Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yuyulma
Yuyulma (rus. размыв, ing. wash-out, erosion) — süxurların parçalanması və parçalanma materiallarının su axınları, buzlaq, külək və b. vasitəsilə daşınması prosesi.
Burulma çubuğu
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədi ilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Yuyulma səthi
Yuyulma səthi (rus. поверхность размыва, ing. surface of wash-out, surface of erosion) — müxtəlif süxurların yuyulmuş, nahamar səthi. Y.s. cavan çöküntülər toplanana qədər daha qədim süxurların denudasiya prosesləri və ya su axınları ilə yuyulması /dağılması/ sayəsində yaranır. Çöküntü toplanma prosesində fasilə olmasını sübut edir.
Yumrular (cizgi filmi)
Yumrular və ya Gülməcələr (rus. Смешарики) — rus cizgi serialı. Cizgi serial Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir. Serial yumru və gülməli antropomorfik heyvanların macəraları haqqındadır. Serial 3 sezondan və 240 bölümdən ibarətdir. Hər bölüm 6 dəqiqə 30 saniyədən ibarətdir. Bəzi seriyalar iki hissəyə bölünür, "Əcdad effekti" bölümü isə üç hissədən ibarətdir. Əsas seriala "Yumrular: Pin-kod" və "Yumrular: əlifbalar" ("Əlifbalar" serialı bir neçə yerə bölünür "Oxu əlifbası", "Davranış qaydaları əlifbası" və s.) seriallar artırılmışdır.
Xruşşovun yumşalma siyasəti
Xruşşovun yumşalma siyasəti (rus. хрущёвская о́ттепель) — Sovet İttifaqında 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində Nikita Xruşşov dövründə istifadə edilən termin. Sovet İttifaqında siyasi repressiya və senzuranın nisbətən azaldığı, destalinizasiya prosesi ilə yanaşı, QULAQ düşərgələrində çoxlu siyasi məhbusların təxliyə edildiyi və digər xalqlarla dinc yanaşı yaşama siyasətinin qəbul edildiyi dövrə aiddir. Dövrün başlanğıcı 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra mümkün oldu. Partiyanın baş katibi Xruşşov Kommunist Partiyasının 20-ci Qurultayında gizli çıxışında keçmiş baş katib Stalini açıq şəkildə pisləyib. Sonra Kremldəki hakimiyyət mübarizəsində stalinistləri idarədən uzaqlaşdırdı. Bu termin İlya Erenburqun 1954-cü ildə yazdığı "Ərimə" (Оттепель) əsərindən gəlir. Ərimə prosesi Sovet İttifaqı və Şərq bloku ölkələrində bəzi iqtisadi islahatlar, beynəlxalq ticarət, təhsil və mədəniyyət sahələrində əlaqələr, festivallar, xarici yazıçıların kitablarına, xarici filmlərə, incəsənət şoularına, Qərbin populyar musiqisinə, rəqslərinə və yeni modalara daha asan çıxış təmin etdi. Bu dövrdə Xruşşov tərəfdarları ilə stalinistlər arasında hakimiyyət mübarizəsi heç vaxt bitmədi.
Soyuq burulma imitatoru aparatı (CCS)
Soyuq burulma imitatoru aparatı (Cold-Cranking Simulator CCS) — rusca "Симулятор холодного проворачивания" – motor yağlarının mənfi temperaturlarda (mənfi 35 — mənfi 50C –dək) özlülüklərini təyin edir. Bu üsul soyuq şəraitdə yağların işə salınmasında özlülüklərin imitasiyası üçündür və istifadə olunan üsul- ASTM D5293 beynəlxalq standartlara uyğundur. == CCS aparatının istifadəsinin məqsədi == Dirsəkli valın aşağıtemperatur özlülüyü SAE J300 təsnifatına əsasən dörd əsas özlülük gösrəcilərindən biri olub və motor yağının özlülüyünü düzgün qiymətləndirilməsi üçün istifadə edilir. Odur ki, hazır motor yağının hansı özlülük sınfinə uyğunluğunu müəyyənləşdirmək üçün bu yağ üçün CCS göstəricisini təyin etmək lazımdır. == İş prinsipi == CCS aparatı temperaturu nəzarətdə saxlayan kamera ilə təchiz olunub.(Qlikol ilə) . Mühərriklə idarə olunan stator kameranın içində yerləşir Sınanan nümunəni sınaq kamerasına daxil edilməsi üçün vacuum nasosundan istifadə edilir. Burada nümunə tələb olunan temperatura qədər soyudulur. Mühərriyin statoru daimi cərəyanla işə salınır. Sınaq temperaturunda nümunənin içində statorun müqaviməti özlülüyə çevrilir. Bu özlülük meqaPaskal vahidi ilə (мПа) ölçülür.