Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dnestrovsko-Çareqradskoe qirlo
Dnestrovsko-Çareqradskoe qirlo (boğazı) — Dnestrovski limanı ilə Qara dənizi birləşdirir. Ukraynanın Odessa vilayəti ərazisində yerləşir. Ərazidə 1926-cı ilə qədər Ocakov boğazı mövcud olmuş, sonradan isə müəyyən səbəbdən yer üzündən silinmişdir. Orta dərinliyi 10 m təşkil edir. Boğazın şimalında qumsal Buqaz burnu vardır. 1950-ci illərdə boğaz üzərində avtomobil və dəmir yolunu özundə birləşdirən muasir körpü inşa edilib. Ona qədər isə 1914-cü ildə taxta körpü tikilmişdi. Ukrayna knyazları Çarqrada yürüşə məhz bu ərazidən çıxarmışlar. Bu səbəbdən boğazın adına Çareqradskoe kəlməsi əlavə edilmişdir.
Yegişe Çarens
Yeğişe Çarents (erm. Եղիշե Չարենց; 13 (25) mart 1897, Qars, Qars vilayəti, Rusiya imperiyası – 27 noyabr 1937, İrəvan) — Ermənistan-sovet şairi, yazıçı və ictimai fəalı. == Həyatı == Şair bir müddət Bakıda çap olunan ermənicə "Kommunist" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinə başçılıq etmişdir. Kommunizmin erkən tərəfdarı, Çarens bolşevik partililer qatıldı, lakin Stalin terror 1930-cu ildə başlayan kimi, o, tədricən stalinizm ilə məyusluğu artıb və 1930-cu təmizləmələr zamanı edam edildi. == Mirası == Çarentsavan şəhəri onun şərəfinə adlandırılmışdır.
Çarekvəng monastırı
Çarek Vəngi — Gədəbəy rayonunda yerləşən tarixi Çarek (Namərd və ya Qız) qalasının hüdudları daxilində, Şəmkirçayın sol sahilində yerləşən qədim alban monastır kompleksi. == Tarixi == Qafqaz Albaniyasının VIII əsrdə Ərəb xilafətinin tərkibinə keçməsinin ardından, alban kilsəsi bir çox imtiyazlarını itirərək, icma cəhətdən seyrəlməyə başladı ki, bu da xristianlığını qoruyub saxlamış albanlar üçün monastırların əhəmiyyətini artırdı. Yaşayış məntəqələrindəki dağıdılmış kilsələrin əksinə, gözdən iraq və əlçatmaz yerlərdə (meşəlik ərazilərdə, yüksəkliklərdə və ya dağ qoynunda) tikilən monastırlar, albanlara orada yaşayıb, öz dini ibadətlərini davam etdirməyə şərait yaradır, eləcə də xidmətçi rahib cərgələrini keçmiş kilsə xadimləri ilə tamamlayırdı. XII-XIII əsrlərdə monastırların inşası elə səviyyəyə çatır ki, müxtəlif təyinatlı tikililərdən ərsəyə gələn bu möhtəşəm memarlıq kompleksləri, xristian əhalinin artıq ümumən mənəvi, dünyəvi, mədəni və istehsal fəaliyyətinə xidmət etməyə başlayır. Bu monastırların parlaq nümunələrindən biri də tarixi Utik vilayətinin keçmiş Girdman - indiki Gədəbəy rayonu ərazisində, Şəmkir dərəsindəki Namərd və ya Qız qalası kimi tanınan əfsanəvi Çarek qalasının hüdudları içərisində, Şəmkir çayının sol sahilində yerləşən və daha çox «Mahrasa» ay məbədi kimi tanınan Çarekvəng monastır kompleksidir. Çarek vənginin təməli Atabəylər şahzadəsi Əmir Əmiran Ömərin 1195-ci