Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yerfındığı
Yerfındığı (lat. Arachis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Araxis və ya yerfındığı (Arachis hypogaea L.) toxumlarından ərzaq yağı (yeməli yağ) almaq üçün əkilib becərilir. Araxis toxumlarının tərkibində 60%-ə qədər yağ (orta hesabla 53%) və 35%-dən çox zülal vardır. Tərkibindəki zülalın miqdarına görə araxis ancaq soyadan geri qalır. Araxis yağı konserv sənayesində, marqarin alınmasın da, sabun bişirmə sənayesində və tibbdə istifadə olunur. Araxis yağı yarımquruyan (yod ədədi 90-103) yağlar qrupuna aiddir. Orta hesabla bir ton qabıqlı araxis toxum- dan 226-317 kq. yağ alınır. Araxis yağı əsas etibarı ilə konserv və qənnadı sənayesində istifadə olunur.
Yerfındığı (cins)