Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çəmbərək
Çəmbərək, Krasnoselo, Qırmızıkənd — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) şəhər. Qırmızıkənd rayonunun inzibati mərkəzi. Çəmbərək rayonu Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşir. Şəhərdən paytaxt İrəvan şəhərinə olan məsafə 125 km-dir. Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Aşağı Çəmbərək
Aşağı Çəmbərək — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndi XIX əsrdə rayondakı Çəmbərək kəndindən köçənlər salmışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözündən və Azərbaycan dilində şam ağacının adını ifadə edən çam sözü ilə baraq türk etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Yuxarı Çəmbərək
Yuxarı Çəmbərək - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Yuxarı Çambarək formasında qeyd edilir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən Azərbaycan dilində şam ağacın adını bildirən çam sözü ilə baraq türk etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir.
Çəmbərək rayonu
Krasnoselsk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalı (6 kənd) və Qaraqoyunlu dərəsi (8 kənd) ərazisində rayon. Hazırda Ermənistanın Geğarkunik marzının (vilayət) tərkibindədir. Mərkəzi Çəmbərək (Krasnoselo) şəhəridir. 1920-ci ilin sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının tərkibində olmuşdur. Sonralar Sovet hakimiyyəti illərində Göyçə mahalı beş inzibati rayon arasında bölündüyündən Çəmbərək rayonu Göyçə mahalının tərkibinə daxil olmuşdur: Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu, Yelenovka rayonu və Krasnoselsk rayonu. 1937-ci il dekabrın 31-də yaradılıb. Həmin ilə qədər Dilican rayonunun tərkibinə daxil olub. Ərazisi 697 kv km-dir. Rayon mərkəzi Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşən Qırmızıkənd (dəyişdirilmiş adı Mixaylovka, Krasnoselsk) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 125 km-dir.
Çəmbərəkənd
Çəmbərəkənd (əvvəlki adı: Çəmbərxaç) — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Köhnəkənd kənd Sovetindən Çəmbərxaç kəndi İrçan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Yaşayış məntəqəsi bəysülülər nəslinə mənsub ailələrin Çəmbərəxaç adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, burada üstündə xaç şəkli olan çəmbərə (yumru) formalı dağ var imiş. Oykonim "üzərində xaç olan yumru dağ" mənasındadır. Qəbələ rayonu ərazisində Çəmbərov (dairəvi su) bulağı adlı su obyekti qeydə alınmışdır. Çəmbərə (dairə, əyri, qövs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, "dairəvari, qövsvari kənd" mənasındadır. Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Çəmbərəkənd məhəlləsi
Çəmbərəkənd məhəlləsi — Bakı şəhərində coğrafi ərazi və keçmiş yaşayış sahəsi. Bakı məhəllərindən biri. Dağlı məhəlləsi ilə həmsərhəd olub. Çəmbərəkənd məhəlləsində 2 məhəllə məscidi mövcud olub Adı dəyişdirilərək Lermontov qoyulmuşdur. Çəmbərə (dairə, əyri, qovs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, "dairəvari, qovsvari kənd" mənasındadır. Kənd həqiqətən də ətrafa nisbətən bir qədər yüksəklikdə, dairəvi sahədə yerləşmişdir.
Çəmbərəkənd parkı
Çəmbərəkənd parkı – Azərbaycanın Bakı şəhərinin Səbail rayonunda yerləşən park. 8 iyun 2022-ci ildə açılıb. Açılışda Azərbaycan prezidenti İlham Əliyev də iştirak etmişdir. Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış parkda yaşıllaşdırma işləri aparılmış, 1200 metr uzunluğunda piyada yolları salınmış, sakinlərin asudə vaxtlarını keçirmələri üçün şərait yaradılmışdır. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınmış, şəhər mənzərəli iki terras düzəldilmiş, müasir üslubda fəvvarə inşa edilmiş, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilmişdir. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilmişdir. Həmçinin ərazidə idman və uşaq əyləncə qurğuları quraşdırılmışdır. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənmiş, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilmişdir.
Çəmbərəkənd qəbiristanlığı
Çəmbərəkənd qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1939-cu ilə qədər mövcud olan qəbiristanlıq. Qəbirstanlıqda 1883-cü il iyuluna kimi şəhər sakinlərini dəfn edilirdi. Qəbiristanlıq Bakı qəsrinin cənub-qərb hissəsində, Bakının ətrafı olan Çəmbərəkənd kəndinin şərqindəki, Bakının şimal-şərq yamacında, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq üç hissədən ibarətdir: şimalda köhnə müsəlman, mərkəzidə köhnə Erməni Həvari və cənubda köhnə pravoslav qəbiristanlıqlar. Çəmbərəkənd qəbiristanlığından Aşağı Çəmbərəkənd küçəsi ayırırdı. 1820-ci illərdə qəbiristanlıq şəhərin kənarında, qala divarlarının arxasında yerləşirdi. Lakin vaxt keçdikcə, şəhər böyüyməyə başladı və divardan kənara çıxdıqdan sonra, Çəmbərəkənd qəbiristanlığı şəhərin yaşayış binaları arasında qaldı. Memar Lev İlyinin sözlərinə görə, qədim zamanlardan bu qədim qəbiristanlıq qədim şəhər qalasının qərbindəki Çəmbərəkənd yaxınlığındakı təpələrə yerləşirdi. Onlar teraslarla dağlıq platoya yüksəlib və qatlarda yerləşirdi. Daha sonrakı qəbiristanlıqlar — erməni və rus qəbiristanlıqları — şəhər üzərində məkanları tutmuşdur.
