Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manaf Zərnəvai
Manaf Zərnəvai — Şəki xanlığının Şirvan naibi, Hacı Məhəmmədəli xanın oğlu. == Həyatı == 1761-ci ildə Hacı Məhəmmədəli xanın devrilməsindən sonra Şəki xanlığına qaçmışdı. Nəhayət 1768-ci ildə Şəki-Quba qoşunlarının Şirvanı işğalından sonra Manaf bəy Məhəmmədhüseyn xanın Şirvan naibi təyin olundu. Hakimiyyəti altında Yeni Şamaxı, Sərdərin mahalı və Həsən mahalı vardı. Çox keçmədən 1768-ci ilin avqustunda Quba xanlığına qarşı danışıqlara başlayan Manaf bəy və Məhəmmədhüseyn xanın danışıqlarına əsasən Manaf bəy Köhnə Şamaxını ələ keçirərək bütöv Şirvanın xanı olacaq, göstərdiyi hərbi dəstək müqabilində Şəki xanlığına vergi ödəyəcəkdi. Lakin plandan xəbər tutan Fətəli xan tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndə sürgün edilir. 1769-cu ilin iyulunda isə Yeni Şamaxı dağıdıldı. 1789-cu ildə Fətəli xanın ölümündən sonra Məhəmmədhəsən xan Şirvana hücuma keçərək Manaf bəyi hakimiyyətə qaytarmağa çalışdı. Lakin Manaf bəyin hakimiyyəti cəmi yarım ay çəkdi. Həmin il Əsgər xanın orduları tərəfindən ələ keçirilərək öldürüldü.
Zerzevan qalası
Zerzevan qalası — Diyarbəkir və Mardin illəri arasında yerləşən tarixi tikili və hərbi bazanın qalıqları. Roma İmperiyası dövründə sərhəd qarnizonunun yerləşdirildiyi yer olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar yeraltı tikililərin mövcudluğunu və bunların arasında Mitraizm məbədi olduğunu ortaya çıxardı. Qala 1890-1960-cı illər arasında mülki yaşayış məntəqəsi olaraq istifadə edilmişdir. Ərazi turizm üçün qismən açıqdır. == Yeri == Zerzevan qalası, 4-cü əsrdə Şərqi Roma İmperiyası tərəfindən Diyarbəkir və Mardin arasındakı qədim ticarət yolundakı hərbi baza olaraq inşa edilmişdir. 7-ci əsrə qədər istifadədə idi. Qala Dəmirölçək kəndinin yaxınlığında, 105–124 metr (344–407 ft) hündürlüyündə təpə üzərində, Diyarbəkirdən təxminən 45 kilometr (28 mil) məsafədə yerləşir. == Quruluşu == Qala təxminən 5.7 hektar ərazini əhatə edir. Həm yerüstü, həm də yeraltı quruluşa malikdir.