ildə Gəncədə Alban katolikosluq taxtına təyin etdiyi VI İohann tərəfindən özünə iqamətgah kimi seçdiyi Şəmkir çayının sol sahilində yerləşən mağarada atılmışdır. Bir müddət fəaliyyətinə bu mağara məbədində davam edən katolikos VI İohann (1196-1235), Atabəylər dövlətində gedən daxili çaxnaşmalar və Qatağa Noyanın başçılıq etdiyi monqol ordusunun 1224-1225-ci illərdəki hücumları zəminində yaranmış həyati təhlükə ilə üzləşdikdən sonra, Mxarqrdzeli knyazları Zakare və İvane Zakaryanların dəvəti ilə qərbə (hazırkı Böyük Qaramurad kəndinə) keçmiş və oradaki Həmşivəng məbədində yerləşərək, ömrünün axırına qədər orada xidmət etmişdir. Bu kompleks daxilində tikilmiş və günümüzədək çatmış kilsənin tikintisi də IV İohannın əmri ilə başlanmış və onun ölümündən sonra, yerinə keçən qardaşı II Nerses (1235-1262) tərəfindən davam etdirilmişdir. Monqolların Azərbaycana ilk yürüyüşü zamanı Muğan düzündən gələrək, Şəmkiri və, Çarek ilə Gədəbəy daxil olmaqla, Girdimanı tutmaları nəticəsində, Alban patriarxlığının mərkəzi, X əsrdən bəri yerləşdiyi Çarek və Həmşi vənglərindən 1240-cı ildə Kəlbəcərdəki Gəncəsər monastırına köçürülmüşdür. Monqolların hakimiyyətinə keçən Çarek qalası (Namərd/Qız qalası) da o vaxtdan öz strateji əhəmiyyətini itirmişdir .
Çarentsavan
Çarentsavan və ya əvvəlki adı ilə Lusavan — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Fəhlə qəsəbəsi kimi yaradılmışdır. Adı sonradan Ermənistan şairi Yegişe Çarensin şərəfinə dəyişdirilmişdir.
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
DARE
DARE (digər adı ilə "挑戦 (DARE)")— Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca ikinci studiya albomu "Demon Days"-da səsləndirilmiş mahnı. Bu mahnı Mançesterdən olan repçi Şon Rayder və Londondan olan müğənni Rozi Vilsonun (Roses Gabor) ifasında səslənib. Mahnı 29 avqust 2005-ci ildə sinql kimi buraxılıb.
Çarə (Urmiya)
Çarə (fars. چره‎‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (17 ailə).
Are
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Çar
Çar (lat. caesar, yun. kαῖσαρ) — slavyanlarda monarx titulu. "Sezar" (Caesar) sözündən əmələ gəlmişdir. Roma imperatorlarının titulu, qədim və orta əsr dövlətlərində hökmdar titulu. == "ÇAR" titulu ilə əlaqədar olaraq ümumi məlumat == Tarixi ədəbiyyatda qədim Babilistan, Assuriya, Çin, Hindistan, İran, Yunanıstan, respublikaya qədərki Roma, ellinist Misir və Qafqaz Albaniyasının hakimləri çar adlandırılıb. Çar imperatordan sonra kral tituluna uyğun olan ali dövlət ünvanıdır. Bolqarıstanda monarxlar X-XIV əsrlərdə və 1908-ci ildən 1946-cı ildə monarxiyanın ləğvinədək, çar titulunu daşımışdırlar. Rusiyada çar titulu 1547-1721-ci illər aralığında dövlət başçısının rəsmi titulu idi. İlk çar IV İvan Qroznı olmuşdur.
