Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Analoq-rəqəmsal çevirici
Analoq-rəqəmsal çevirici (ing. Analog-to-digital converter, rus. Аналого-цифровой преобразователь) yaxud ARÇ — analoq siqnalı rəqəmsal siqnala çevirən qurğudur. ARÇ siqnalın diskretləşdirməsini və kvantlanmasını həyata keçirir. Analoq-rəqəmsal çeviriciləri adətən qarşılıqlı təsir edən bir neçə elementdən ibarətdir. Açıq sxem üzrə birbaşa çevirmə üsulunda ARÇ-nin elementləri iki qrupa bölünür. Onlardan birinci zaman-impuls modulyasiyasını həyata keçirir, yəni zaman-impuls siqnalını yaradır. Harmonik gərginlik və cərəyanın amplitud, faza və ya tezliyi şəklində olan məlumat parametrlərini çevirdikdə müqayisə elementi ME və sıfır indikatoru Sl lazım olur. İkinci qrup isə ardıcıl vahid kodda rəqəm siqnalı yaradaraq kvantlama əməliyyatı aparır və lazım gəldikdə onu mövqe dərəcə-rəqəmə çevirir. Tipik olaraq, bir ADC, gərginliyi ikili rəqəmsal koda çevirən bir elektron cihazdır.
Elektron-optik çevirici
Elektron-optik çevirici — vakuum fotoelektron cihazı; obyektin gözlə görünməyən təsvirinin (infraqırmızı, ultrabənövşəyi və ya rentgen şüalarında) görünən təsvirə çevrilməsi, yaxud görünən təsvirin parlaqlığının artırılması üçün istifadə edilir. Sadə elektron-optik çevirici elektron dəstəsi yaradan elektrodlar, yarımşəffaf fotokatod və katod-lüminessent ekrandan ibarətdir. Fotokatoddan çıxan elektronlar elektrik sahəsi tərəfindən sürətləndirilir və lüminessensiya yaradaraq ekranda fokuslanır; nəticədə ekranda obyektin görünən (ikinci) təsviri alınır. Optik təsvirin parlaqlığının gücləndirilməsi elektronların əlavə sürətləndirilməsi, yaxud elektron təsvirin sıxılması yolu ilə əldə edilir. Elektron-optik çevirici spektroskopiya, tibb, mikrobiologiya, astronomiya və s. sahələrdə optik və mikroskopik tədqiqatlar zamanı parlaqlığı az olan və zəif işıqlandırılan obyektləri müşahidə etmək, həmçinin qaranlıqda obyektləri infraqırmızı şüalarla işıqlandıraraq görmək üçün tətbiq olunur. Çox sürətlə gedən proseslərin qeydiyyatı üçün də elektron-optik çeviricilər yaradılmışdır.
Analoq-rəqəm çeviricisi
Analoq-rəqəm çeviricisi – analoq (zamana görə fasiləsiz dəyişən) fiziki kəmiyyətləri diskret rəqəmli kəmiyyətlərə çevirən qurğu. Analoq kəmiyyətlər kimi elektrik gərginliyi və cərəyanı, rəqslərin tezliyi, faza sürüşmələri, dönmə bucaqları və s. götürülür. Ədədi kodlar, əsasən, ikilik, ikilik-onluq və ya onluq say sistemləri ilə verilir. Ümumi halda analoq-rəqəm çevrilməsi prosesi kvantlaşdırma (fasiləsiz verilənlərin zaman, səviyyə və ya hər iki parametr üzrə eyni anda diskretləşdirilməsi) və kodlaşdırmadan ibarətdir. Kvantlaşdırma zamanı fasiləsiz kəmiyyət müəyyən qanunla seçilmiş və ümumilikdə ilkin kəmiyyəti (əvvəlcədən təyin edilmiş səhvlə) əks etdirən ani qiymətlərdən ibarət ardıcıllığa çevrilir. Kodlaşdırma zamanı kvantlaşdırma prosesində seçilmiş ilkin kəmiyyətin ani qiymətləri ölçülür və nəticələr ədədi kodlar şəklində qeyd edilir. Müasir Analoq-rəqəm çeviricisində kvantlaşma və kodlaşma prosesləri analoq və inteqral sxemlərin, mikroprosessorların və s. köməyilə yerinə yetirilir. Analoq-rəqəm çeviricisi verilənlərin ötürülməsi sistemlərində, informasiya-ölçmə sistemlərində, avtomatik idarəetmə qurğularında və s.
