Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aerokosmika sənayesi
Aerokosmika sənayesi aviasiya və kosmik fəza texnikasını birləşdirən bir elmdir. Aerokosmik təşkilatlar hava və ya kosmik gəmilərin tədqiqatı, dizaynı, istehsalı və istismarı ilə maraqlanırlar. Aerokosmik fəaliyyətlərin ticarət, sənaye və hərbi də daxil olmaqla çox sayda qolları vardır.
Avtomobil sənayesi
Avtomobil sənayesi — avtomobil, qoşqu, avtomobil mühərrikləri və ehtiyat hissələri istehsal edən maşınqayırma sahəsi. == Tarixi == Avtomobil sənayesi ümumiyyətlə, XIX əsrin axırlarında, SSRİ-də isə İkinci Dünya müharibəsindən əvvəlki beşilliklərdə yaranmışdır. SSRİ-də AMO-F-15 markalı ilk 1,5 tonluq yük avtomobili 1924-cü ildə Moskva Avtomobil Cəmiyyəti zavodunda buraxılmışdır. 1925-ci ildə Yaroslavl, 1931-ci ildə yenidən qurulmuş Moskva Avtomobil Cəmiyyəti və 1932-ci ildə Qorki avtomobil zavodları işə düşmüşdür. İkinci Dünya müharibəsi illərində Çelyabinsk vilayətinin Miass şəhərində işə salınan Ural Avtomobil Zavodu 1944-cü ildə 3 tonluq yük avtomobilləri istehsalına başlamışdır. Müharibədən sonra mövcud zavodların yenidən qurulması və genişləndirilməsi ilə yanaşı Minsk, Kutaisi, Ulyanovsk yük avtomobilləri, Lvov və Pavlovo avtobus zavodları tikilmişdir. 1959–1971-ci illərdə avtomobil sənayesi daha çox inkişaf etmişdir. Kremençukda 10-12 tonluq yükünü özüboşaldan və 12–14 tonluq kuzovlu avtomobil, Belorusiyada nəhəng (25–40, 74v80, 120 tonluq) yükünü özüboşaldan avtomobil, Zaporejyada mikrolitrajlı, İjevskdə və Tolyattidə azlitrajlı minik avtomobili, Likino-Dulyovo (Moskva vilayəti) və Kurqanda avtobus, Riqada mikroavtobus və s. istehsalı təşkil olunmuşdur. 1970-ci ildə Tatarıstan MSSR-də Kama Avtomobil Zavodunun tikintisinə başlanmış, 16 fevral 1976-cı ildə ilk KamAZ-5320 markalı 16 tonluq yük avtomobilləri buraxılmışdır.
Azərbaycan sənayesi
Azərbaycanın sənayesi — statistika məcmuəsinə son illərdə Azərbaycan Respublikası sənayesinin işini xarakterizə edən əsas statistik məlumatlar daxil edilmişdir. Məcmuədə sənaye sektorunun - “mədənçıxarma sənayesi”, “emal sənayesi”, “elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı” və “su təchizatı, tullantıların təmizlənməsi və emalı” kimi fəaliyyət növləri əhatə olunur. Sənayenin ölkə iqtisadiyyatında yeri, istehsal edilmiş məhsulun həcmi, məhsul istehsalına çəkilən xərclər, əsas fondlar, sənayedə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilər üzrə statistik məlumatlar verilmişdir. Bundan əlavə, məcmuəyə Azərbaycan sənayesinin dünya və MDBölkələrinin sənayesi ilə müqayisə etmək imkanını verən müxtəlif cədvəllər daxil edilmişdir. == Haqqında == 1848-ci ildə dünyada ilk dəfə baş verən Bakıda neft quyusunun sənaye üsulu ilə qazılması Azərbaycanda sənayeləşmənin başlanğıcını qeyd etdi. XIX əsrin ikinci yarısında neft hasilatı həcminin sürətlə artması bu prosesi stimullaşdırdı, nəticədə neftlə əlaqəli sənaye sektorları və infrastruktur quruldu. Əsrin ortalarında sənayeləşmə Azərbaycan bölgələrinə yayılmağa başladı və bu zaman yeni sənaye şəhərləri quruldu. 1970-1980-ci illərdə sənayenin inkişafı üçün genişmiqyaslı investisiyalar ayrıldı. Bir çox iri sənaye müəssisələri quruldu, insan kapitalının inkişafı siyasəti ilə birlikdə Azərbaycan iqtisadiyyatına yeni sənaye sahələri daxil edildi. Nəticədə, sənayenin şaxələndirilməsi prosesi güclü təkan aldı.
Balıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Başqırdıstan sənayesi
Başqırdıstan sənayesi — Başqırdıstan Respublikasının iqtisadiyyat sahələrindən biri. Başqırdıstan Respublikasının sənayesi Başqırdıstan Respublikasının Sənaye və İnnovasiya Siyasəti Nazirliyinin səlahiyyətlərinə aiddir. == Ümumi məlumat == Sənaye məhsulunun həcmi 640,4 mlrd. rubldur. (2009). Sənaye istehsalının sahəvi strukturu (2003, %-lə): yanacaq 37,7, maşınqayırma və metal emalı 17,3, kimya və neft-kimya 13,3, elektroenergetika 10,5, yeyinti 7,4, qara metallurgiya 2,8, əlvan metallurgiya 2,2, meşə, ağac emalı və sellüloz-kağız 2,1, tikinti materialları sənayesi 2, və s. Tuymazı, Şkapovo, Arlan və sair yataqlardan neft çıxarılır (əsas neftçıxarma şirkəti “Baş neft”dir). Aparıcı neft emalı müəssisələri: “Başneftexim” (RF-də ümumi neft emalının 10–12%-i), Novoufimsk neft emalı zavodu. Başqırdıstan özünü hasil etdiyi elektrik enerjisi ilə tamamilə təmin edir (Karmanov DRES-i). === Maşınqayırma === Maşınqayırma sahəsi gübrə maşınları, metalkəsən və ağac emalı dəzgahları, neft aparaturası, özüboşaldan maşınlar, avtobuslar, kimyəvi avadanlıqlar və kabel istehsalında ixtisaslaşır.
Film sənayesi
Film sənayesi və ya kinoindustriya — kinofilm istehsalı, kinofilmlər və animasiya üçün xüsusi effektlərin istehsalı ilə məşğul olan sənaye sahəsidir. Film yayımı kino sənayesinin vacib fəaliyyət sahələrindəndir. Bir çox ölkələrdə kino sənayesi iqtisadiyyatın mühüm sahəsidir, məsələn, kino sənayesi SSRİ-də dövlət büdcəsinə əhəmiyyətli gəlirlər gətirirdi. == Film festivalları və film mükafatları == Kino özünün meydana çıxdığı vaxtdan filmlərin və çəkiliş qrupunun ayrı-ayrı üzvlərinin işinin keyfiyyətli qiymətləndirilməsi ilə bağlı sual yarandı. Filmin uğurunun obyektiv göstəricilərindən biri də - kassa gəliridir. Tamaşaçılar bilet almaqla filmin keyfiyyətini qeyd-şərtsiz qiymətləndirmiş olurlar. Amma bunu yeganə düzgün göstərici hesab etmək səhv olardı. Axı, bütün filmlər ilkin olaraq müxtəlif şəraitdə olur: bəziləri geniş şəkildə reklam olunur və elan edilir, digərləri üçün keyfiyyətli afişalar belə hazırlanmır; bəzi filmlər afişadakı ulduzların adları ilə diqqət çəkir, digərləri isə filmə ulduz dəvət etməyə pulu yetməyən yeni kinorejissorlar tərəfindən çəkilir. Filmin maliyyə göstəricilərinə təsir edən hələ bir sıra psixoloji amillər var. Bundan əlavə, bütün ölkələrdə yayım şərtləri fərqlidir, ona görə də müxtəlif ölkələrdə film kolleksiyasını müqayisə etmək çətin ola bilər.
