Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xoşniyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Pisniyyətli proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. == Növləri == Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.