Gəmərək
Gəmərək (türk. Gemerek) — Sivas ilinin ilçəsi.
Özgə Kırdar Çəmbərci
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Çemberlen
Çemberlen — soyad. Cozef Çemberlen — Böyük Britaniya dövlət xadimi. Nevill Çemberlen — 1937–1940-cı illərdə Böyük Britaniyanın 60-cı baş naziri. Ouen Çemberlen — amerikalı fizik. Ostin Çemberlen — Böyük Britaniya dövlət xadimi.
Cozef Çemberlen
Cozef Çemberlen (ing. Jozef Chamberlain; 8 iyul 1836[…], London – 2 iyul 1914[…], London) — Böyük Britaniya dövlət xadimi, fabrikant, Ostin və Nevill Çemberlenin atası. == Fəaliyyəti == Siyasi fəaliyyətinin ilk dövründə Liberallar partiyasının radikal cinahına mənsub olmuşdur. 1873 — 1876-cı illərdə Birminhem meri olmuş, 1876-cı ildə parlament deputatı seçilmişdir. 1880 — 1885-ci illərdə Vilyam Qladston hökumətinə daxil olmuşdur. İrlandiyaya muxtariyyət verilməsinə etiraz əlaməti olaraq Çemberlen və onun tərəfdarları Liberallar partiyasından çıxaraq mühafizəkarlara qoşulmuşdular. 1895 — 1903-cü illərdə müstəmləkələr naziri, ingilis-bur müharibəsi (1899 — 1902) dövründə Böyük Britaniyanın müstəmləkə ekspansiyasının əsas ilhamçısı və təşkilatçısı olmuşdur. 1906-cı ildə xəstəliyi ilə əlaqədar siyasi fəaliyyətdən uzaqlaşmışdır.
Maksim Şemberev
Maksim Şemberev (25 sentyabr 1993) — Ukraynanı və Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Maksim Şemberev Ukraynanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 200 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirninin təsnifat mərhələsində 2:02.40 dəqiqə nəticə ilə 33-cü pillənin, 400 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində isə 4:16.62 dəqiqə nəticə ilə 15-ci pillənin sahibi olub. Maksim Şemberev 2017-ci ildə Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının dörd qızıl medalına sahib oldu. Daha sonra Maksim Şemberev Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 400 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 4:18.40 dəqiqə nəticə göstərdi və 26-cı pillənin sahibi olub.
Nevill Çemberlen
Nevill Çemberlen (ing. Arthur Neville Chamberlain; 18 mart 1869[…], Birminhem, Vorvikşir qraflığı – 9 noyabr 1940[…], Ridinq) — ingilis dövlət xadimi, Mühafizəkarlar Partiyası lideri, 1937–1940-cı illərdə Böyük Britaniyanın 60-cı baş naziri. Artur Nevill Çemberlen 18 mart 1869-cu ildə Birminhemdə anadan olmuşdur. 1918-ci ildən parlament deputatı, 1930–1931-ci illərdə Mühafizəkarlar partiyasının sədri, 1937–1940-cı illərdə isə Böyük Britaniyanın baş naziri olmuşdur. Faşist təcavüzünü SSRİ-yə qarşı yönəltmək məqsədilə Çemberlen hökuməti Hitler Almaniyasına bir sıra güzəştlərə getmiş, Moskva danışıqlarına (1939) baxmayaraq Almaniya ilə gizli sövdələşməyə cəhd göstərmişdir. Lakin Çemberlen hökumətinin bu siyasəti boşa çıxdıqdan sonra Böyük Britaniya əlverişsiz bir şəraitdə İkinci dünya müharibəsinə qoşulmuşdu. 1940-cı il, mayın 10-da istefa verməyə məcbur olmuş və elə həmin ilin noyabrın 9-da vəfat etmişdir. Aster, Sidney. Guilty Man: the Case of Neville Chamberlain // Finney, Patrick (redaktor). The Origins of the Second World War.
