Zopun (əvvəlki adı: Zupun) — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Zupun kəndi Zopun kəndi adlandırılmışdır.[2] 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zopun kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.[3]
Zopun | |
---|---|
39°10′46″ şm. e. 48°24′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Yaşayış məntəqəsi XVI əsrin əvvəllərində hazırda mövcud olmayan Əsədkənddən çıxmış ailələrin Zopun adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını eyniadlı dağın adından almışdır. Kəndin adı bir müddət Zupun şaklində qeydə alınmışdır. 2001-ci ildən bu ad Zopun kimi rəsmiləşdirilmişdir.[4]
Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1039 nəfər əhali yaşayır.[5]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |