Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marna sahilindəki vuruşma
Marna döyüşü — Birinci dünya müharibəsində Almaniya və Antanta qüvvələri arasında Fransa ərazisindəki Marna çayı sahilində 1914-cü ilin sentyabrın 7-də baş vermiş döyüşdür. Bu döyüşdə hər iki tərəfdən 2 milyondan artıq əsgər və zabit iştirak edirdi. Döyüş nəticəsində almanların Fransanın paytaxtına doğru hücumu dayandırılır və alman qoşunları Belçikaya tərəf geri otuzdurulur. Bu döyüşdə fransızlar tarixdə ilk dəfə taksi avtomobillərindən hərbi məqsəd üçün istifadə etmək təcrübəsini tətbiq etdilər.
İki tərəfli vuruşma
İki tərəfli vuruşma — Azərbaycan uşaq oyunu. == Yaş == 10–16. == Oyunçuların sayı == Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür . Kənar hədlər 5m orta hissə isə 7 metr olur. == Oyun qaydası == Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar.
Çalılı (Məlikan)
Çalılı (fars. چاللو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (10 ailə).
Austerlits vuruşması
Austerlits vuruşması - 1805, müttəfiq rus - avstriyalı və fransız qoşunları arasında 20 noyabrda Austerlits(indi Slavkov, Çexiya) yanında 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsinin həlledici vuruşması. == Tərəflərin qüvvələri və mövqeləri == Rus - Avstriya ordusu(86 min nəfər, 350 top) general Kutuzovun komandanlığı altında Braunaudan Olmüza qədər parlaq marş - manevrdan sonra(1805-ci ilin noyabrın ortası) müdafiə üçün rahat Olşan mövqeyində dayandı. Napoleonun ordusu(73 min nəfər,250 top) Brünnadan(indi Brno) şərqə mövqe tutdu. Kutuzov yardım gələnə qədər fəal hərəkət etmək niyyətində deyildi. Napoleon, müttəfiqləri yardım yetişənədək və Prusiyanın ittifaq tərəfində çıxışına qədər vuruşmaya cəlb edərək, fransız ordusunun zəifliyi barədə şaiyələr yayır, barışıq barədə danışıqlar apararaq, Avstriyanı müharibədən çıxmağa sövq etmək istəyirdi. Orduda olan çar I Aleksandr Kutuzovun niyyətlərinə əks olaraq müttəfiq qüvvələrin hucuma keçməsinə israr edirdi, və faktiki olaraq komandanlığı öz üzərinə götürmüşdü. Avstriyalı qeneral F. Veyroterin hazırladığı hucum planı, Napoleonun pasiv hərəkətlərinə hesablanmışdı. Onun mahiyəti - əsas qüvvələrin cənubdan qəliz yandan alma hərəkəti ilə franszı ordusu ilə Vyananın arasını kəsmək və onun Brünnaa yanında darmadağın etmək. Plana uyğun olaraq rus - avstriyalı ordusu beş sütunla Austerlitsa marş etdi. Müttəfiqlərin ləng tərpənməsi Napoleona vaxt qazandırdı.
Fermopil vuruşması
Fermopil döyüşü (e.ə. 480) — Yunan-İran müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində yunanlarla iranlılar arasında döyüş. Sparta sərkərdəsi Leonid qoşunun əsas hissəsini Afinanın müdafiəsinə göndərmiş, özü isə 300 spartalı ilə keçidi qorumuş, lakin qeyri-bərabər mübarizədə dəstəsi ilə birgə məhv olmuşdur. Sonralar spartalılar burada Fermopil vuruşması qəhrəmanlarına abidə qoydular.Son dövrlərin ən məşhur kinolarından olan "300 spartalı" filmi məhz bu döyüş haqdadır.