Gürcüstan sənayesi
Gürcüstan sənayesi — mədənçilik və emal sənayesinin bir sıra sektorları. Hazırda Gürcüstanda sənaye müəssisələrinin əksəriyyəti ya işləmir, ya da qismən yüklənir (onların potensialından təxminən 20% istifadə olunur). Gürcüstanda ən vacib sənaye sahələri bunlardır: qida və yüngül sənaye, qara və əlvan metallurgiya. Sənayedə işləyənlərin ümumi sayı 85,7 min nəfərdir, o cümlədən mədənçıxarma - 4,3 min nəfər, emal sənayesi - 58,8 min nəfər, elektrik, qaz və su təchizatı - 22,6 min. == Tarixi == === Sovet dövrü === Sovet dövründə Gürcüstanda qida, çuqun, kömür, polad borular, neft məhsulları, gübrələr, dəzgahlar, lokomotivlər və təyyarə yığımı üzrə ixtisaslaşmış inkişaf etmiş bir sənaye var idi. Gürcüstanda aparıcı sənaye sahələri elektrik enerjisi, yanacaq, qara metallurgiya, maşınqayırma, kimya, yüngül və qida idi. 1990-cı ildə sənaye məşğul əhalinin 27%-ni təşkil edirdi. === 1991-ci ildən sonra === 1992-ci ildə Gürcüstanın sənaye istehsalının həcmi 40% azalıb. 1998-ci ilə qədər Gürcüstanda sənaye istehsalının həcmi 1990 -cı ilin səviyyəsinin 16% -ni təşkil etdi. Sənayenin Gürcüstanın ÜDM-də payı 1990-2005-ci illərdə azaldı.
Gəmiqayırma sənayesi
Gəmiqayırma sənayesi — iqtisadiyyatın ağır maşınqayırma sahəsi, gəmilərin inşası həyata keçirilir. Gəmilər tərsanə adlanan xüsusi müəssisələrdə inşa edilirlər. 1960-cı illərdə sənayenin bu sahəsi sürətlə inkişaf etməyə başlamışdı. Səbəbi də "ucuz" neftin dənizlə daşınmasının artması və müvafiq olaraq iri tutumlu tankerlərin istehsalının artması idi, lakin energetik böhran başlayandan sonra yüksək tutumlu tankerlərə olan tələbat azaldı. Bu dövrlərdə gəmiqayırma sənayesi öz coğrafi mövqeyini dəyişmədi. Məhsul daha çox yeni inkişaf etmiş ölkələrdə istehsal edilirdi. Cənubi Koreya bu sahədə dünyada Yaponiyanı geridə buraxıb birinci yerə çıxdı. Gəmiqayırma Braziliyada, Argentinada, Meksikada, Çilidə və Çində inkişaf etməkdədir.
Kino sənayesi
Film sənayesi və ya kinoindustriya — kinofilm istehsalı, kinofilmlər və animasiya üçün xüsusi effektlərin istehsalı ilə məşğul olan sənaye sahəsidir. Film yayımı kino sənayesinin vacib fəaliyyət sahələrindəndir. Bir çox ölkələrdə kino sənayesi iqtisadiyyatın mühüm sahəsidir, məsələn, kino sənayesi SSRİ-də dövlət büdcəsinə əhəmiyyətli gəlirlər gətirirdi. == Film festivalları və film mükafatları == Kino özünün meydana çıxdığı vaxtdan filmlərin və çəkiliş qrupunun ayrı-ayrı üzvlərinin işinin keyfiyyətli qiymətləndirilməsi ilə bağlı sual yarandı. Filmin uğurunun obyektiv göstəricilərindən biri də - kassa gəliridir. Tamaşaçılar bilet almaqla filmin keyfiyyətini qeyd-şərtsiz qiymətləndirmiş olurlar. Amma bunu yeganə düzgün göstərici hesab etmək səhv olardı. Axı, bütün filmlər ilkin olaraq müxtəlif şəraitdə olur: bəziləri geniş şəkildə reklam olunur və elan edilir, digərləri üçün keyfiyyətli afişalar belə hazırlanmır; bəzi filmlər afişadakı ulduzların adları ilə diqqət çəkir, digərləri isə filmə ulduz dəvət etməyə pulu yetməyən yeni kinorejissorlar tərəfindən çəkilir. Filmin maliyyə göstəricilərinə təsir edən hələ bir sıra psixoloji amillər var. Bundan əlavə, bütün ölkələrdə yayım şərtləri fərqlidir, ona görə də müxtəlif ölkələrdə film kolleksiyasını müqayisə etmək çətin ola bilər.
