Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çuxanlı
Çuxanlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Çuxanlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Kuxalı (Azərşəhr)
Kuxalı (fars. كوخالو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (45 ailə).
Kuxalı (Bostanabad)
Kuxalı (fars. كوخالو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (9 ailə).
Çulalı (Sərab)
Çulalı (fars. چوللو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 352 nəfər yaşayır (85 ailə).
Çuxanlı (Qobustan)
Çuxanlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çuxanlı Qobustan rayonunun kiçik kəndlərindən biridir. Bu kənd öz zəhmətkeşliyi ilə seçilir. Çuxanlı Qobustan rayonunun Təklə inzibati ərazi vahidində kənd. Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. == Toponimikası == Kənd Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.
Çuxanlı (Salyan)
Çuxanlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çuxanlı Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kürçayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Keçmış adı Süleymankənd olmuşdur. 1872-ci ildə baş vermış zəlzələ nəticəsində Şamaxı qəzasının Çuxanlı kəndindən köçmüş ailələr burada məskunlaşmışdılar. Bu vaxta qədər kəndin ərazisi Şirvanın dağlıq zonasında yaşayan çuxanlı tayfasının qışlağı olmuşdur. == Foto məlumatlar == Çuxanlı kəndi 2012 Arxivləşdirilib 2016-08-30 at the Wayback Machine == Əhalisi == Azərbaycanlı tərəkəmələrindən (türkmənlərindən) ibarətdir. 1066-cı ildən etibarən Şirvana gəlmiş oğuzların törəmələridir. 24 oğuz tayfasının hansına mənsub olmaları tam araşdırılmayıb. İkinci dünya müharibəsinə qədər köç həyatı sürmüşlər.
Çuxanlı xalçaları
Çuxanlı xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == Bu xalçalar keçmiş Şamaxı mahalında, əsasən Qobustan adı ilə tanınan xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xalçanın adı Şamaxıdan 13km cənub - şərq istiqamətində yerləşən Çuxanlı kəndinin adından götürülmüşdür. Əvvəllər "Kabristan", "Qəbristan", "Mərəzə" və ya "Çuxan" adlandırılan bu xalçalar XVIII əsrin ikinci yarısından "Çuxanlı" adı ilə məşhur oldu. == Bədii xüsusiyyətləri == "Çuxanlı" xalçaları ara sahənin kompozisiyasına görə "Sorsor" xalçaları ilə müəyyən qədər oxşar olsa da, butanın formasına görə bir qədər fərqlənirlər. "Çuxanlı" xalçasında şaquli və üfiqi istiqamətdə yerləşən bu elementlərin rəngi diaqonal üzrə eyndir və bu, xalçanın bədii xüsusiyyətlərindən biri hesab edilir. Şirvan xalçaları üçün xarakterik olan köbə zolaqları, xüsusən "hörük" adlanan orta haşiyə "Çuxanlı" xalçasında da tamamilə tətbiq olunur. Azərbaycanın qədim xalçaçılıq mərkəzlərinin - Muğanın və Kobıstanın xalçaları "Çuxanlı" xalçalarına böyük təsir göstərmişdir. == Texniki xüsusiyyətləri == "Çuxanlı" adı ilə tanınan xalçaların ölçüsü 120x180 sm-dən 160x260 sm-ə qədər olur. Bəzən uzunsov gəbələr də istehsal olunur (uzun ensiz xalça olub, adətən divar boyunca döşənir).
Yuxarı Tualı (Xudafərin)
Yuxarı Tualı (fars. طوعلی عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (66 ailə).
