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
St.Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Stansiya Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Xəlifəli (Hurand)
Xəlifəli (fars. خليفه لو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (20 ailə).
Xəlifəli (Meşkinşəhr)
Xəlifəli (fars. خليفه لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 337 nəfər yaşayır (67 ailə).
Xəlifəli (Miyanə)
Xəlifəli (fars. خليفه لو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 148 nəfər yaşayır (30 ailə).
Xəlifəli (Nəmin)
Xəlifəli (fars. خليفه لو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 457 nəfər yaşayır (92 ailə).
Xəlifəli (Sulduz)
Xəlifəli (fars. خليفه لو‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1000 nəfər yaşayır (210 ailə).
Xəlifəli (Xudabəndə)
Xəlifəli (fars. خليفه لو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 189 nəfər yaşayır (38 ailə).
Xəlifəli (Ərdəbil)
Xəlifəli (fars. خلفلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (26 ailə).
Xələfli tirəsi
Xələfli tirəsi Cavanşir elinin Yağləvənd oymağının Havsallı tayfasının qollarından biridir. Tirənin yaranması Xələf bəy Yağləvəndli-Cavanşirlə bağlıdır. Onun törəmələri bu tirəni yaratmışlar. Xələfli tirəsi Əzimməmmədli və Nurməmmədli törəyinə bölünür. Nurməmmədli törəyi Xələfov, Nurməmmədov, Vəliyev soyadlarını daşıyan ailələrdən təşkil olunub. Əzimməmmədli törəyi Əzimzadə, Əzimli, Əzimov, Səfiyev, Ağayev, Ağakişiyev soyadlarını daşıyan ailələrdən ibarətdir.
Əlirza Xələfli
Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu; 1953, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan şairi və yazıçısı, "Kredo" qəzetinin baş redaktoru. == Həyatı == Əli Rza Xələfli 1953-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, doğulduğu rayonun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür. 1980-ci illərin əvvəlindən mətbuatda çalişir. 1980–1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə çalışdı. "Xudafərin", "Qoşa qanad", "Qarabağ" və "Həyat" qəzetlərində xüsusi müxbir, şöbə müxbir, şöbə müdiri və redaktor əvəzi vəzifələrin işləmişdir. Ə.Xələflinin ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə "Qızıl qələm" medalı mükafatına, 2003-cü ildə "Məmməd Araz"ali ədəbi mükafatına, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliq Bürosunun "Qılınc və qələm" yaddaş mükafatı, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2002-ci ildə Əli Rza müəllim Azərbaycan Yazıçıları və 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1980-ci ildən Qabaqcıl maarif xadimi, 2010-cu ildə isə Prezident təqaüdçüsüdür.
Xəlfələr
Xəlfələr (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Xəlfələr (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.
Xəlifəlik
Xilafət (ərəb. خلافة‎ — yəni əvəzetmə, varislik) — müsəlmanlarda islamın dəyişməz prinsiplərinə əsaslanan teokratik dövlət-hüquq sistemi, habelə xəlifələrin (müavin, varis) başçılıq etdikləri müsəlman dövlətlərinin tarixi ədəbiyyatda adı.
Xəlilli
Xəlilli — Azərbaycanda daha çox işlədilən soyad. Kəndlər Xəlilli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Xəlilli (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Xəlilli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Xəlilli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Xəlilli (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Xəlilli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Xəlitli
Xəlitli — Azərbaycan Respublikasının Göyçay rayonunun Yeniarx inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-qərbdə, Göyçay-Ucar avtomobil yolu üzərində, Çərəkə və Yeniarx kəndlərin yanında, Şirvan düzündə yerləşən kənd. == Tarixi == == Toponimikası == Xalidli oyk., sadə. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Şirvan düzündədir. XIX əsrin birinci yarısında Çərəkə kəndindən ayrılmış xalidli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır .Xəlitli (bəzən adı Xalidli və ya Xəlidli kimi də yazılır) yaşayış məntəqəsi XIX əsrin birinci yarısında indiki Göyçay rayonunun Çərəkə kəndindən ayrılıb gəlmiş xalidli nəslinə mənsub olan ailələrin burada məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. Yerli əhali kəndin adını Xəlitli kimi tələffüz edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1154 nəfər əhali yaşayır. == Məşğuliyyəti == Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və pambıqçılıqla məşğul olur.
Seyfəli
Aşağı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.