Kömür sənayesi
Kömür sənayesi— Kömürün əsas hasilatı Asiya, Şimali Amerika, Avropa (Çin, ABŞ, AFR, Rusiya, Hindistan, Avstraliya, Qazaxıstan, Ukrayna, Polşa, CAR və s.) ölkələrinin payına düşür. Ən mühüm hövzələri isə Rur, Donetsk, Kuznetsk, Yuxarı Sileziya, Appalaç, Fusin, Midlend, Viktoriya Karaqanda və s.dır.Hazırda kömür hasilatının 10-15%-i dünya bazarına çıxarılır. Çin, Böyük Britaniya, Almaniya, Ukrayna və Rusiyanın əksər kömür yataqları dərində yerləşdiyi üçün kömürün hasilatı baha başa gəlir. ABŞ, Avstraliya, CAR-da kömür yataqları yer səthində yerləşdiyi üçün açıq üsulla çıxarılan kömür daha ucuz başa gəlir.Ona görə də Avropa ölkələrinin çoxu ucuz kömürü almağa daha çox meyil edirlər.
Meşə sənayesi
Meşə sənayesi — meşələrdə odun tədarük edən və onun emalı ilə məşğul olan sənaye sahələrinin məcmusu.
Müdafiə sənayesi
Müdafiə sənayesi — silahların, hərbi texnikanın və dövlətin silahlı qüvvələri (təhlükəsizlik qüvvələri) üçün digər mülkiyyətlərin işlənib hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını və utilizasiyasını həyata keçirən elmi-tədqiqat, sınaq müəssisələrinin, təşkilatların və sənaye müəssisələrinin məcmusundan ibarət dövlət sənaye sahəsi.
Mədəniyyət sənayesi
Mədəniyyət sənayesi — Frankfurt məktəbinin iki böyük üzvü olan Theodor Adorno və Max Horkheimer tərəfindən sosial, mədəniyyət və media elmlərinə bəxş edilmiş tənqidi konseptdir. Bir çoxlarından fərqli olaraq bu cütlük mediaya və mədəniyyətə tənqidi prizmadan baxaraq onların sadəcə kapitalist və elit sinfin maraqlarına xidmət etdiyini irəli sürmüşlər. == Adorno və Horkheimer-in Birləşmiş Ştatlara gedişi və yaşadıqları dövr == Adorno Almaniyanın Frankfurt, Horkheimer isə Ştutqart şəhərində dünyaya gəlmişlər. Almaniyada təhsil alan və akademik sahədə işləməyə başlayan bu iki şəxs Nazi partiyası hakimiyyətə gəldikdən sonra Marksist və tənqidi baxışlarına görə dövlət tərəfindən möhkəm tənqidlərə və basqılara məruz qaldıqlarından Almaniyanın tərk edərək Birləşmiş Ştatlara köçməyə qərar verirlər. Bu hadisə onların həyatında dönüş nöqtəsi olur. 1940-50-ci illərdə media, əyləncə mədəniyyəti və kapitalizm Birləşmiş Ştatlarda sürətlə böyüməkdə idi. Hər il yeni sənayelər açılır, yeni filmlər, çizgi filmlər, mahnılar və digər mədəniyyət məhsulları ortaya çıxmaqda idi. Bu dəyişiklikləri müşahidə edən Horkheimer və Adorno bu məsələyə özlərinə məxsus prizmadan baxmağa qərar verirlər, və nəticədə, o günə kimi heç kimin üzə çıxarmadığı mənfi tendensiyanı ortaya çıxartmağı bacardılar. == Mədəniyyət sənayesi == Horkheimer və Adorno kapitalizmin beşiyi sayıla biləcək yerlərdən biri olan ABŞ-da medianın kapitalizmə xas xüsusiyyətləri özünə götürdüyünü irəli sürürdülər. Kapitalizmin əsas xüsusiyyətləri qazanc, təminat və tələbat və yalnız maddiyyəti düşünməkdir.