Jan Mare
Jan Mare (11 dekabr 1913[…], Şerburq[d] – 8 noyabr 1998[…], Kann) — fransız aktyoru == Həyatı == Jan Mare (əsl soyadı Villen Mare) 1913-cü il dekabrın 11-də Şerbur şəhərində anadan olmuşdur. O, məktəbdə oxuyarkən Duqlas Ferbenks və Erol Flintin ekranda yaratdığı romantik qəhrəmanların vurğunu olub. Lakin bununla belə, Jan gənc yaşlarından teatr və rəssamlığa böyük maraq göstərirdi. Aktyorun yaradıcılıq bioqrafiyasını diqqətlə izləsək, görərik ki, onun teatr və kino fəaliyyətindəki ilk addımlar asan olmayıb. Antik qəhrəmanlara məxsus bədən quruluşu, qadınları cəlb edən yaraşıqlı və gözəl xarici görünüşü olmasına baxmayaraq, gənc Mare bəzi rejissorların fikrincə, bacarıqsız və perspektivi olmayan artist hesab olunurdu. O, üç dəfə Paris konservatoriyasının dram sinfinə imtahan versə də, adını qəbul olunanların siyahısında görməyib. Sonra 20 yaşlı Jan kino çəkilişində öz qüvvəsini sınamaq istəyib. Rejissor Marsel Lerbye onu əvvəlcə özünə assistent götürür, sonra isə yaxşı aktyor olacağına inanmasa da, onu "Xoşbəxtlik", "Təzə adamlar" və "Alovlu gecələr" filmlərində epizodik rollara çəkir. == Kino karyerası == Jan Mare aktyorluq karyerasının başlanğıcında müvəffəqiyyət qazana bilməsə də, o, özünü xoşbəxt və bəxti gətirən adam hesab edir. Bu barədə Mare müsahibəsində belə deyib: "Fortuna məndən üz döndərəndə də, son nəticədə bəxtim həmişə üzümə gülürdü.
Maren Mare
Maren Mare (fr. Marin Marais; 31 may 1656[…], Paris – 15 avqust 1728[…], Paris) — Fransalı bəstakar.
Dişli çarx
Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma momenti dövrlər sayı ilə tənzim olunur. Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır. Dişli çarxaların aşağıdakı növləri vardır: Dişin eninə profillinə görə fərqlənənlər.
Sare Bayat
Sarə Bayat — İranın kino və televiziya aktrisası. == Filmoqrafiya == Kino Televiziya Bir dəstə qartal lələyi Günahsızlar Xanım Bir şairin ölümü Yaşıl sim Dağılma Payız mahnısı Gecə növbəsi Ev şousu Kalb . . . 2018 - 2019 . . . Romantik görüşlər . . . 2016 . . .
Çarx qolu
Çarxqolu fırlanma oxu ətrafında tam dövrdə tsiklik hərkət edən çarxqollu-sürgüqollu mexanizmin bəndidir. İrəli geri hərəkətin fırlanmaya v əksinə çevrilməsinə xidmət edir. Əsasən lingli və dişli-lingli mexanzimlərdə aparıcı rola malikdir. == İstinad == Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004. - 688 s.
Çarx çörəyi
Çarx çörəyi (az.-əski. چرخ چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramında hazırlanır. == Lazım olan ərzaqlar == 500 q düyü unu 500 q ağ un 375 q qatı yağ 350 q şəkər tozu 5 ədəd yumurta sarısı 150 q qatıq 1 çay qaşığı qabartma tozu 1 yemək qaşığı hil tozu 4 yemək qaşığı gülab == Hazırlanma qaydası == İlk olaraq yağı hamar olana qədər qarışdırıcı ilə qarışdırıb, sonra şəkər tozunu üstünə töküb və 4 dəqiqə qarışdırıcı ilə qarışdırın ki içi boş və yüngül olsun. Sonra hil tozu ilə yumurta sarısını əlavə edib və yenidən bir qarışdırıcı ilə qarışdırın. Daha az qarışdırırıq. İndi qabartma tozunu qatıqla qarışdırıb, hazırlanandan sonra , gülabı üzərinə töküb qarışdırın, sonra qatıq əlavə edib qarışdırın.Tərkiblərimizi yaxşı qarışdırıldıqdan və maddələr hamar olduqdan sonra bir dəfə düyü unu və ağ un əlavə etdikdən sonra əlimizin barmaqları ilə qarışdırmağa və yoğurmağa başlayırıq (təbii ki, xəmir yağlandığı və bərk olduğu üçün çox yoğurmamalıyıq).Xəmiri top(yuvarlaq) şəklinə çıxartmaqdan sonra freezer bag ilə üstünü örtüb bir sərin yerdə 4-5 saat qoyun qalsın. çörək qalıbını ətçəknə quraşdırırıq. Dincəlməkdən sonra xəmiri yenidən yumşalıncaya qədər çox yüngül yoğurun.İndi ətçəkənə töküb və dəyirmanın içindən keçirin, sonra xəmiri qayçı ilə istədiyiniz ölçüdə kəsin.Çörəyin üzünə döyülmüş püstə töküldükdən sonra sobada 15-20 dəqiqə 175° temperaturunda hazırlanmalıdır.