Ostin Çemberlen
Ostin Çemberlen (ing. Joseph Austen Chamberlain; 16 oktyabr 1863[…], Birminhem, Vorvikşir qraflığı – 16 mart 1937, London) — Böyük Britaniya dövlət xadimi. Mühafizəkar C. Çemberlenin oğlu. 1892-ci ildən parlament üzvü idi. 1924–29-cu illərdə xarici işlər naziri olmuşdur. Böyük Britaniyanın Avropada rəhbər mövqe tutmasına səy göstərmiş, SSRİ və Fransaya qarşı mübarizə məqsədilə Almaniyanın yenidən militaristləşdirilməsinə tərəfdar çıxmışdır. Çemberlen SSRİ ilə diplomatik əlaqələri kəsməyin (1927, may) və ona qarşı yeni hərbi müdaxilə cəhdlərinin təşəbbüsçülərindən biri olmuşdur. Ömrünün son illərində Almaniyanın təcavüzkarlıq niyyətlərinin təhlükəli olduğunu göstərmişdir.
Ouen Çemberlen
Ouen Çemberlen (ing. Owen Chamberlain; 10 iyul 1920[…], San-Fransisko, Kaliforniya – 28 fevral 2006[…], Berkli, Kaliforniya) – subatomik antizərrəcik olan antiprotonu kəşf etdiyinə görə 1959-cu ildə Fizika üzrə Nobel mükafatını Emilio Gino Segre ilə bölüşmüş amerikalı fizik. Kaliforniyanın San-Fransisko şəhərində anadan olan Çemberlen, 1937-ci ildə Filadelfiyadaki "Germantown" Dostlar Məktəbini bitirdi. Dartmut Kollecində və Berkli Kaliforniya Universitetində fizika təhsili aldı. İkinci Dünya Müharibəsinin başlanmasına qədər məktəbdə qaldı və 1942-ci ildə həm Berklidə, həm də Los Alamos, Nyu-Meksikoda Segre ilə birlikdə çalışdığı Manhetten layihəsinə qatıldı. 1943-cü ildə Betris Babet Kapper ilə evləndi 1946-cı ildə müharibədən sonra Çemberlen fizik Enriko Ferminin rəhbərliyi altında Çikaqo Universitetində doktorantura işinə davam etdi. 1949-cu ildə Çikaqo Universitetindən Ph. D elmi dərəcəsini qazandı. 1948-ci ildə eksperimental işini başa vuran Çemberlen, fakültənin üzvü olaraq Berkliyə qayıtdı. Orada, Segre və digər fiziklər proton-proton səpələnməsini araşdırdılar.
Merilin Çembers
Merilin Çembers (22 aprel 1952[…], Providens[d], Rod-Aylend – 12 aprel 2009, Santa-Klarita, Kaliforniya, ABŞ) — pornoaktrisa və siyasətçi. Merilin Çembers 1952-ci ildə doğulmuşdur. Merilin 1970-ci ildə yuyucu tozun reklamına çəkildikdən sonra bütün Amerikada məşhurlaşmışdır. Porno ulduzun 50 yaşı tamam olduqda qəfildən siyasətlə məşğul olmağa qərar verib. Müxtəlif partiyalara qoşulandan 2 dəfə ABŞ-nin vitse-prezident postuna namizədliyini irəli sürüb – 2004 və 2008-ci illərdə, amma seçkilərdə lazım olan səsi yığa bilməyib. Merilin Çembers 2009-cu ildə vəfat etmişdir.
Özge Kırdar Çemberci
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Özgə Kırdar Çemberci
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Aleks Oksleyd-Çemberlen
Aleks Oksleyd-Çemberlen (15 avqust 1993, Portsmut, Hempşir qraflığı[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Çembers qraflığı (Alabama)
Çembers dairəsi (ing. Chambers County) — ABŞ-nin Alabama ştatının şərq mərkəzi hissəsində yerləşən bir qraflıq. 2020-ci ildə aparılmış siyahıyaalınmaya əsasən, əhalisi 34,772 nəfərdir. Qraflıq mərkəzi Lafayet şəhəridir. Ən böyük şəhəri Valli adlanır. Dairə alabamalı ABŞ senatoru Henri N. Çembersin adını daşıyır.
Robert Vilyam Çembers
Robert Vilyam Çembers (ing. Robert William Chambers; 26 may 1865[…], Bruklin, Nyu-York ştatı – 16 dekabr 1933, Nyu-York, Nyu-York ştatı) — ABŞ rəssamı və elmi fantastika yazıçısı. O, 1895-ci ildə nəşr olunan "Sarıdakı kral" adlı qısa hekayələr kitabı ilə tanınır. == Tənqidi == H. V. Lavkraft Klark Eşton Smitə yazdığı məktubda Çembers haqqında qeyd etmişdir: Çembers daha sonra qəribə fantastika və fövqəltəbii hekayələrdən effektiv şəkildə imtina etmişdir, lakin bu ilk əsərlər Lavkraftın "Ədəbiyyatda fövqəltəbii dəhşət" essesinə daxil etməsi sayəsində XX əsrin böyük bir hissəsi üçün çapda qalmışdır.