Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Zorbalıq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — hər hansı bir şəxsə və ya qrupu qarşı güc tətbiq etmə, təhdid və ya sui-istifadəyə məcbur etmə, hədələmə və ya təcavüzkarlıqla idarə etmə. Davranış tez-tez təkrarlanır və adi olur. Zorbalıq, zorba və ya başqaları tərəfindən, münaqişəyə qarşı zorakılığı fərq edən bir sosial və ya fiziki güc balansındakı qavrayışdır. Hökmran davranışlara şifahi təcavüz və ya təhdid, fiziki hücum və ya zorlama daxil ola bilər və bu cür hərəkətlər təkrarlanaraq xüsusi hədəflərə yönəldilə bilər.Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber.Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.İndividual zorbalıq 4 növə sinifləndirilə bilər.
Qarğalıq (Masallı)
Qarğalıq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin sayı 1705 nəfərdir. == Toponimiyası == Qarğalıq oykonimi coğrafi obyekt adı olmaqla qədim türk tayfalarından birinin adı olan qarqaikarqa və qədim türk dilli abidələrdə bir sıra mənalarla yanaşı, həm də -/* şəkilçisinin sinonimi kimi mənsubluq, aidlik mənasında işlənmiş -hq şəkilçisindən ibarət olub “qarğa tayfasına məxsus (kənd)” mənasını daşıyır. Karqa etnonimi mənbələrin birində qaraqalpaklann bir qolunun adı kimi qeyd edilir. Bu ada Qərbi Sibir, qırğız və özbək xalqlarının arasında da rast gəlinir. Keçən əsrdə Tatarıstanda Karqalı, Şimali Qazaxıstanda Karqalı, Krımda Karqalıq toponimləri qeydə alınmışdır.
Qarğalıq (Naxçıvan)
Qarağalıq — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir. Qəsəbə Araz çayının sahilində, şəhər mərkəzindən cənub-qərbində 7 km məsafədə yerləşir. Culfa - Uluxanlı dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Hazırda stansiya kimi də istifadə olunur. == Etimologiya == Qarğalıq qəsəbəsinin adı qarğa(türk qəbiləsindən birı) və -lıq şəkilçisinin komponentlərindən yaranmış, mənası "Qarğa qəbiləsinə mənsub yer" deməkdir. Qarğa etnonimi həmçinin başqa türk xalqalrında da Azərbaycandakı kimi işlənməkdədir. Məsələn, qaraqalpaq tayfalarından birinin adı kimi də qeyd olunur. Bu ada qırğızlar və özbəklər arasında, əlavə olaraq Qərbi Sibiri də türk xalqları arasında çox rast gəlinir. Krımda, Şimali Qazaxıstan, Tatarıstanda da Qarğalı toponimlərinə çox rast gəlinir.
Qarğalıq (Xaçmaz)
Qarğalıq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Yoncalıq (Salmas)
Yoncalıq (fars. يونجاليق‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 101 nəfər yaşayır (21 ailə).
Yorğanlı (Urmiya)
Yorğanlı (fars. يورقانلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (75 ailə).
Quba Yorğası
Quba yorğası və ya Quba atı — Azərbaycanın yerli at cinslərindən biridir. Yorğa yerişi ilə tanınmışdır. XIX əsrin sonunda, əsasən Quba (adı da buradandır), qismən də Bakı və Şamaxı qəzalarında yayılmışdır. Süysünün hündürlüyü 136 sm, bədənin çəpinə uzunuğu 136 sm, döş qucumu 157,2 sm, incik qucumunun çevrəsi isə 17,6 sm-dir. Rəngi əsasən kəhərdir. İlxı şəraitinə davamlı, konstitusiyası quru və möhkəmdir. Ayaqları qısa olduğundan sürətlə qaça bilmir. 1600 m məsafəni 3 dəqiqə 25,4 saniyəyə qət edir. Quba yorğası ərəb və "Terek" at cinsləri ilə yaxşılaşdırılır.
Yorğanlı-i Cənizə (Urmiya)
Yorğanlı-i Cənizə (fars. يورقانلوي جنيزه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (25 ailə).