Çarı Aşırov
Çarı Aşırov (1910 - 2003) — Türkmənistanın xalq yazıçısı, Məhtumqulı adına dövlət mükafatının sahibi. == Həyatı == Çarı Aşırov 1910-cu ildə Köşüdə dünyaya gəlib, 1928-ci ilndən etibarən şeirlər yazmaya başlayıb. Öncə uşaqlar üçün, sonra isə lirik şeirlər qələmə alıb. Onun "Azanlar" (Yoldan çıxanlar), "İntelligent" (Ziyalı), "Ayralık" (Ayrılık) kimi əsərləri böyük ilgi uyandırır. Savaşa qatılan şair antifaşist temayla "Gılıç Al Ələ" (Qılınc al ələ), "Görülmədik Cəng" (Görünməyən döyüş), "Erməni qizi" (Erməni qızı), "Atam", "Vətən" kimi şeirlərini, "Ən Səhərində" (Ən Şəhərində), "Bayii" (Zəngin) kimi romanlarını, "Gizil Əsgərin Ənəsi" (Qızıl əsgərin anası), "Gahrıman" (Qəhrəman) kimi balladalarını yazmışdır. Savaşdan sonrakı dönəmdə çox verimli bir şəkildə çalışır. Şair "Ganlı Sakanın Sonı" (Qanlı sakanın sonu), "Gökyaylanıfi Yiğitləri" (Göyyaylağın igidləri), "Yaş Kilvanıfi Yalnışı" (Gənc dəyirmançının yanlışı), "Lalın Oglı" (Lalın oğlu) kimi şairanə, mənzum əsərləri, "İzçı" (İzci), Əkizlər (Əkizlər), Gürəş (Güləş), "Gam Sərdar" (Qoca sərdar) kimi böyük nəsr əsərlərini yazır. Onun müxtəlif növlərdə yazdığı bir çox əsəri vardır. Bunlarla yanaşı o usta bir mütərcimdir.
Kare (Afon)
Kare (yun. Καρυές) — Afonda yerləşən yaşayış məntəqəsi.
Zare Sinanyan
Zare Con Sinanyan (erm. Զարեհ Սինանյան, ing. Zareh John Sinanyan; 1973, İrəvan) — Ermənistan və ABŞ siyasətçisi, vəkili. O, hal-hazırda Ermənistan diasporla iş üzrə ali komissarı vəzifəsində çalışır. Sinanyan Kaliforniyanın Qlendeyl şəhər şurasının keçmiş üzvüdür və iki dəfə şəhərin meri vəzifəsində çalışmışdır. Şəhər şurasının üzvü kimi müxtəlif komissiyalarda, o cümlədən Parklar, İstirahət və İcma Xidməti və İcma İnkişafı Bloku Qrant Məsləhət Komitəsində vəzifələr tutmuşdur. 14 iyun 2019-cu ildə Sinanyan baş nazir Nikol Paşinyan tərəfindən Ermənistan diasporla iş üzrə ali komissarı (ləğv edilmiş diaspor naziri postunu əvəz etmək üçün yaradılmış vəzifə) təyin edilmişdir. == Erkən həyatı == Zare Sinanyan 1973-cü ildə Ermənistanın İrəvan şəhərində anadan olmuş və 172 nömrəli yerli məktəbdə təhsil almışdır. Atası Türkiyənin İstanbul şəhərində anadan olmuş və 1946-cı ildə Ermənistanda məskunlaşmışdır. Anası Ermənistanın Talın şəhərindəndir.