Buxarı
Buxarı — evlərin daxilində, evi qızdırmaq və xörək hazırlamaq məqsədilə qurulmuş ocaq yeri. == Xüsusiyyətləri == Buxarı evdə diqqəti cəlb edən əsas elemntlərdən biridir. Yaşayış evlərinin əksəriyyətində buxarı kəllə divarın ortasında yerləşdirilirdi. Bəzən otağın künclərinin birində ocaq oyuğundan və divariçi tüstü borusundan ibarət buxarılara da rast gəlmək olurdu. Atmosfer çöküntülərindən mühafizə edilməsi və tüstünü yaxşı çəkməsi üçün buxarının başı hörülərək dam örtüyündən 80 - 90 sm hündürə qaldırılır, günbəzli, qövüsvari və ya üçbucaq formalı başlıqla tamamlanırdı. Azərbaycanın Şirvan bölgəsində bağdadı tipli evlərdə bu funksiyanı "səbətbaca" yerinə yetirirdi. Lənkəran - Astara bölgəsi kəndlərində bişmiş və çiy (kal) kərpicdən hörülmüş buxarıların içərisinə xüsusi çuqun tava yerləşdirilirdi. İki qulpu olan bu tava istiliyi tənzimləyir, evə tüstünün dolmasının qarşısını alırdı. Belə ki, ocaq yeni yandırılanda qulp vasitəsilə tava fırladılır, tüstü ancaq bacadan çıxardı. Köz düşdükdə isə tava əksinə fırladılır, bu zaman tavanın qövsü bacanın yolunu bağlayır, istiliyi otağa ötürürdü == Formaları == Azərbaycanda buxarının bir neçə formalarından istifadə olunmuş.
Kulalı
Kulalı — Xəzər dənizində Tülen adaları arxipelaqına aid ada. Arxipelaqın və dənizin ən iri adasıdır. Adanın sahəsi 68 km² təşkil edir. Uzunluğu 39 km, eni 2 km təşkil edir. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Manqışlaq körfəzinin şimal-qərbində, arxipelaqın isə qərbində qərar tutur. Qış ayları sahil xətti donur. == Tarixi == 1667-ci ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır. Adaya 2690 tüfəngçi, ağır artileriya və 40 qayıqda hücum təşkil edilir.
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslərYaşayış məntəqələriMusalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.
Qubalı
Qubalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qubalı Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim Quba etnotoponimindən va -lı mənsubluq, aidlik bildirən şək.-dən ibarətdir. Yasayış məntəqəsini Qubadan köçüb gələn ailələr salmışlar. Keçmişdə Qubalıkənd, Ağabəyli, həm da Qubalı Bəşirbəy (yaxud Bəşirbayli) də adlanmışdır. Ağabəy vo Bəşirbəy Quba əyalətindən köçürülmüş 15 ailənin sahibləri idi. Onlar 1862-ci ildə Qaragöz adll yerdə oturaqlaşmışdılar. == Əhalisi == 1919-cu il tarixində ermənilər tərəfindən 217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq öldürülmüşdür. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 475 nəfər əhali yaşayır.
Qulalı
Qulalı (Şəmşəddin)
Uçalı
Uçalı — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Ağçuxalı (Zəncan)
Ağçuxalı - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Qışlaqat Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 59 km qərbdədir.
Yuxarı Cürəli
Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrə aid mənbələrdə rayonun ərazisində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin kənd böyüyərək Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə cürəli tayfasının adını əks etdirir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Ağalıkənd və Təzəkənd kəndləri ilə sərhəddir. == Əhalisi == === Tanınmış şəxsləri === Əlikram Bayramov — müğənni. === Şəhidləri === Nəcəfli Sadiq Nüsrət oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Anar Şuşalı
Anar Şuşalı (kino sənətçisi) (Həsənov Anar Bəybala oğlu) — Azərbaycan kinorejissoru.
Bulalı (Əcəbşir)
Ağacəri (fars. بولالو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Əcəbşir bölgəsinin Düzcərud kəndistanında, Əcəbşir qəsəbəsindən 3,5 km. şimal-şərqdə, Marağa-Azərşəhr avtomobil yolunun kənarındadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 406 nəfər yaşayır (66 ailə).
Butalı islimilər
Butalı islimilər — üzəri buta rəsmi ilə bəzənən islimi elementinə deyilir. Butalı islimilər Azərbaycan memarlıq (daş, kəc və kaşı) bəzəklərində daha çox yayılmışdır == İstinadlar == .