Qazaxıstan sənayesi
Qazaxıstan sənayesi — Qazaxıstan iqtisadiyyatının qolu. Qazaxıstanın ÜDM-də sənayenin payı% 34,1-dir (2017). Məşğul əhalinin sənayedəki payı% 20.4-dir (2017). Hazırda Qazaxıstan iqtisadiyyatı strukturunun demək olar ki, üçdə birini sənaye tutur. Mədənçıxarma sektoru məşğulluğun 2,9% -dən çoxunu və iqtisadiyyatda ümumi əlavə dəyərin 18% -ni təmin edir. Hasilat sənayesində əsas kapitala qoyulan investisiyalar bu gün ümumi həcmin 30% -dən çoxunu, istehsal sənayesində isə yalnız 12% -ni təşkil edir. Hasilat sənayesinin aparıcı ixracatçısı olan Qazaxıstan (ilk növbədə neft hesabına) adambaşına ixracata görə bütün MDB ölkələrini qabaqlayır. Bununla birlikdə, Qazaxıstan Respublikasında adambaşına orta hesabla istehsal məhsullarının ixracatı Rusiyaya nisbətən iki dəfə azdır. Sənayeləşmə prosesində sənayedəki diqqət tədricən istehsal sənayesinə yönəlir, baxmayaraq ki, inkişaf səviyyəsi nisbətən aşağı səviyyədə qalır. İstehsal sənayesi məşğulluğun 7% -dən azını və ölkə iqtisadiyyatının ümumi əlavə dəyərinin 11% -ni təşkil edir.
Seks sənayesi
Seks sənayesi (həmçinin seks ticarəti kimidə adlanır) — yetgin insanlar üçün seksual xarakterli xidmətlərin verildiyi biznes sahəsi. Sənayeyə fahişəlik, striptiz klubları, pornoqrafiya eləcədə seksual filmlər kimi kateqoriyalar daxildir. Televiziyada ödənişli olan seks kanallarıda həmçinin bu biznesin bir hissəsidir.
Torf sənayesi
Torf sənayesi — Torf sənayesi- yanacaq sənayesi sahəsi; torf yataqlarının mənimsənilməsini, torfun çıxarılması və emalını əhatə edir. Zəngin torf yataqlan Qərbi Sibirdə və Rusiyanın şimal- qərb hissəsindədir. İrlandiya, AFR-da da torf çıxarılır. Torfdan yanacaq kimi əsasən İrlandiya, AFR və Finlandiyada, digər ölkələrdə isə bağçılıqda, gülçülükdə və tərəvəzçilikdə istifadə edilir. == Torf bataqlığı == Torf- energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir, hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar xeyli ekoloji çətinlik yaranır. Torf bataqlığı-torf əmələgətirici rütubətsevər bitkilərlə örtülü, 30 sm və daha artıq torf layına malik olan bataqlıqlara deyilir. Torf bataqlıqları əsasən mülayim qurşaqlarda yayılmışdır, nadir hallarda tropik qurşaqlarda da torf bataqlığına rast gəlinir. Məsələn, Sumatra adasında yerləşən bataqlıqda torf layının qalınlığı 9 m-ə çatır. == Hasilatı == Torf yataqlarının xüsusiyyətlərinə və inkişaf üsullarına görə torfun hidravlik, ekskavator, frezləmə, frezləmə-qəlibləmə və digər hasilat üsulları mövcuddur.
Aviasiya sənayesi
Aviasiya sənayesi — aviasiya texnikasının inkişafı, istehsalı, sınaqdan keçirilməsi, təmiri və utilizasiyasının həyata keçirildiyi sənaye sahəsi. XX əsrin əvvəllərində yaranmış, Birinci və İkinci Dünya müharibələri arasındakı illərdə əsas sənaye sahəsinə çevrilmişdir. İstehsalın yüksək səviyyədə kooperasiyası və konsentrasiyası ilə texniki cəhətdən ən qabaqcıl mühəndislik sahələrindən biridir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авиационная промышленность // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978. Авиационная промышленность // Авиация: Энциклопедия. М.: Большая Российская энциклопедия: ЦАГИ. Глав.
Balıqçılıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Banan Sənayesi
Abaran (çay)
Abaran çayı- İrəvan xanlığının Abaran mahalında çay adı . Abaransu da adlanır. Alagöz dağından (bax) başlanan və Zəngiçaya qarışan hissəsi Kasax (Qazax) çayı (bax) adlanır.
Ardon (çay)
Ardon (Oset. Æрыдон "dəli çay") Şimali Osetiyada, Şimali Qafqazda çay, Terek çayının sol qolu. == Coğrafiya == Çayın uzunluğu 102 km, hövzəsinin sahəsi 2700 km²-dir. Ardon çayı, Mamisondon, Nardon, Adaykom və Tsmiakomdon çaylarının axması nəticəsində yaranır ki, bu da öz növbəsində Baş Qafqaz silsiləsinin buzlaqlarından əmələ gəlir. Ardon çayı Şimali Osetiya qoruğunun ərazisindən axır. Dağətəyi Osetiya düzənliyinə girməzdən əvvəl Ardon çay dərin Alagir dərəsindən axır. Daha sonra Şimali Osetiyada Rokski aşırımı ilə cənubu birləşdirən Trans-Qafqaz magistral yolunda dərədən keçir. Digər Hərbi Osetiya yolu Mamison keçidindən Gürcüstanın Oni şəhərinə keçir. Ardon çayının dərəsində və onun qollarında, qurğuşun-sink filizlərinin Sadon yatağı və Buron, Sadon, Yuxarı Zqid, Mizur və Xolst yaşayış şəhərləri yerləşir. Aşağı Zaramaq kəndindən Baddon çayının axmasına qədər təxminən 16 km uzunluğunda çayın kənarında, mövcud və tikilməkdə olan Zaramaq Su Elektrik Stansiyası var.
Atray (çay)
Atray çayı (benq. আত্রাই/আত্রেয়ী নদী) Qərbi Benqal və Banqladeşin şimalında çay. Qədim dövrlərdə Atreus adlanırdı və çay Mahabharata dastanında da xatırlanır. Çay Qərbi Benqaldan başlayır və sonra Dinacpurdan keçdikdən sonra Hindistan ərazisindən yenidən axır. Çay, çox vaxt mussonlar zamanı bir çox ərazidə daşqının səbəbi olsa da, çoxillik balıq ovu mənbəyi kimi xidmət edir. Çayın ümumi uzunluğu təxminən 240 mil (390 km) , maksimal dərinliyi isə 99 fut (30 m)-dir. == Tarixi == Atray əvvəllər Şimali Benqalın ən böyük çaylarından biri idi, çünki bu çay Tistanın sularının Qanqa axdığı əsas kanal idi. Bununla birlikdə 1787-ci ildə Tista qədim yatağından ayrıldı və Brahmaputra çayına axdı. O vaxtdan bəri Atray əhəmiyyətini itirmişdir. Hal-hazırda onun əvvəlki ölçüsü olduqca kiçilmişdir.
Axuryan (çay)
Qərbi Arpaçay (erm. Ախուրյան, osman. ارپه چاى, türk. Arpaçay) — Ermənistan yaylası ərazisində Kiçik Qafqaza doğru axan çay. Araz çayının sol qolunu təşkil edir. Şimal axarlarda Ermənistab ərazisindən axsa da aşağı axarlareda Türkiyə Ermənistan sərhəddindən axır. Ərpiliç su anbarından axan çay Baqaran kəndin yaxınlığında Araza birləşir. == Adı == Ermənilər çayı Axuryan adlandırırlar. B.e.ə VIII əsrdə Sarıqamış şəhərində aşkarlanmış Urartuya aid Axuriani şəhərinin adı çəkilir. Çayın adını bunla əlaqələndirirlər.