Çarne gölü
Çarne (pol. Jezioro Czarne, alm. Schwarzer See‎) — Polşanın şimal-qərbində göl. Göl Draven Milli Parkının ərazisində yerləşir. == Ümumi məlumat == Göl dəniz səviyyəsindən 53,4 metr yüksəklikdə yerləşir. Uzunluğu 800 m, eni isə 300 m-dir. Çarne gölünün sahəsi 0,191 km², su tutumu 0,0021377 km³-dir. Ümumi sahil xəttinin uzunluğu — 1,9 km-dir. Orta dərinlik — 11, 2 m, dərin yeri — 26,5 m-dir. Çarne gölü təxminən 1000 il əvvəl buzlağın əriməsi nəticəsində meydana gəlmişdir.
Çane-6
Çane-6 — Çin Milli Kosmik Agentliyi tərəfindən Ayın qaranlıq sahəsinə göndərilmiş kosmik aparat. Çane-6, 3 may 2024-cü il tarixində Çinin Haynan əyalətindəki "Venchanq" Kosmik Aparatın buraxılış mərkəzindən kosmosa göndərilib. Ümumilikdə 53 gün davam edəcək missiya çərçivəsində kosmik gəminin Ayın naməlum qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanaraq tarixdə ilk dəfə olaraq yerə qaytarılması planlaşdırılır. Kosmik gəminin Aya endikdən sonra 2 gün ərzində 2 kiloqram nümunə toplayacağı ehtimal edilməkdədir.
Are Şaron
Are Şaron (28 may 1900, Yaroslav[d] – 24 iyul 1984, Paris) — İsrailli memar. 1962-ci ildə Memarlıq sahəsində İsrail Mükafatına dəyər görülmüşdür. İsrailin erkən dövr qurulmasında rol oynayan Şaron dövrün baş naziri David Ben-Quriona da məsləhətlər vermişdir. Dessaudaki Bauhausdda Valter Qropius və Hannes Meyerin şagirdi olan Şaron 1931-ci ildə İsrailə dönmüş və Tel-Əvivi yeni üslubda qurmağa başlamışdır. Xüsusi iqamətgahlar və kino salonlarının layihələri ilə məşğul olan Şaron 1937-ci ildə Tel-Əvivin ilk xəstəxanasının sxemini hazırlamış və peşə həyatı boyunca bir çox tibb mərkəzin tikilməsində iştirak edib.
Sent-Are
Sent-Are (fr. Saint-Arey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38361. Kommunanın 1999-cu il üçün əhalisi 57 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 487 ilə 1 483 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 35 km cənubda yerləşir.
Çar (hərf)
𐕂 (səslənməsi: /tsˈ/; transkripsiyası: C̣, c̣) — Alban əlifbasının 19-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճառ (Čar̄) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı qismən doğrudur və fonetik olaraq dil-yuvaq affrikatıdır. Rəqəm dəyəri 100-dür.
Çar Bombası
Çar Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Çar Rusiyası
Çar Rusiyası — 1547–1721-ci illərdə Rusiyanın rəsmi adı. Bəzi mənbələrdə Rusiya Çarlığı kimi də adlandırılır.