Butalı xalçaları
Butalı xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Buxaqlı qaçağanlar
Buxaqlı qaçağanlar (lat. Thinocoridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Buxarlı avtomobil
Buxarlı maşın (ing. Steam car) Quru yolunda idarə etmək üçün yaradılmış, istilik enerjisini mexaniki enerjiyə çevirən xaricdən işə düşən motor olan buxar maşınının verdiği enerji ile hərəkət edən təkərli quru nəqiyillayı, buxar enerjili avtomobil. tərəfindən edilən Fardierdir. Nicholas Joseph Cugnot kiçik ölçüdə etdiyi iki qazanlı Newcomen maşınını üç təkərli bir maşına yükləyərək 1769 ildə sınaq edib.Amma buxarlaşma yolu ilə azalan qazan suyunu yeniləyəcək bir sistem olmadığından maşın 15 dəqiqədən bir dayanmaq və suyun qaynamasını gözləmək lazım gəlirdi. 2,5 tonluq əsgəri topları daşıması düşünülən maşından bu problemə görə imtina edilməsinə səsəb oldu Hələ də Birmingham Müzeyində bir maşın, buxarlı maşınlar üzərində 1790’cı illədə William Murdock’un da çalışmış olduğunu göstərir. William Murdock’ın hazırladığı maşın yüksək təzyiqli qazan və bir cüt-təsirli Watt maşını ilə hərəkət edirdi. Buharlı avtomobillərin inkişaf etməyinə təsir edən ən böyük probleməerdən biri də , maşını hərəkət etdirəcək yüksək təzyiq əldə etmək və bunun davamlı olmasını təmin etmək idi. Oliver Evanstərəfindən hazırlanmış bir sistemlə bu problem bir az olsun təmin edilmişdir. Oliver Evens yaratdığı sistemi bir avtomobilə tətbiq etməklə Philadelphia küçələri vasitəsi ilə dolanmışdır. ama bu uğuru ticarət anlamında dəyərləndirməmişdir.
Buxarlı soyutma
Buxarlı soyutma Bildiyimiz kimi, suyun mayedən qaz halına çevrilməsi istilik enerjinin udulması ilə müşayiət olunur. Bunun üçün suyu aktiv qaynama temperaturuna çatdırmaq mütləq deyil. Su maye halında qalana qədər effekt istənilən temperaturda özünü büruzə verir və bu temperatur diapazonu insanın rahatlığını təmin edən temperatur sahəsindən xeyli çoxdur. Beləliklə, buxarlanma prosesini sürətləndirdikcə su havadakı istini udacaq. Buxarlı soyutma prinsipi bu prosesin üzərində qurulubdur. İş prinsipi Əgər isti quru hava suyla hopdurulmuşbir neçə millimetr qalınlığı olan penoplast və ya lifli filtrdən keçirsə, suyun yarısı buxarlanır. Bunun nəticəsində filtrdən keçən hava bir neçə dərəcə soyuyur. Filtr üçün nəzərdə tutulmuş su mütəmadi olaraqdaima təmiz maye suyla (idealda – distilya olunmuş) doldurulan çəndən təmin olunur. Sadələşdirilmiş buxarlı soyutma sistemi adətən yastı damda quraşdırılır. Konstruktiv olaraq sistemtərəflərinin ölçüsü təxminən 1 metr olmaqla kub şəklində verilir.
Cenk Tunalı
Cenk Tunalı (türk. Cenk Tunalı) — Türkiyə aktyoru. == Həyatı == Cenk Tunalı 9 sentyabr 1978-ci ildə İstanbulda dünyaya gəlib. 1996-cı ildə Cağaloğlu Anadolu Liseyindən, 2000-ci ildə İstanbul Dövlət Konservatoriyasının Teatr bölümündən məzun olub. Bir müddət Haldun Dormənə assistentlik edib. 2000-ci ildə Haldun Dormənin dəstəyi ilə "Teatr Qılçıq" qrupunu qurub. 4 il bu qrupda dramaturqluq, aktyorluq və rejissorluq edib. İstanbul Dövlət Teatrında bir çox tamaşada rol alıb. Bundan başqa müxtəlif filmlərə, teleseriallara çəkilib. Uzun müddət səhnələrdə bir aktyorun komediya tamaşaları şousunu qurub.
