Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perikraton çökəlmə
Perikraton çökəlmə – platformanın, onunla həmyaş geosinklinal vilayətin sərhədi boyu bir neçə geoloji dövr ərzində mövcud olmuş və qalın çökmə süxur seriyası ilə dolmuş uzunmüddətli çökəlmə zonası. Xainə görə (1964), perikraton çökəlmə bünövrə yatımının kəskin gömülmüş va daha cavan çöküntülər inkişaf etmiş (çökmə örtüyü) enli (1000 km-dək) zolağı. Qalxan və plitələrdən sonra bünövrənin üçüncü pilləsini təşkil edən bu zolaqlar, adətən plitələrdən bünövrə yarıqları sistemi ilə ayrılır. Kənar çökəklər perikraton çökəlmə xarici hissəsində təşəkkül tapır və çox vaxt birincilərin alt struktur mərtəbəsini təşkil edir. Platforma Çökmə süxurlar Çökək Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Çəkələk
Çəkələk ― yüngül ayaqqabıların bir növü. Çəkələkləri çox vaxt parçadan ya da dəridən düzəldirlər. Bəzi bölgələrdə xalq arasında şəpik adlandırılan bu ayaqqabılar qədim zamanlardan tanınır və isti ölkələrdə, başqa ayaqqabılara nisbətdə daha çox geyinilir. Bəzi çəkələklər isə (məsələn: hamam üçün) rezindən hazırlanır.Tərlik ayaqqabı şəklində ola bilər və ya arxası olmaya bilər (flip-flop). Onların dabanları adətən nazik olur və ayaq üçün çox qorunma təmin etmir. Otellərdə, hamamlarda və s.-də müştərilərə birdəfəlik terliklər verilə bilər.