Çar Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Çar tankı
Çar tankı, Pipistrellus (yarasa cinsi) və ya Lebedenko Tankı (танк Лебеденко) mənası verən Netopyr (Нетопырь) olaraq da tanınır, Nikolai Jukovski (Николай Жуковский), Nikolai Lebukenko (Николай Лебедия), Boris Stechkin (Борис Стечкин) və 1914-cü ildən Alexander Mikulin (Александр Микулин) tərəfindən hazırlanmış qeyri-ənənəvi bir rus zirehli maşını idi. İlkin sınaqlardan sonra avtomobilin qeyri-kafi və top atəşinə qarşı həssas olduğu irəli sürüldükdən sonra layihə ləğv edilmişdir. Bu layihə sənaye dizaynı tələbələri arasında dizayn üçün uyğun olmayan mühəndisliyin dağıdıcı bir uğursuzluğu kimi tanınır. == Tarix == Müasir tanklardan fərqli olaraq, tırtıllardan istifadə etmirdi - əksinə üçtəkərli velosiped dizaynından istifadə edirdi. İki ön təkər ilə təxminən 9 metr (30 ft) diametrə malik olarkən; arxaya quraşdırılmış üçüncü təkərin diametri yalnız 1,5 metr (5 ft) idi. Üst top qülləsi təxminən 8 metr (26 ft) hündürlüyə çatmışdır. Gövdə sponsorlardakı toplarla 12 metr (39 ft) idi. Bundan əlavə, qar altında əlavə silahlar planlaşdırılırdı. Hər təkərə 250 at gücündə (190 kVt) Günəş şüası ilə işləyən mühərriklər güc verirdi. Böyük təkərlər əhəmiyyətli maneələri aşmaq üçün nəzərdə tutulmuşdu.
Çar bombası
Çar bombası (rus. Царь-бомба) — tarixdə sınaqdan keçirilmiş ən güclü nüvə silahı olan AN602 adlı hidrogen bombasının kod adı. Bu silah 30 oktyabr, 1961-ci ildə Novaya Zemlya adasında, Suxoy Nos məntəqəsində sınaqdan keçirilmişdir. SSRİ-də yaradılmış bu silah 50-58 meqaton gücündə olub. Buna bəzən Kuzkinanın anası da deyirlər. Bu rus sözü olub "Biz sizə göstərərik!" mənasına gəlir və Nikita Xruşşov tərəfindən 1960-cı ildə BMT baş assambleyasında ABŞ-yə öz nüvə potensialını göstərmək kimi işlədilir. Çar bombasının müxtəlif kod adları vardır. Bunlar Proyekt 700, RDS-200, RDS-202, AN602, Vanya kodadı, Böyük İvan, Kuzkinanın anası və s. adlar daxildir. == Dizayn == Çar bombası üç mərhələli "Teller-Ulam" tipli termonüvə silahı kateqoriyasına aiddir.
Carex
Cil (lat. Carex) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. == Taksonomiya == Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). == Növləri == Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
İcarə
Eçara (əvvəlki rəsmi adı İcarə (2013-cü ilədək)) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindəki İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılmışdır. == Toponimikası == Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Tədqiqatçılar bu oykonimi "üzüaşağı yol" (ehtimalən yol hissəsi farsca və talışca "yol" mənasını verən "rah" (talışca "ro") sözünün vasitəsi ilə) mənasında izah edirlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 644 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cafe
Qəhvə ağacı (lat. Coffea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Son çarə məktubları