Fermopila vuruşması
Həştadsər vuruşması
Həştadsər vuruşması — ərəb qoşunları ilə xürrəmilər arasında Həştadsər dağı yaxınlığında baş vermiş döyüş (3 iyun 829). Xilafətin məşhur sərkərdələrindən Məhəmməd ibn Hümeydin komandanlıq etdiyi 150 minlik ərəb ordusu xürrəmilərin əsas iqamətgahı olan Bəzz qalasını tutmağı qarşıya məqsəd qoymuşdu. Babəkin komandanlıq etdiyi üsyançılar iyunun 3-də düşmənə qəflətən ağır zərbə vurdular. Məhəmməd ibn Hümeyd döyüş zamanı öldürüldü. Təqribən 30 min döyüşçü itirən ərəb qoşunu geri çəkilməyə məcbur oldu.2-ci həşdadşər döyüşü 836-cı il baş verdi.Bu döyüşdə Babəkin Məharəti Nəticəsində Xürrəmilərin Qələbəsi oldu.Xürrəmiləd bu döyüşdə Düşmənin çoxlu canlı qüvvəsi məhv edildi,üsyançılar xeyli silah,Ərzaq və digər qənimətlər ələ keçirdilər.
Marafon vuruşması
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu. Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!".
Neva vuruşması
Neva vuruşması — 1240-cı il iyulun 15-də (21-də) rus və İsveç qoşunları arasında vuruşma. İsveçlilərin hucum etməkdə məqsədi Neva çayı mənsəbini və Ladoqa şəhərini tutmaq idi (bu, onlara "varyaqlardan yunanlara" gedən yolun şimal sahəsini ələ keçirmək imkanı verirdi). Novqorod knyazı Aleksandr Yaroslaviç isveçliləri İjora çayı mənsəbinə çatdılar. Dumanlı havadan istifadə edən ruslar İsveç düşərgəsinə hücum edərək onları darmadağın etdilər. Döyüşdə göstərdiyi sərkərdəlik məharəti və igidliyə görə xalq knyaz Aleksandr Yaroslaviçi Nevski adlandırdı. == Ədəbiyyat == Пашуто В.Т. Героическая борьба русского народа за независимость (XIII в.), М., 1956. Пашуто В.Т. Александр Невский, М., 1974. == Mənbə == Нева вурушмасы (1240) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Qavqamela vuruşması
Qavqamela vuruşması — E.ə. 331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında baş verən üçüncü vuruşma.Fars ordusunun ciddi müqavimətinə və inadkarlıqla döyüşməsinə baxmayaraq yunan-makedon ordusu qalib gəldi Qavqamela vuruşması həm qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini hesab edilir. == Tarixi == Döyüşdə III Daranın ordusu məğlub edildi. Şah bir neçə satrapla və kiçik qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya çəklir. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində bu döyüşdə ən ağır tələfata uğrayırlar. Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. O, Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. Farsların iki paytaxtının ikisi də - Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı fateh burada xeyli sərvət - 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı.
Somme vuruşması
Somma vuruşması - 1916-cı ildə Fransada baş verən 1 milyondan çox itki ilə Birinci dünya müharibəsinin ən böyük vuruşmalarından biridir. Bu müharibə həm də İngilislər tərəfindən ilk dəfə tankın istifadə edildiyi döyüşdür.