Maliyyə levirici
Maliyyə levirici (maliyyə rıçaqı, kredit rıçaqı, rıçaq) — borc kapitalının öz kapitalına nisbəti (başqa sözlə, borc və öz kapitalı arasındakı nisbət). Tipik olaraq, bu nisbət hesablanarkən həm qısamüddətli öhdəliklər, həm də uzunmüddətli öhdəliklər daxil olmaqla öhdəliklərin ümumi məbləği nəzərə alınır. Bəzən yalnız uzunmüddətli öhdəliklərin məbləğindən istifadə olunur. Əgər əmsal 1-dən az dəyər alırsa, bu o deməkdir ki, şirkətin aktivləri daha çox öz kapitalı hesabına maliyyələşdirilir. Leviric nisbəti 1-dən çox olarsa, o zaman şirkətin aktivləri daha çox borc vəsaitləri hesabına maliyyələşdirilir. Həmçinin, maliyyə rıçaqları və ya maliyyə rıçaqlarının təsiri, kifayət qədər kapital olmadan əməliyyatların və mənfəətin həcmini artırmaq üçün borc vəsaitlərindən istifadənin təsiridir. Borc kapitalının kapitala nisbətinin ölçüsü risk dərəcəsini və maliyyə sabitliyini xarakterizə edir Maliyyə levirici yalnız treyder borc vəsaitlərindən istifadə etdikdə yarana bilər. Borc kapitalı üçün ödəniş adətən onun təmin etdiyi əlavə mənfəətdən az olur. Bu əlavə mənfəət kapitalın gəlirliliyinə əlavə olunur ki, bu da onun gəlirliliyini artırmağa imkan verir. Kreditorlar borcalanlar üçün aşağı leviric nisbətlərinə üstünlük verirlər, çünki belə bir vəziyyətdə kreditorlar kredit alanın müflis olması halında daha yaxşı qorunur.
Leviric
Leviric (ing. leverage) — kiçik bir dəyişikliklə hərəkət edən və nəticədə ortaya çıxan göstəricidə əhəmiyyətli dəyişiklik verən amil, rıçaq effekti. == Tərifi == BRE-ə görə, leviric cüzi dəyişikliyə malik olan, lakin bütövlükdə müəssisə, sənaye və s. üçün yaranan iqtisadi göstəricidə əhəmiyyətli dəyişiklik yaradan əməliyyat faktoru olan leverajın təsiridir ..
Keçirici materiallar
Keçirici materiallar — kimi bərk cismlər, mayelər və qazlar keçirici materiallara aiddir. Bərk keçiricilər arasında elektrotexnikada ən çox metallar və ərintiləri tətbiq edilirlər. Xüsusi elektriki müqavimətlərinə görə "ρ" metallik keçirici materialları iki əsas qrupa bölmək olar: yüksək keçiricilikli metallar, hansılarda ki, normal temperatur zamanı ρ 0,05mkOm·m-dən böyük olmur və yüksək müqavimətli metallar və ərintilər, həmin şəraitdə ρ 0,3 mkOm·m-dən kiçik olmayanlar. Birinci qrupa aid olan keçirici materiallar əsasən dolaq və montaj naqillərinin, müxtəlif təyinatlı kabellərin, damarlarının, şinlərin və s. hazırlamaq üçün tətbiq edilirlər. İkinci qrupa aid olunan keçirici materiallar rezistorların, elektrik qızdırıcı cihazların, közərmə lampalarının tellərinin və s. istehsalı zamanı istifadə olunurlar. Kriokeçiricilər və hədsiz keçirici materiallar xüsusi qrupu təşkil edirlər, hansılar ki, mütləq sıfıra yaxın temperaturlar zamanı heçə bərabər kiçik xüsusi elektrik müqavimətinə malikdirlər. Maye keçiricilərə, bir qayda olaraq, əridilmiş metallar və müxtəlif elektrolitlər aiddirlər. Metalların əksəriyyəti kifayət qədər yüksək ərimə temperaturuna malikdirlər və buna görə də yüksək temperaturlarda maye keçiricilərdirlər.
Nigerdə hərbi çeviriliş
Nigerdə hərbi çeviriliş (fr. Coup d'État de 2023 au Niger) - 2023-cü ilin 26 iyul-28 iyul tarixləri arasında Nigerin paytaxtı Niamey şəhərində baş vermiş hərbi çevriliş. Çevriliş nəticəsində ölkənin prezidenti Məhəmməd Bazumun saxlanılıb və Prezident Qvardiyasının komandiri general Əbdürəhaman Çiani hakimiyyəti ələ keçirdib.