Son çarə məktubları (ing. letters of last resort) — Böyük Britaniyanın Baş nazirinin dörd İngilis ballistik raket sualtı qayıqlarının komandirlərinə yazdığı eyni sözlərlə yazılmış dörd əlyazma məktublarıdır. Onlar, düşmənin nüvə zərbəsi Britaniya hökumətini məhv etdiyi və həm baş naziri, həm də onların təyin etdiyi "ikinci şəxsi", adətən yüksək vəzifəli şəxsləri öldürdüyü və ya başqa bir şəkildə fəaliyyət qabiliyyətini itirdiyi halda hansı tədbirlərin görüləcəyi ilə bağlı əmrləri ehtiva edir. Əmrlərin yerinə yetirildiyi təqdirdə, görülən tədbir Böyük Britaniyanın son rəsmi aktı ola bilər. Məktublar onları yazan baş nazirin dövründə istifadə olunmazsa, həmin şəxs vəzifədən getdikdən sonra açılmadan məhv edilir ki, onların məzmunu müəllifdən başqa heç kimə məlum olmasın. == Proses == Yeni baş nazir vəzifəyə gəldikdən və Müdafiə Qərargahının rəisi tərəfindən " Trident raketinin dəqiq olaraq hansı zərərə səbəb ola biləcəyi" bildirildikdən dərhal sonra bir sıra məktublar yazır. Daha sonra sənədlər möhürlənmiş zərflərdə sualtı qayıqlara çatdırılır və əvvəlki baş nazirin məktubları açılmadan məhv edilir. Nüvə zərbəsi nəticəsində həm baş nazir, həm də təyin edilmiş alternativ qərar qəbul edən şəxs həlak olarsa, o zaman patrulda olan hər hansı nüvə sualtı qayıq(lar)ının komandir(lər)i bir sıra yoxlamalardan istifadə edəcəkdilər. Bu, son çarə məktublarının açılmalı olub-olmadığını müəyyənləşdirməkdən ötrü istifadə edilir. Peter Hennessy -nin "Gizli Dövlət: Vaythol və Soyuq Müharibə, 1945–1970" (ing.
Ölümə Çarə Yox
Ölümə çarə yox — Yuxu qrupunun üçüncü və hal-hazırda sonuncu albomu. 27 aprel 2001-ci ildə ADA Müzik vasitəsilə yayımlanmışdır. Albomdakı "Ulu Tanrım" mahnısını Sevda Ələkbərzadə fərqli sözlərlə "Ulu vətən" adı altında ifa etmişdir.
Ölümə çarə yox
Ölümə çarə yox — Yuxu qrupunun üçüncü və hal-hazırda sonuncu albomu. 27 aprel 2001-ci ildə ADA Müzik vasitəsilə yayımlanmışdır. Albomdakı "Ulu Tanrım" mahnısını Sevda Ələkbərzadə fərqli sözlərlə "Ulu vətən" adı altında ifa etmişdir.
CAR
Cənubi Afrika və ya qısaca CAR (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur.
Car
Car — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Car kənd Zaqatala şəhərinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Kəndin ərazisindən 2 dağ çayı (Bəkməz çayı və Zilban çayı) axır. == Mədəniyyəti == Car kəndi 5 obadan (Kiqooba, Laçıntaxta, Laçındərə, Cinitaxta, Kusataxta) ibarətdir. Kənddə bir orta və bir əsas məktəb, həkim məntəqəsi, 35 yerlik uşaq baxçası, məscid binası, 3 hücrə, Axaxdərə kəndində 1 ibtidai məktəb vardır. Tarixi abidələr: 1 məscid (XVII əsr), 3 hücrə, 2 qədim qəbiristanlıq. Ərazidə "Gülüstan" turist bazası yerləşir. Hazırda turist bazasında məcburi köçkünlər yerləşdirilib. === "Cingizqala" abidəsi === Kənddə XVI əsrə aid və müdafiə məqsədləri üçün tikilmiş, hündürlüyü 10–12 metr olan Cingizqala vardır. == Coğrafiyası və iqlimi == Car ərazi nümayəndəliyi rayon mərkəzindən 1 km şimalda, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir.
