Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qopuz
Qopuz — türk milli simli çalğısı. Ola bilsin, "qopuz" sözünün etimologiyası qop qədim türkcədə "ucalıq", "yüksəklik", uz isə "avaz", "sehrli musiqi ahəngi" mənasını verir. Sözün başqa etimoloji açıqlamaları da olmuşdur: Bang W. kop- (durmaq, qalxmaq) köküylə bağlayır. Ramstedt G. J. monqol qugur, qırğız qobuz və b. çin hu (tel, sim) sözləri arasında yaxınlıq görürdü; Joki A. J. bu baxışın tutarsız olduğunu göstərmişdir. Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Alət haqqında ilk məlumata uyğur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabında rast gəlirik. Onun yazdıqlarına görə, uyğurların mahnı oxuyarkən çaldıqları əsas musiqi aləti qopuzdur. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e.ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir.
Zeynəb Çopur
Zeynəb Çopur — Türkiyəli aktrisa. Zeynəb Çopur 1987-ci ildə martın 7-də İstanbulda anadan olub .
Çopur Ələsgər
Çopur Ələsgər (tam adı:Ələsgər Mikayıl oğlu Tağıyev; d. 1930, Bozalqanlı, Tovuz rayonu – ö. 23 oktyabr 2014) — Azərbaycan aşığı və şairi. "Çopur Ələsgər" ləqəbi ilə tanınan Aşıq Ələsgər 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ömrünü aşıq sənətinə həsr etmiş ustad aşıq bu sənətin sirlərini aşıqlar Hüseyn Rzayev və Əkbər Cəfərovdan öyrənib. 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanı bilən aşıq Çopur Ələsgər özü də uzun illər sənətinin sirlərini özündən sonra gələn nəslə öyrətmmişdir. 23 oktyabr 2014-cü ildə vəfat etmişdir. 20 aprel 2013-cü ildə "Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu" İctimai Birliyin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ustad aşıq Ələsgər Tağıyevin yaradıcılıq gecəsi keçirilib. Gecədə deputat Qənirə Paşayeva, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filalofiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və başqa siyasi-ictimai xadimlər iştirak edirdilər. Tədbirin aparıcısı AMEA-nın Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli idi.
Fatma Aliye Topuz
Fatma Aliye Topuz (türk. Fatma Aliye Topuz 9 oktyabr 1862, Konstantinopol – 13 iyul 1936, İstanbul) — Türk yazıçısı, esseist, tərcüməçi və gender bərabərliyi uğrunda mübarizənin iştirakçısı. Fatma Aliye Topuz həm Türkiyədə, həm də İslam dünyasında ilk qadın roman yazıçı sayılır. == Bioqrafiya == 9 oktyabr 1862-ci ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın birinci qızı və yazıçı Emine Önasyanın böyük bacısı idi. Aliye Fatmanın anası Advie Rəbiyə xanım idi. 1866-cı ildə Fatmanın atası Misirə Vali vəzifəsinə təyin edilir. 1868-ci ilə qədər həyat yoldaşı və uşaqları ilə Hələbdə yaşamalı olur. 1875-ci ildə Cövdət Paşa Yunanıstana göndərildikdə, ailə altı ay Yanyada qalır. Nəhayət 1878-ci ildə Fatmanın ailəsi Dəməşqdə məskunlaşır.
Diş çöpü
Diş çöpü — Adətən bir yeməkdən sonra dişdən səpintinin aradan qaldırılması üçün istifadə edilən taxta, plastik, bambuk, metal, sümük və ya digər maddədən hazırlanan kiçik bir çubuq.
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Çöpü (Bicar)
Çöpü (fars. چوپي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (23 ailə). Əhalisini kürdlər təşkil edir.
Hovuz
Hovuz — Üzgüçülük məqsədilə istifadə edilən içərisi su ilə doldurulmuş çuxur. Modern hovuzlar beton divarlarla əhatələnir və hovuzun kənarına kafellər vurulur. Hovuzların dərinliyi və uzunluğu təyinatına görə hesablanır. Hovuzlar həm qapalı, həm də açıq havada ola bilər. Onlar istənilən ölçüdə və formada, yeraltı və ya yerüstü ola bilər. Hovuzların əksəriyyəti daimi qurğulardır, digərləri isə müvəqqəti, yıxıla bilən strukturlardır.
