Çəmbərəkənd parkı – Azərbaycanın Bakı şəhərinin Səbail rayonunda yerləşən park. 8 iyun 2022-ci ildə açılıb.[1] Açılışda Azərbaycan prezidenti İlham Əliyev də iştirak etmişdir.[1]
Çəmbərəkənd parkı | |
---|---|
| |
Məlumatlar | |
Parkın tipi | park |
Yerləşməsi | Səbail rayonu, Bakı, Azərbaycan |
Sahəsi | 4 ha |
Yaradılıb | 8 iyun 2022 |
Statusu | açılıb |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış parkda yaşıllaşdırma işləri aparılmış, 1200 metr uzunluğunda piyada yolları salınmış, sakinlərin asudə vaxtlarını keçirmələri üçün şərait yaradılmışdır.[1] Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınmış, şəhər mənzərəli iki terras düzəldilmiş, müasir üslubda fəvvarə inşa edilmiş, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilmişdir.[1] Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilmişdir.[1] Həmçinin ərazidə idman və uşaq əyləncə qurğuları quraşdırılmışdır.[1] Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənmiş, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilmişdir.[1]