Musalı (Cəlilabad)
Musalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Musalı kəndi Cəlilabad rayonun Ləkin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrlərin axırlarında salınmışdır. Cənubdan Cənubi Azərbaycanla (İran İslam Respublikası), şərqdən Ləkin kəndi ilə,qərbdən Zəhmətabad kəndi ilə,şimaldan Burovar dağ silsiləsi ilə həmsərhəddir. Orta əsrlər dövrünə aid silahlar,qablar,bəzək əşyaları,insan sümükləri tapılsada təəssüf ki,bunların hansı dövrə aid olduğunu dəqiq demək çətindir. Hələki burda arxeoloji qazıntı aparılmayıb.[mənbə göstərin] == Toponimikası == Musalı oyk., sadə. Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli məlumata görə, XV əsrin sonlarında Cənubi Azərb.-dan köçüb gəlmiş Musa və Müslüm qardaşlan meşə ətəyindəki çeşmənin ətrafında yurd salmışlar.
Yuxarı Cürəli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buxari
Buxari və ya tam adı ilə Əbu Abdullah Məhəmməd ibn Əbülhəsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (810-869) — tanınmış hədis alimi. == Həyatı == Buxari əslən Səmərqənd Buxara şəhərində anadan olub.Buxari ərəb olub. O,uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani Kərimi əzbərlədi və ərəb dilini öyrəndi.Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda, o, elm öyrənmək istəyi ilə Məkkədə qalır. On səkkiz yaşında "Kitabi Kadyas-Səhabə vət Tabiin" ilə "ət-Tarixül-Kəbir" adlı əsərlərini yazan Buxari, elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeyirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı. Yaşıdları Buxaridən fəxrlə danışırdılar. Onun nailiyyətlərini qəbul etmək istəməyənlər fitnə çıxarmağa başladılar və Buxarinin "Quran məxluqdur" fikrini dəstəklədiyini yaydılar.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Cuvarlı
Cuvarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cuvarlı oyk, sadə. Füzuli r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Etnotoponimdir. Azərbaycanlıların cuvarlı tayfasının adındandır. Keçmişdə Azərb.-da su bölgüsünə nəzarət edən şəxslər də cuvar (suçu) adlanırdı. Azərbaycanda Cuvarlı toponimindən və etnonimindən yaranmış Cuvarlı və Cuvarlinski familiyaları ilə bir çox tanınmış görkəmli şəxsiyyətlər olmuşdur.
Cücanlı
Cücanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cücanlı oyk. Gədəbəy r-nunun İsalı i.ə.v.-də kənd. Axınca çayının sahilində Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Cucanbəyli olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Tovuz r-nundakı Əlibəyli kəndindən köçüb gəlmiş Cücənbəy adlı şəxs salmış və kənd də onun adı ilə adlandırılmışdır. 1917-ci ildə bu kənd Cüncübəy şəklində qeydə alınmışdır. Oykonim çaçanlı və ya cancanlı etnonimi ilə də bağlı ola bilər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 144 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cüməli
Cüməli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Cüməli (Zəncan) — İranın Zəncan ostanında kənd.
Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd.
Aşağı Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. == Tarixi == Aşağı Cürəli Biləsuvarın ilk salınan kəndlərindəndir. Əsasən 1940–50-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd ərazidən köçürülən insanlardan təşkil olunmuşdur. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Əsgərabad, Dərvişli, Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir. == Əhalisi == === Şəhidləri === Gözəlov Xalid Həsən oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mahmudov Cavid Hilal oğlu (1989–2020) — İkinci Qarabağ müharibəsi şəhidi, Vətən müharibəsi qəhrəmanı.