Kobuz
Kobuz(qaz. қобыз)—ya da kyl-kobyz - qədim qazax simli alətidir. At saçlarından hazırlanmış iki ipdən ibarətdir. Rezonans edən boşluq ümumiyyətlə keçi dərisi ilə örtülmüşdür. Ənənəvi olaraq kobizlər müqəddəs alətlər idi, şamanlara və bakseylərə (ənənəvi ruhani tibb) məxsus idi. Rəvayətlərə görə, kobyz və onun musiqisi pis ruhları, xəstəlikləri və ölümü aradan qaldıra bilər. == Haqqında == Kobyz ikiqat çömçə şəklindədir, qısa, arqasız şəkildə əyilmiş boyun, iri düz bir baş və stendi təsdiqləmək üçün yuxarıda bir qolu olan və altındakı bir buraxılış ilə içi boş, qabarcıqlı bükülmüş cüt yarımkürədən ibarətdir. Kobıza qoyulan iki ip at atından bükülmüşdür. Alətin ümumi uzunluğu 60-73 sm-dir.Ronzonatorun ikiqat fincanı, günəşin doğması və qürubunun əks olunduğu, iki simli - kainatın yuxarı və altındakı kobizin yaradıcıları - köçərilərin Tengrian dünyagörüşünü əks etdirir. == Tarixi == 1930-cu illərdə Sovet Qazaxıstan Respublikasında ilk xalq çalğı alətləri orkestrləri qurulanda yeni bir növ kobyz meydana gəldi.
Qobuz
Qobuz — Yüksək keyfiyyətli musiqi təklif edən Fransanın musiqi dinləmə və yükləmə xidməti. 2007-ci ildə Yves Tizel tərəfindən qurulub, Birləşmiş Krallıq, Niderland, Almaniya, İtaliya, İspaniya və ABŞ daxil olmaqla bir çox xarici bazarlarda istifadəyə verilib. Qobuz leybllar, distribyutorlar/aqreqatorlar və hüquq sahibləri tərəfindən təmin edilən 24 bit/192 kHz-ə qədər itkisiz FLAC fayllarını yayımlayır. 2022-ci ildə Qobuz CD və "Hi-Res" keyfiyyətində (192 kHz-ə qədər 24 bit) 80 milyondan çox trek təklif edir.
Qotuz
Qotuz - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. 1577-ci ildə Şah II Ismayılın fərmanında Çuxur Sə'd mahalında Kutuzvəng kəndinin adı qeyd olunur . Qotuz dağının adındandır. Qotuz dağı. XIX əsrdə Qars əyalətinin Ərdəhan dairəsində Qotuz - Köy kənd xarabalığının adı ilə mə'naca eynidir. Türk dillərində kut, qut qışlaqda "düşərgə", "dayanacaq", "qutan" sözündən və yunanca "us" şəkilçisindən ibarətdir.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Toppuz
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Tovuz
Tovuz — Azərbaycan Respublikasının Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsində şəhər, Tovuz rayonunun inzibati mərkəzi. 1947-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Abulbəyli kəndinin ərazisindən 276,19 ha (bundan dövlət mülkiyyətində olan 55,92 ha, bələdiyyə mülkiyyətində olan 79,43 ha və xüsusi mülkiyyətdə olan 140,84 ha), Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) və Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha), Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha), Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) və Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahələri Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. Şəhərin adı yazılı mənbələrdə ilk dəfə 827-ci il hadisələri ilə əlaqədar çəkilib. Erkən orta əsrlərdə alban qalalarından biri də Tavuş qalası idi. XII-XIV əsr mənbələrində Tavuş, Tavus, Tavuz, Taus, Tauz, Tus kimi qeyd olunmuşdur. Tovuş çayının (Tovuz çayının qolu) sağ sahilində hündür dağın başında Tovusqala adlı qədim abidə mövcuddur. Həmin qalanın xarabalığı indiki Ermənistan ərazisindədir. Qala öz adını çayın adından almışdır. İndiki yaşayış məntəqəsi XIX əsrdə salınmış dəmir yolu stansiyası əsasında formalaşmışdır.
Xoruz
Xoruz — ümumi mənada toyuqkimilər dəstəsinə daxil olan quşların erkəyi. Xoruzlar banlamağa, adətən, həmişə 4 aylığından əvvəl başlayır. Ginnesin Rekordlar Kitabına ən uzun banlama 21,07 saniyə kimi düşmüşdür. İkinci ən uzun banlama isə 21,00 saniyədir.