Ayrım (çay)
Ayrım — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Ayrım çayı Tərtər çayının qoludur. Etnohidronimdir. XIX əsrə qədər çayın sahilində Ayrım binəsi olmuşdur. Çay öz adını həmin binənin adından almışdır. Sonralar binənin yerində Aşağı Ayrım kəndi salınmışdır. Ayrım və ya Ayrum Kiçik Qafqazda yaşamış Azərbaycanlıların qədim etnoqrafik adıdır.
Ağ çay
Ağ çay (çin. 白茶), (Pinyin:báichá) — yüngül oksidləşdirilmiş çay çaydır və Camellia sinensis bitkisinin qönçələri və yarpaqlarının uclarından toplanılır. Yarpaqları və qönçələr oksidləşmə və ya əlavə çay emalın qarşısını almaq üçün yüngül emaldan əvvəl təbii günəş işığında qurudulur. "Ağ çay" adı çay bitkisinin açılmamış qönçələrinin üzərində olan gözəl gümüşü-ağ tüklərə görə verilib. Bu bitkiyə ağımtıl görünüş verir. İçki özü ağ və ya rəngsiz deyil, bir qədər solğun sarı rəngdədir. Ağ çay yağ yığılmasının tənzimlənməsi ilə piylənməni azaltmaq olar.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Seks sənayəsi
Seks sənayesi (həmçinin seks ticarəti kimidə adlanır) — yetgin insanlar üçün seksual xarakterli xidmətlərin verildiyi biznes sahəsi. Sənayeyə fahişəlik, striptiz klubları, pornoqrafiya eləcədə seksual filmlər kimi kateqoriyalar daxildir. Televiziyada ödənişli olan seks kanallarıda həmçinin bu biznesin bir hissəsidir.
Ay çayı
Ay çayı (başq. Әй) — Rusiya Federasiyasının Başqırdıstan Respublikası və Çelyabinsk vilayəti ərazilərindən axan çay. Ufa çayının (Volqa hövzəsi) sol qoludur. Çayın uzunluğu 549 km, hövzəsinin sahəsi isə 15 min km2-dir. Uraltau silsiləsinin yamaclarından başlanır. Əsasən, qar suları ilə qidalanır. Ortaillik su sərfi Meteli kəndi yaxınlığında 80 m3/san-dir. Oktyabrın sonlarından aprelin ortalarınadək donmuş olur. Üzərində su anbarları, hövzəsində ümumi sah. 31,7 km2 olan 177 göl var.
Çan Day Kuanq
Çan Day Kuanq (12 oktyabr 1956 – 21 sentyabr 2018, Hanoy) — Vyetnam Sosialist Respublikasının Prezidenti (2016–2018). Çan Day Kuanq 2016-cı ildə Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Çan Day Kuanq, 21 sentyabr 2018-ci ildə 61 yaşında ikən müalicə aldığı hərbi hospitalda vəfat etmişdir.
Azərbaycanda maşınqayırma sənayesi
Azərbaycanda maşınqayırma sənayesi == Tarixi == Maşınqayırma ağır sənaye kompleksi olub xalq təsərrüfatı üçün əmək alətləri, istehlak predmetləri və müdafiə xarakterli məhsullar istehsal edən bir sahədir. Maşınqayırma ümumilikdə xalq təsərrüfatının texniki təminat bazası olaraq istehsalatda əmək məhsuldarlığını yüksəltməklə, insanların maddi rifahının yaxşılaşmasına və dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir. Maşınqayırmanın əsas sahələri - dəzgahqayırma, cihazqayırma, traktor və avtomobilqayırma, gəmiqayırma, təyyarəqayırma, kənd təsərrüfatı maşınqayırması, elektrotexnika, radiotexnika və avtomatika avadanlıqlarının hazırlanmasıdır. 1848-ci ildə dünyada ilk dəfə Bakıda neftin sənaye üsulu ilə hasilatı başlandı. 1858-ci ildə Bakıda ilk metal emalı zavodu tikilmişdir. 1859-cu ildə dünyada ilk neftayırma zavodu Bakıda istifadəyə verildi. Sonrakı illərdə neft, kimya və gəmiçiliyin inkişafı ilə əlaqədar bu sahələrə xidmət göstərən maşınqayırma və metal emalı müəssisələri meydana gəlmişdir. 1911-13-cü illərdə Bakıda 12 maşınqayırma zavodu, birinci dünya müharibəsinin əvvəllərində isə Bakı və onun ətrafında 127 mexaniki, metal emalı müəssisəsi fəaliyyət göstərirdi. Həmin müəssisələrdə 8066 nəfər fəhlə işləyirdi. İkinci dünya müharibəsi illərində, yəni 1939-45-ci illərdə keçmiş SSRİ-nin bir çox sənaye şəhərlərindən Bakıya köçürülən maşınqayırma zavodlarında əsasən döyüş sursatı, silah və hərbi texnika üçün ehtiyat hissələri istehsal edilirdi.