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Jaguar Cars
Jaguar — İngiltərə mərkəzli bir avtomobil markasıdır. 1920-ci ildə qurulan firmanı BLMC (British Leyland), 1990-cı ildə Forda satdı. Jaguar, 2008-ə qədər Fordun PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martın kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi. 26 Mart 2008 tarixində Hindistanın ən böyük avtomobil markası Tataya satıldı. Ən əhəmiyyətli modeli 1965-ci ildə bazara yürüdülən E-Type, böyük bir satış müvəffəqiyyəti əldə etdi. Digər bir əhəmiyyətli model isə 1970-80-cı illər dövründə çıxarılan XJ-S 2 qapılı modeldir. Jaguar, avtomobillərinin mühərrik kapotunun üstündə iştirak edən və tullanan Jaguar fiqurunu, meydana gələ biləcək qəzalarda, piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirmişdir. Firma, çıxardığı yeni modellərinə bu Jaguar fiquru yerinə, Jaguar şəkilli bir lövhə vurur.
Keyt Caret
Keyt Caret (ing. Keith Jarrett,) 22 may, 1945, Allentaun doğumlu — Amerikalı musiqiçi caz, pianoçu və bəstəkar. == Haqqında == Allentaunda (Filadedfiya ştatı) musiqiçilərin böyük ailəsində dünyaya gəlmiş Carret fortepianoda çalmağı öyrənməyə başlayanda onun cəmi üç yaşı vardı. Carretin yeddi yaşı tamam olanda isə o artıq solo konsertlər verirdi. Sonradan zərb alətlərində, soprano-saksofonda və vibrofonda da çalmağı öyrənmişdi. Dərsdən kənar vaxtlarda o, peşəkar ifaçı kimi, müntəzəm olaraq çoxsaylı konsertlərdə çıxış edirdi. 1962-ci ildə Bostona köçüb gedən Carret orada bir il Berkli Kollecində oxuyandan sonra öz triosunu yaratdı və Bostonda peşəkar ifaçılıqla məşğul olmağa başladı. 1965-ci ildə o, Nyu-Yorka köçüb getdi. Carret burada xeyli çalışandan sonra, nəhayət, onun ifaçılıq məharəti Art Bleykinin diqqətini cəlb etdi. Elə həmin ilin dekabr ayında o, Art Blakey's Jazz Messengers qrupuna daxil olub bir neçə ay orada çalışdı, 1966-cı ilin yazında isə Çarlz Lloydun yaratdığı kvartetə qoşuldu.
Lotus Cars
Lotus Cars, 1952-ci ildə İngiltərədə Colin Chapman tərəfindən qurulmuş avtomobil şirkətidir. Bu gün şirkət Protonun bir hissəsidir.
MG Cars
MG Cars — 1924-cü ildən 2005-ci ilə qədər idman avtomobilləri çıxaran Britaniya avtomobil markası. İki qapılı üstü açıq idman avtomobilləriylə tanınır. 2005-ci ilin iyul ayında Çinin Nanjing Avtomobil Qrupu MG adını və onun istehsal müəssisələrini satın aldı. "MG" adını və fabrikini satın alan ikinci Çin şirkəti Nanjing de, Çin və İngiltərədə NAC MG adı ilə istehsalata başladı. 2007-ci ildən bəri Çinin digər SAÍC qrupu ilə birləşərək istehsala davam etdilər.
Maviqanad cürə
Maviqanad cürə (lat. Spatula discors) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Minarəli came
Minarəli Came (Cümə) Məscidi — İçəri Şəhərdə məscid. 1378–1379-cu illərdə atəşgah məbədinin yerində tikildiyi ehtimal edilir. Binanın inşası haqqında məscidin divarına həkk olunmuş bir yazıda deyilir: "709-cu ilin (1309–1310-cu illər) rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Ehtimal olunur ki, məscid XIV əsrdə bərpa edilib. Düzgün olmayan altıbucaq formalı məscidin, qeyri-adi planı, otaqlarının çoxbölməli olması, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. XV əsrdə möminləri ibadətə çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, möhtəşəm minarə tikilmişdir. Arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş minarənin bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının imkanlı adamlarından Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində tamamilə yeni məscid binası ucaltdı.
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.