Stalinqrad vuruşması
Stalinqrad döyüşü (17 iyul 1942 – 2 fevral, 1943) — Böyük Vətən müharibəsində sovet qoşunlarının Stalinqrad (indiki Volqoqrad) ətrafında alman qoşunlarını darmadağın etmək üçün müdafiə və hücum əməliyyatları. Müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2 milyon şəxsi heyət) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunur. Almanlar tərəfindən Stalinqrad istiqamətində hücum əməliyyatı 1942-ci ilin avqust ayında başlamışdır. Bu əməliyyat zamanı Vermaxt qoşunlarına məxsus 6-cı Ordu və 4-cü tank ordusunun birləşmələrindən aktiv şəkildə istifadə olunmuşdur. Hücum intensiv şəkildə Lüftvaffe tərəfindən şəhərin bombardman edilməsi ilə dəstəklənmişdir. Hər iki tərəf öz qoşunlarını şəhər mərkəzinə yeritdikdən sonra isə şəhər döyüşləri başlamışdır. Artıq 1942-ci il noyabr ayının ortalarında Sovet Ordusu çoxsaylı itkilərə məruz qalmasına baxmayaraq, almanları Volqa çayının qərb sahilinə qədər geri çəkilməyə məcbur etmişdi. 19 noyabr 1942-ci ildə Qırmızı Ordu tərəfindən Uran əməliyyatı başladılmışdır. Bu əməliyyat hazırlanarkən almanların 6-cı Ordusunun cinahlarını müdafiə etmək vəzifəsi daşıyan, həmçinin nisbətən zəif olan rumın və macar qoşunları hədəf götürülmüşdü. Hücum nəticəsində həmin cinahlarda yerləşən qüvvələr məğlub edilmişdir ki, bu da alman 6-cı Ordusunun öz müttəfiqləri ilə birbaşa əlaqəsinin kəsilməsinə və Stalinqrad ərazisində mühasirəyə düşməsi ilə nəticələnmişdir.
Verden vuruşması
"Verden döyüşü" — Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə "Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi. == Verden qələbə hədəfi olaraq == 1914-1915-ci illərdə gedən qanlı döyüşlərdə verilən itkilərə görə Almaniyanın genişmiqyaslı hərbi addım atmağa qüvvəsi qalmamışdı. Bu səbəbdən də 8 Fransız diviziyası tərəfindən qorunan kiçik rayon olan Verden Parisə daxil olmaq üçün əlverişli yol ola bilərdi. Almanlar Verdendə qazanılacaq qələbənin Fransanın təslim olmağı ilə bağlı ilk addım kimi hesab etmişdilər.
Çaldıran vuruşması
Çaldıran döyüşü — 23 avqust 1514-cü ildə baş vermiş və Osmanlı imperiyasının Səfəvi imperiyası üzərində qələbə qazanması ilə nəticələnmiş döyüş. Döyüşün nəticəsi olaraq Osmanlı imperiyası Şərqi Anadolunu və Şimali İraqı özünə birləşdirmişdir. Bu döyüş ilə Osmanlı imperiyası Şərqi Anadoluya doğru irəliləmiş, eyni zamanda da Səfəvi imperiyasının qərbə doğru genişlənməsinin qarşısını almışdır. Çaldıran döyüşü ilə 44 illik dağıdıcı müharibə başlamış və yalnız 1555-ci ildə Amasya sülh müqaviləsi ilə sonlanmışdır. Mesopotomiyanın və Şərqi Anadolunun Səfəvi hökmdarı I Abbas (1588–1629) tərəfindən ələ keçirilməsinə baxmayaraq, onun ölümündən sonra varisi müharibəni o qədər də uğurlu davam etdirə bilməmiş, 1639-cu ildə imzalanmış Qəsri Şirin sülh müqaviləsi ilə bu torpaqlar Osmanlıya verilmişdir. Çaldıran düzündə Osmanlı ordusu daha böyük və daha yaxşı silahlanmış vəziyyətdə idi. Osmanlı ordusunun sayı 100–110 min olmaqla birlikdə, güclü odlu silahla təchiz edilmişdi. Səfəvi ordusunun sayı 40–50 min arasında göstərilməklə birlikdə, odlu silaha malik deyildi. Döyüşdəki məğlubiyyətdən sonra İsmayıl öz sarayına çəkildi və bir daha hərbi əməliyyatlara qatılmadı. Döyüşdəki qələbədən sonra Osmanlı ordusu Səfəvi imperiyasının dərinliklərinə doğru irəlilədi və qısamüddətli də olsa Səfəvi paytaxtını ələ keçirdi.