CAR dağ-mədən sənayesi
== Cənubi Afrika dağ mədən sənayesi == Cənubi Afrikadakı dağıntılar bir zamanlar Afrikanın ən inkişaf etmiş və ən zəngin iqtisadiyyatının tarixi və inkişafı üçün əsas vasitə idi. Böyük miqyaslı və gəlirli mədən 1867-ci ildə Erasmus Jacobs tərəfindən Orange Çayının sahillərində bir almazın tapılması və bir neçə il sonra Kimberley borularının aşkarlanması və istismarı ilə başlamışdır. Briliant və qızıl istehsalı artıq yaxşıdır, baxmayaraq ki Cənubi Afrika qızılı hələ də 5 nömrə qızıldır, lakin mineral zənginliklərin kölgəsində qalır. Dünyanın ən böyük xrom, manqan, platin, vanadium və vermikulit istehsalçısıdır. İmanit, palladium, rutil və zirkonyumun ikinci ən böyük istehsalçısıdır. Həm də dünyanın üçüncü böyük kömür ixracçısıdır. Cənubi Afrika dəmir filizinin böyük bir istehsalçısıdır; 2012-ci ildə Hindistan dünyanın ən böyük dəmir filizi istehlakçıları üçün Çin üçüncü ən böyük dəmir filizi tədarükçüsü olmaq üçün Hindistanı aşdı. Cənub Afrika dağ-mədən sənayesində korrupsiya və maladministration tarixinə görə, ANC-nin baş katibi Gwede Mantashe 2013-cü ilin əvvəlində niyyətlərini yanlış təqdim edən dağ-mədən şirkətlərinin lisenziyalarını ləğv edə biləcəyini elan etdi == Tarixi == Briliant və qızıl kəşflər, Cənubi Afrika iqtisadiyyatının erkən dövründə böyüməsində əhəmiyyətli rol oynadı. Cape Townun şərqindəki bir yataqda zəngin biriliant yataqları tapıldı və kəşfdən faydalanmaq üçün minlərlə insan Kimberley sahəsinə qaçdı. İngilislər daha sonra alman sahələrini əhatə edən Griqualand West bölgəsini birləşdirdi.
CAD/CAM
CAD (Computer-Aided Design; Avtomatlaşdırılmış layihələndirmə (konstruksiyaetmə) sistemi) və CAM (Computer-Aided Manufacturing; Avtomatlaşdırılmış hazırlama sistemi) sistemlərinin inteqrasiya olunması ilə yaradılmış, CNC dəzgahlar üçün hissənin verilmiş cizgisi və ya 3D modeli əsasında idarə proqramlarının hazırlanmaı üçün proqram paketidir. CAD və CAM isitemlərinin bir iş yerində birləşməsi həm verilmiş hissənin konstruksiya edilməsini və sonra, həm də onun bazasında emal texnologiyasının ardıcıllığını, alət seçimini və kəsmə parametrlərini təyin etməyə imkan verir. Bu sistemdə işlənmiş texnoloji proses nəticəsində alınan NC proqramlar postprosessorun köməyi ilə dəzgahın CNC sisitemi üçün lazım olan şəkildə verilir. Bunun bazasında verilmiş hissəni dəzgahda emal etmək olur. CAD/CAM sistemi CAx prosesinin tərkib hissəsi olub müasir maşınqayırmada geniş tətbiq olunur.
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.