MÜXALİF₁

is. [ ər. ] Zidd, əks, qarşı, əleyhinə olan.
[Mehriban] bu qəbahəti əxlaqa müxalif bildiyi üçün Səlimə yaxın düşməkdən qorxur. S.Hüseyn.

// Düşmən, əleyhdar, rəqib.
Müxaliflərimizin həmlələrini dəf etmək və ya onlara həmləvər olmaq üçün sədaqət və doğruluqdan başqa bir silahımız yoxdur. M.İbrahimov.

□ Müxalif olmaq – zidd olmaq, əleyhinə olmaq, əksinə olmaq.

Синонимы

  • MÜXALİF MÜXALİF, DÜŞMƏN ..inam və onun tərəfdarları meydanın bir guşəsində salınmış xalça üstündə əyləşirlər, “müxalif ’ adlanan düşmən tərəf isə təxt və kürs
MÜXALİF₂
MÜXALİFƏT
OBASTAN VİKİ
Müxalifət (qəzet)
Müxalifət — Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. "Müxalifət" qəzetini 15 oktyabr 1991-ci ildə mərhum jurnalist Ağamalı Sadiq Əfəndi yaradıb. Qəzetə müxtəlif vaxtlarda Mehman Cavadoğlu, Vaqif Hacıbəyli, Süleyman Osmanoğlu və Nəsir Əhmədli rəhbərlik edib. Hazırda çapında fasilə yaranmış qəzetin baş redaktoru Rövşən Kəbirli və redaksiyanın aparıcı əməkdaşı Yaşar Ağazadənin 2007-ci ildə həbs edilməsi "Müxalifət"in fəaliyyətinə təsir göstərmişdir. R.Kəbirli və Y.Ağazadə 2007-ci il mayın 16-da akademik Cəlal Əliyevin iddiası əsasında həbs olunublar. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalistlər 7 ay 14 gün sonra prezident İlham Əliyevin əfv fərmanı ilə 2007-ci il dekabrın 29-da azadlığa buraxılıblar.
Müxalifət qəzeti

Значение слова в других словарях