İss vuruşması
İss vuruşması — III Daranın özünün başçılıq etdiyi İran orduları ilə Makedoniyalı İsgəndərin ikinci döyüşü. Döyüş e.ə. 333-cü ildə İss şəhəri ərazisində, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verib. Bu vuruşma yunan-makedoniyalıların qələbəsi ilə nəticələnib və farslar darmadağın edilib. III Dara hərb meydanından rüsvayçılıqla qaçıb, İsgəndər isə xeyli qənimət ələ keçirib. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə aparıb. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edib. İkinci döyüş nəticəsində bütün Kiçik Asiya İsgəndərin ixtiyarına keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanın bir çox vilayətlərini bürüməsinə, habelə Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət göstərməsinə baxmayaraq, İsgəndər öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332-331-ci illərin qışını orada keçirdi.
Sadri Alışık
Sadri Alışık, əsl adı Mehmet Sadrettin Alışık (5 aprel 1925, İstanbul — 18 mart 1995, İstanbul) türk teatr aktyoru, kino aktyoru və komediya aktyorudur. 1964-cü ildən etibarən Turist Ömər və Ofsayt Osman obrazları ilə tanınıb. O, həyatı boyu 200-dən çox filmdə rol alıb. === Həyatı === 5 aprel 1925-ci ildə İstanbul, Paşabahçe, Beykozda anadan olub. Anası Saffet Xanım, atası isə Kapitan Rafet bəydir. Uşaqlıq illərində teatra maraq göstərmişdir; Məktəb tamaşalarında rol aldı. O, ilk dəfə 1939-cu ildə Eminönü İcma Mərkəzində həvəskar kimi səhnəyə çıxıb. Beykoz Orta Məktəbini (indiki Ziya Ünsel İbtidai məktəbi), sonra İstanbul Oğlan Liseyini bitirmişdir.
Karnal vuruşması (1739)
Karnal döyüşü — Nadir şah Əfşar tərəfindən Hindistan yürüşü zamanı ona mütləq qələbə qazandıran döyüş. Nadirin qüvvələri saylarının 6 dəfə az olmasına baxmayaraq, Məhəmməd şahın qüvvələri üzərində cəmi 3 saata qələbə qazandı və Dehliyə gedən yol açıldı. Bu döyüş Nadirin hərbi karyerası ərzində taktiki ustalığının əsas zirvəsi hesab olunur. Döyüş Dehlinin cəmi 110 km şimalında yerləşən Karnal bölgəsi yaxınlığında baş vermişdir. Bu döyüş Nadirin Hindistan yürüşünün kuliminasiya nöqtəsidir. Əfqanıstanın şərqini tutduqdan sonra irəliləyən Nadir şah Kabil və Pişəvəri də ələ keçirdi və qoşunlarını cənuba — moğolların paytaxtına doğru yönəltdi. Buna cavab olaraq isə, Böyük Moğol imperatoru Məhəmməd şah böyük bir ordu topladı və Nadirin üzərinə doğru getmək üçün paytaxtdan çıxdı. Nadir döyüşdə mütləq qələbə qazandı. Ağır məğlubiyyətdən sonra baş tutan danışıqlar zamanı Məhəmməd şah torpaqları üzərində hakimiyyətini davam etdirmək üçün yüksək miqdarda təzminat verməyə razı oldu. Nadir Moğol imperatorunu tamamilə təslim olmağa məcbur etdi və paytaxt Dehliyə daxil oldu.
Çalışan adam (film, 1996)
== Məzmun == Baş qəhrəman-filmin direktoru (Nəriman Axundov) özü-özünü oynayır. == Festivallar və mükafatlar == 1) 1998-ci ildə Moskvada MDB və Baltikyanı ölkələrin I teleforumu Filmə bütün nominasiyalar üzrə Qran-pri Mükafatı verilmişdir. 2) 1999-cu ildə Film "Vətənə Xidmətə görə" III dərəcəli Mükafat almışdır. 3) 2000-ci ildə Fransada Filmə Komandor ədəbiyyat və incəsənət Mükafatı verilmişdir.
Alyaskanın satın alışı
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Kanisib (Piranşəhr)
Kanisib (fars. كاني سيب‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (6 ailə).
Kanisib (Soyuqbulaq)
Kanisib (fars. كاني سيب‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 470 nəfər yaşayır (76 ailə).
Qalisiy Vikipediyası
Qaliscə Vikipediya — Vikipediya, açıq ensiklopediyanın Qalisiya dilində olan versiyasıdır. Qaliscə Vikipediyanın bənzərsiz xüsusiyyətlərindən bir dənəsi budur ki coğrafi məqalələrinin başlıqları həm Qaliscə adı və imlanı həm də yerli adını və imlasını ehtiva edir, məsələn Yeni Dehli məqaləsinin adı "Nova Deli - नई दिल्ली", və Azərbaycan məqaləsinin adı "Acerbaixán - Azərbaycan" və s.
Salisil aldehidi
Salisil aldehidi (orto-hidroksibenzaldehid, 2-hidroksibenzaldehid) o-НОС6H4CHO – fenolun iyinə bənzər kəskin iyli, yandırıcı dada malik rəngsiz mayedir. 3-Hidroksibenzaldehid və 4-hidroksibenzaldehidlərlə birlikdə sadə aromatik oksialdehidlərə aiddir. Salisil aldehidi müxtəlif xelat agentləri üşün kimyəvi reagentdir. == Fiziki xassələri == Suda (100 ml, 8°С-də 1,72 q), benzolda (100 ml, 12°С-də 64,6 q), dietil efirində, etanolda həll olur. Su buxarı ilə qovulur[1]. Dielektrik keçiriciliyi 17,09-dur. == Alınması == Salisil aldehidi qələvi mühitində fenol və xloroformdan alınır. Bu proses Raymer-Timan reaksiyası adlanır. Salisil turşusunun elektrolitik bərpası ilə; O-krezolun POCl3 və ya fosgen ilə 120–150 °C-də qarşılıqlı təsirindən əmələ gələn fosfatın və ya karbonatın hidrolizi ilə; Bor turşusunun iştirakı ilə fenolun urotropinlə reaksiyası ilə (Daff reaksiyası); Salisil aldehidinin alternativ üsulla alınması fenolun formaldehid ilə kondensləşməsindən alınan hidroksibenzil spirtinin oksidləşməsi reaksiyasıdır. Texnikada salisil aldehidi sulfat turşusu məhlulunda manqandioksiddən istifadə etməklə ortokrezol-sulfoturşuların aril efirlərinin müvafiq salisil aldehidinin efirləırinə oksidləşməsindən alınır.
Çətinliyə baş vurmaq
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Hindistan camışı
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Mənuçöhr camisi
Mənuçöhr camisi (və ya Ani Ulu Camisi) - Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim kürt abidəsi, Anadolunun ilk məscidi. Məscid Arpaçayın sahilində, bir qayalığın üstündə inşa edilmişdir. Mənbələr məscidin Şəddadilərin Ani əmiri Mənuçöhrün sifarişi ilə inşa edildiyini qeyd edir. Onu da qeyd edək ki, Əmir Mənuçöhr 1072-ci ildən Aniyə əmri təyin olunmuşdur və o, buradakı ilk Şədaddi əmiri idi. Bütün bu məlumatlarla yanaşı məscidin dəqiq inşa tarixi bilinmir. Bir çox türk abidələri kimi bu abidə də erməni tarixçiləri bu abidənin də onlara məxsus olduğunu iddia edirlər. Bəzi erməni müəlliflərinin iddiasına görə məscid binası erməni Baqratilər sülaləsi dövrünə aid bir kilsənin jamatununun qalığıdır və türklərin Anini fəth etməsindən sonra binaya minarə əlavə edilərək məscidə çevrilmişdir. Bəzi araşdırmaçılar isə məscidin daha sonrakı dövrdə daha dəqiqi XII - XIII əsrlərdə inşa edildiyini iddia edirlər. Belə ki, onlar öz fikirlərini məscidin daxili quruluşunun XII - XIII əsrlər türk memarlığı üçün xarakterik olduğunu qeyd edirlər. Digər bir qrup alim isə məscidin daha qədim bir məscidin təməli üzərində inşa edildiyini, minarənin həmin ilk məscidin qalığı olduğunu iddia edirlər.