Zopun
Zopun (əvvəlki adı: Zupun) — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Zupun kəndi Zopun kəndi adlandırılmışdır. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zopun kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. Yaşayış məntəqəsi XVI əsrin əvvəllərində hazırda mövcud olmayan Əsədkənddən çıxmış ailələrin Zopun adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını eyniadlı dağın adından almışdır. Kəndin adı bir müddət Zupun şaklində qeydə alınmışdır. 2001-ci ildən bu ad Zopun kimi rəsmiləşdirilmişdir. Kənd Burovar silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1039 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çopak
Çopak (mac. Csopak) — Macarıstanın Vesprem medyesində Balaton gölünün ətrafında yerləşən kənd. Ənənəvi üsullarla istehsal edilən şərabına görə daha çox tanınır. Çopakda çimərliyi Macarıstanın ən çox turist qəbul edən məkanlarından biridir. Çimərliyin ətrafı qumla örtülmüşdür. Kənddə avqust ayları ərzində şərab günləri keçirilir. Mərasimlərdə xalq musiqisi ifa olunur və yerli sakinlər tərəfindən Çopak mətbəxinin müxtəlif təamları turistlərə təqdim edilir.
Çorum
Çorum — Türkiyənin Çorum ilinin inzibati mərkəzi.
Çotur
Çotur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-qərbdə yerləşir. Hamamlı (Spitak) rayonu təşkil edilənə kimi (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim türk dilində "uc", "kənar" mənasında işlənən "çotur" sözü əsasında formalaşmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarameç qoyulmuşdur.
Çoğur
Çoğur — mizrabla səsləndirilən simli muqisi alətidir. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir... Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Şah İsmayıl Xətainin (XVI əsr) "Dəhnamə"sində çoğur təsvir edilir. Çoğurun çanağı çuxura bənzəyir, yəni kötüyün içi çuxur kimi ovulur, bu üzdən alətə "çuxur" adı verilib. Təsadüfi deyil ki, Azərbaycan Sovet Ensiklopediyasında Orta Çağlarda alətin "çuxur", "çoğor", "çoğur" kimi adlandırıldığı da göstərilir . Başqa ehtimala görə, "çoğur" sözü "çağırmaq" felindən törəyib, "haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir.
Donuz
Donuz — Sus cinsində olan heyvanlara verilən ümumi addır. Donuzlar həm ət həm ot ilə qidalanırlar. İnsanlar tərəfindən əhlilləşdirilmişdir və ferma heyvanı olaraq istifadə edilməkdədir.
Gopu
Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir. Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.
OPZZ
Həmkarlar İttifaqı Polşa Birliyi və ya qısaca OPZZ (pol. Ogólnopolskie Porozumienie Związków Zawodowych) — Polşanın 2 əsas həmkarlar ittifaqı təşkilatından biri. 24 noyabr 1984-cü ildə yaranmışdır. Təşkilatın 3 milyon üzvü var, bunların 500 mini təqaüdçüdür. OPZZ "Solidarnost" ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edirlər. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Solidarnost Afaq HÜSEYNOVA. Polşanın həmkarlar ittifaqları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 04.05.2012.
Opus
Opus — ayrı-ayrı musiqi əsərinin işarə olunması. Bununla bəstəkarlar yaratdıqları hər bir əsəri ardıcıllıqla nömrələyirlər.
Otuz
Otuz — say sistemində ədədlərdən biridir. İyirmi doqquzdan sonra, otuz birdən əvvəl gəlir. Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 3, 5, 6, 10, 15 və 30 ədədlərinə qalıqsız bölünür.