Gəmirici
Gəmiricilər (lat. Rodentia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. == Fəsilələri == Bu dəstəyə 7 fəsilə və 18 cinsdə birləşmiş 37 növ daxildir. Fəsilələrin tərkibi aşağıdakı kimidir: Sciuridae (Sincabkimilər) fəsiləsinin Sciurus (Sincablar) cinsində 2 növ Hystricidae (Tirəndazkimilər) fəsiləsinin Hystrix (Tirəndazlar) cinsində bir növ Myocastoridae (Nutriyakimilər) fəsiləsinin Myocastor (Nutriyalar) cinsində bir növ Gliridae (Süleysinkimilər) fəsiləsinin Glis (Süleysinlər) və Dryomys (Meşə süleysinləri) cinslərində 2 növ Dipodidae (Ərəbdovşanıkimilər) fəsiləsinin Allactaga (Yer dovşanları) cinsində 2 növ Muridae (Siçankimilər) fəsiləsindən 4 cins: Rattus (Siçovullar) – 2 növ, Mus (Siçanlar) – 2, Apodemus (Meşə və Tarla siçanları) – 5, Micromys (Cırtdan siçanlar) – 1 Cricetidae (Siçancıqkimilər) fəsiləsinə daxil olan 8 cinsdən Calomyscus (Siçanabənzər siçancıqlar), Cricetulus (Boz siçancıqlar), Mesocricetus (Orta siçancıqlar), Ellobius (Korcalar), Arvicola (Su siçovulları) cinslərinin hərəsində bir növ, Meriones (Kiçik qum siçanları) – 5, Chionomys (Qar çöl siçanları) – 3, Microtus (Boz çöl siçanları) – 6 növ aiddir. Azərbaycan rodentofaunasının əsasını Cricetidae (8 cins və 19 növ) və Muridae (4 cins və 9 növ) fəsilələri təşkil edir. Ayrı-ayrı növlərin ərazimizdə yayılması müxtəlifdir (xəritə ). Geniş yayılmış, adi saylı və çoxsaylı növlərə Mus musculus (ev siçanı), Apodemus (Sylvaemus) uralensis (kiçik meşə siçanı), A. (S.) fulvipectus (sarıqarın siçan), Cricetulus migratorius (boz siçancıq), Arvicola terrestris (su siçovulu) aiddirlər. Onlar demək olar ki, 2300–2500 m hündürlüyə qədər bütün tipik lanşaftlarda məskən salmışlar. Arid landşaftlarda gəmiricilər əhalisinin əsasını yuxarıda qeyd olunan növlərlə yanaşı ilk növbədə Microtus socialis (ictimai çöl siçanı), Scarturus elater və Meriones (Qum siçanları) cinsindən olan iki növ təşkil edir. Sonuncular qeyribərabər yayılmışdır.
Sətiriçi altproqram
Sətiriçi altproqram (en. in-line subroutine ~ ru. встроенная подпрограмма ~ tr.satır içi alt yordam)– çağrıldıqları bütün yerlərdə deyimləri tamamilə proqrama yerləşdirilmiş altproqram. Sətiriçi altproqramdan fərqli olaraq, adi altproqramlar yalnız proqramın bir yerində yerləşdirilir və həmin altproqramı proqramın hansı yerində çağırmaq lazımdırsa, orada uyğun deyim yazılır. Sətiriçi altproqramlar bütövlükdə proqramın yerinə yetirilməsini yaxşılaşdırır, ancaq onlar proqram kodunun uzunluğunu da artırır. Sətiriçi altproqramlar adi altproqramlardan fərqlənsə də, onlar da həmin sintaktik və semantik qaydalara tabedir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sətiriçi emal
Sətiriçi emal (en. in-line processing ~ ru. встроенная обработка ~ tr. satır içi işlem ) – sürət və ya saxlama parametrlərini optimallaşdırmaq üçün proqramın aşağı səviyyəli dildə yayılmış seqmenti üzərində yerinə yetirilən əməliyyat. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sətiriçi kod
Sətiriçi kod (en. in-line code ~ ru. встроенный код ~ tr. satır içi kod) – yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış proqramlara daxil edilmiş assembler və ya maşın dilinin komandaları. Sətiriçi kodlar kompliyatordan asılı olur və bir kompilyatordan başqasına keçdikdə çox ciddi dəyişikliyə uğrayır (əlbəttə, əgər bu, ümumiyyətlə, mümkündürsə). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrossheym gəmirici soğanı
Qəşəng gəmirici soğanı