Pazırıq xalısı
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı. == Tarixi == Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır. E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır. Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.
Su camışı
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Süleymaniyə Camisi
Süleymaniyyə camisi — Sultan Süleyman Qanuninin şərəfinə 1550–1558-ci illərdə İstanbulda Memar Sinanın layihəsi əsasında inşa edilən camidi. Memar Sinanın şagirdlik dövrü əsəri olaraq qiymətləndirilən Süleymaniyyə camisi mədrəsə, kitabxana, şəfa evi, hamam, imarət, hazirə və dükanlardan ibarət Süleymaniyyə Külliyəsinin bir hissəsi olaraq inşa edilmişdir == Struktur özəllikləri == Süleymaniyyə camisi klassik Osmanlı memarlığının ən önəmli örnəklərindən biridir. İnşasından günümüzədək İstanbulda 100-dən çox zəlzələ olmasına baxmayaraq, caminin divarlarında ən kiçik çat belə yoxdur. 4 fil ayağı üzərində oturan caminin qübbəsi 53 metr hündürlüyündə və 27,5 metr səviyyəsindədir. Bu əsas qübbə Ayasofyada da olduğu kimi iki yarımqübbə ilə dəstəklənmişdir. Qübbə kasnağında 32 pəncərə var. Cami avlusunun dört küncünün hərəsində bir minarə yer alıb. Bu minarələrin camiyə bitişik olan ikisi üç şərəfəli və 76 metr yüksəkliyində, cami avlusunun şimal küncündə son camaat yeri giriş hissəsində divarın küncündə olan digər iki minarə isə iki şərəfəli və 56 metr hündürlüyündədir. Caminin içərisi qəndil tüstüsünü təmizləyəcək hava axımına uyğun inşaa edilmişdir. Yəni, caminin içərisində yağ lampalarından çıxan hislərin tək bir otaqda toplanmasını təmin edən hava axımı əmələ gələcək şəkildə inşa edilib.
İran xalısı
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Çalış, nəfəs alma (film, 2006)
Çalış, nəfəs alma — Rejissor Alina Abdullayevanın çəkdiyi Azərbaycan filmi. == Məzmun == Filmdə iki qəhrəman var — bir qədər yaşlı kişi və cavan qız. Kişi astma xəstəliyinə tutulub, nəfəs almaqda böyük problemləri var. Qız isə gənc, gözəldir, həyatda sevinmək üçün hər şeyi var. Ancaq o… nəfəsini saxlayır, özünü sevdiyi insan kimi hiss edib, ona kömək edə bilmək üçün… Və hər ikisi paradoksal və eyni zamanda təhlükəli oyun oynayırlar — kim daha çox nəfəsini saxlayacaq. Onlar dərindən nəfəs alıb donurlar. == Film haqqında == Filmdə əsas məqsədlərdən biri fikri təsvir dili ilə tamaşaçılara çatdırmaqdır. Buna görə də filmdə dialoqlardan çox az istifadə olunub. Film İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin "Avanti" proqramı və Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına çəkilib. Filmin büdcəsi 20 min manat təşkil edib.
Çətinliyə baş vurmaq (teleserial, 2008)