Oğuz
Oğuz (əvvəlki adı: Vartaşen) — Azərbaycanda şəhər, Oğuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vartaşen şəhəri Oğuz şəhəri adlandırılmışdır. Vartaşenin çoxdan qurulduğu, Bejanov tərəfindən sübut edildiyi kimi, bir çoxu kəndin yanında olduğu kimi, qədim kurqan və qəbiristanlıqlardır. Vartaşen və Nic qəsəbələri, əfsanələrə görə, qədim dövrlərdə Kür çayının cənubundakı qədim erməni Utik vilayətində məskunlaşmış Utievlər və ya biri üçün doğma yerlər idi. 1722-ci ildə I Pyotrun Qafqaz ekspedisiyası zamanı ona ünvanladığı bir məktubda özlərini "Ağvanlar" adlandırdılar. 1807-ci ildə Şəki xanı Cəfər Kuli Xanın (azərbaycanlı) rus olduğu Vartaşen və Nici ermənilərə verəcəkdi, rus çarı I Alexander-a bir məktub yazdı: 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Kərimli kəndində (indiki Oğuz şəhərində) 657 təsərrüfatda 3153 nəfər əhali yaşayırdı ki, onların da 1646 nəfərini kişilər, 1507 nəfərini isə qadınlar təşkil edirdi. 1 yanvar 2013-cü il tarixli məlumata əsasən əhalisi 6,891 nəfər olsa da.2019-cu ilin məlumatına görə 7,400 nəfərdən artıq şəhərdə yaşayır. 1819-cu il üçün Şəki vilayətinin təsviri Vartaşenin "Tatar" (Azərbaycan) kəndini göstərir. Vartaşen məktəbinin keçmiş müdiri Mixail Bejanov "Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu" kitabında Udinlərin Vartaşen və Nic kəndlərində yaşadıqlarını və bir çox "tatar" (yəni Azərbaycan) sözlərini özündə cəmləşdirən Dağ dilində danışdıqlarını qeyd edir. 1908-ci il üçün "Qafqaz təqvimi" nə görə kənddə 1090 erməni, 629 rus və 35 azərbaycanlı (tatar) yaşayırdı.
Çoku
Çoko (猪口) və ya bəzən çoku – sake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir. Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi. Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər. Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur.
Dəlləkli (Tovuz)
Dəlləkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd dəlləkli nəslinə mənsub ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Keçmişdə mərzili və ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Gövüz
Gövüz (az.-əski. گؤوۆز‎, fars. گاوخس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 108 nəfər yaşayır (38 ailə).
Köküz
Köküz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd.
Köpük
Köpük qaz baloncuqlarını bərk və ya maye halına gətirərək yaradılan bir maddədir. Hamam süngərindəki və bir stəkan pivənin üstündəki qabarcıqlar köpük nümunəsidir. Əksər köpüklərdə böyük bir qaz var və onlar qaz zonalarını ayıran nazik bərk film və ya bərk filmlərdən ibarətdirlər.
COP28
COP28 (ing. Conference of the Parties, COP; rəsmi adı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı) — Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına tərəflərin 28-ci konfransıdır. Bu, BMT tərəfindən iqlim dəyişikliyi ilə mübarizə və onun təsirlərinə necə uyğunlaşma yollarını müzakirə edən illik toplantıdır. Tərəflər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzalamış ölkələrdir. Konfrans Dubaydakı Sərgi Mərkəzində (Expo City) keçirilib. Sammit ölkələr üçün birgə məqsədlərin inkişafı və iqlim maliyyəsi də daxil olmaqla müxtəlif alətlər vasitəsilə iqlim dəyişikliyini daha yaxşı idarə etmək üçün bir fürsət kimi qiymətləndirilir. 2015-ci ildə COP21-də Paris Sazişinin qəbul edilməsindən sonra sammit iştirakçılarının diqqəti onun əsas məqsədinə — planetdə qlobal temperaturun 2 dərəcədən yuxarı qalxmasının qarşısının alınmasına yönəlib. Dekabrın 12-də başa çatmalı olan konfrans, Səudiyyə Ərəbistanının yekun razılaşmaya etirazından sonra uzadılmalı oldu. Dekabrın 13-də konfransın prezidenti Sultan Əl-Cabir, iştirakçı ölkələr arasında yekun kompromis razılaşmasının əldə olunduğunu elan etdi. Müqaviləni imzalayan bütün ölkələr iqlim dəyişikliyinin ən sərt təsirlərini yumşaltmaq və 2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün "ədalətli və nizamlı şəkildə" karbon enerji mənbələrindən uzaqlaşmağı öhdələrinə götürdülər.
COP29
2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu konfransıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri və Azərbaycanın milli neft şirkəti SOCAR-ın keçmiş əməkdaşı Muxtar Babayev 2024-cü ilin yanvarında COP29-un prezidenti seçilib. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirərək qeyd edib: "Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb". COP29 iqlim fəaliyyətini sürətləndirmək və 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul edilən Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüşdür. Bu sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. 2016-cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb. Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.