Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yermek Omirtay
Omurtaq xan
Qurucu Omurtaq xan (bolq. Кан Омуртаг; bilinmir – 831) — Bulqar xanı. 814-831ci illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, yeni binalar tikilib hazırlanmışdır Omurtaq xanın ilk illərində hakimiyyət 3 qəyyuma aid idi: Dukum, Diçenq və Çoq. Onlar xristianlığın yayılmasının qarşısını almağa çalışırdılar. Bizanslılarla 814-cü ildə baş verən döyüşdə Omurtaq xan qaça bilmiş, bulqarlar məğlubiyyət almışdı. Bizans Franklarla ittifaqa girmək istəyirdi. Omurtaq buna görə də 815-ci il sülhünü imzalamalı oldu. Bu sülhə görə sərhəd müəyyən olundu, həmçinin əsirlər dəyişdirildi. 30 il boyunca davam edəcək olan atəşkəs imzalandı.
Salih Omurtak
Salih Omurtak (1889, Selanik - 23 iyun 1954, Ankara ) Türk əsgəri. Türk Silahlı Qüvvələrinin 4. Baş Qərargah rəisidir . Salih Omurtak 1889-cu ildə Salonikidə anadan olmuşdur. 1907-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin il daxil olduğu Hərbi Akademiyanı 1910-cu ildə bitirdi və Kadr oldu. Birinci Dünya müharibəsinin başlaması ilə, Azərbaycanı və Şimali Qafqazı xilas edəcək II. Qüvvəyi-Səfəri kadrlarında xidmət etdi. 1920-ci ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 22 yanvar 1920-ci ildə vəzifə yerinə yetirdiyi Ankarada qalaraq Milli Orduya qatıldı. Türk Qurtuluş Müharibəsi dövründə Baş Qərargah Əməliyyatlar Şöbə Müdiri vəzifəsində çalışmış və Qazi Mustafa Kamal Atatürkün qərargahında olmuşdur.
Gömürçay
Gömürçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Naxçıvançayın sol qolu. == Haqqında == Mənsəbindən 58 km məsafədə ona tökülür. Uzunluğu 13 km, hövzəsinin sah. 36 kv. km-dir. Qar, qrunt və yağış suları ilə qidalanır. Yay aylarında yağan leysan yağışları daşqınlara səbəb olur. Tez-tez baş verən sel hadisələri nəticəsində yaşayış məntəqələrinə, yollara və əkin sahələrinə böyük ziyan dəyir. Suvarmada istifadə edilir.
Murzay
Başqırdlar at və ya iri mal-qaranın dərisindən ustalıqla müxtəlif qablar düzəldirdilər. Bu qablar at südünün sağılması, saxlanması, kumıs hazırlanması və gəzdirilməsi üçün istifadə olunmuşdur. Məlumdur ki, başqırdların həyatında bir ərzaq kimi kumısın böyük əhəmiyyəti var. Onlar dəridən mehtərə (murtay), butulka (botlok), vedrə (baş künək) və başqa qabları böyük ustalıqla tikirlər. Bunların içərisində «haba» on çox tutumlu olub 6 ÷ 12 vedrə süd tutur. Başqırdlarda inək əmcəyinin dərisini emal etməklə qida məhsulu saxlamaq üçün düzəldilən dəri qab isə murzay adlanır.
Balaenoptera omurai
Balaenoptera omurai (lat. Balaenoptera omurai) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. Müstəqil növ olaraq 2003-cü ildə molyekulyar-genetik araşdırmalar nəticəsində müəyyənləşmişdir. Bu növün aşkarlanmasında yapon Hideo Omurinin (大村 秀雄) şərəfinə adlandırılmışdır. == Növün qeydə alınması == Növün təstiqlənməsi 20 noyabr 2003 ildə "Nature" jurnalında dərc olunmuşdur. Yapon zooloqları Siro Vada, Masayoki Oisi və Tadasu Yamada muzeylərdə olan Brayde zolaqlı balina və İden zolaqlı balina skeletlərini araşdırdıqdan sonra yeni növün aşkarlanmasını qeydə alırlar. 2015-ci ilin oktyabrında beynəlxalq araşdırmaçılar Madaqaskar sahillərində bir qrup Omuri balinasını aşkarlamışlar. Bu zaman ilk dəfə olaraq növün xüsusiyyətləri müəyyənləşdirilmişdir. == Areal == Əsasən Sakit okeanın Yaponiya adaları sahillərində yayılmışlar.
Murtaz Xurtsilava
Murtaz Xurtsilava (tam adı: Murtaz Kalistratoviç Xurtsilava, gürc. მურთაზ კალისტრატოვიჩი ჰურცილავა, translit. Murtaz K’alist’rat’ovichi Hurtsilava; Bandza kəndi, Gegeçqori rayonu, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ idman ustası (1962). SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1966). SSRİ-nin əməkdar idman ustası (1969).
Mustay Kərim
Mustay Kərim (1919-2005) — Başqırdıstanın xalq şairi. "Gənclik" nəşriyyatının çap etdiyi "Dağlar da insan kimidir" (redaktoru İ.Tapdıq) şerlər kitabı ilə Başqırdıstanın xalq şairi Mustay Kərim bizə daha da doğmalaşdı, poeziya süfrəmizin çox hörmətli qonağı oldu. İstedadlı şair Eyvaz Borçalı Mustaya məxsus rəngləri, boyaları, poetik dil duruluğunu çox yaxşı mənimsəyib tərcümə edə bilmişdir. Mustay Kərimin qələm dostu, şöhrət qonşusu, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri kitaba çox səmimi giriş sözü yazmışdır. Giriş sözündə deyilir: "Mən hər dəfə Mustay Kərimi düşünəndə o qənaətə gəlirəm ki, sənətkarın əsl böyüklüyünü təyin etmək üçün gərək onun doğma torpağına gedəsən, onu öz xalqı ilə təmasda görəsən". Doğrudan da Ufa, Dem, Ağ çay boyunca hərəkət edib, şairin öz dili ilə desək, xatirədə ağcaqayın yarpağına bənzəyən bərəkətli, məhsuldar başqırd torpağını gəzən adama elə gəlir ki, belə bir yerdə şair olmamaq mümkün deyil. Belə əlvan təbiətli, qonaqpərvər bir yerin şairi ancaq Mustay Kərim kimi geniş ürəkli, humanist və səxavətli olmalıdır. Onun şirin söhbətlərini dinlədikcə ölkənin fəqərə sütunu sayılan Ural dağlarının əzəməti ilə qarşılaşırsan; hiss edirsən ki, sənətkar da öz qələmi ilə neft çıxaranın qoluna qüvvət verir; Başqırdıstanın inkişaf eləmiş sənaye və kənd təsərrüfatı rayonuna çevrilməsində şeirin də payı var. Bu torpağın qüdrətini şer qədər duya və tanıda bilən ikinci bir qüvvə tapmaq çətindir. Şer başqırd torpağının elə təmiz, elə büllur, elə baş alıb gedən ağ çayıdır ki, heç bir relyef-sədd bu güc-qüvvənin qarşısında dura bilməz.
Nurtay Abıkayev
Nurtay Əbikay oğlu Əbikayev (qaz. Нұртай Әбіқайұлы Әбіқаев; 15 may 1947) — Qazaxıstanın dövlət xadimi, diplomat, general-mayor, iqtisad elmləri doktoru. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin çoxdankı dostu və köməkçisi və Qazaxıstan elitasını təşkil edən siyasi "klanlardan" birinin lideri kimi qəbul edilir . 15 may 1947-ci ildə Alma-Ata bölgəsi, Jambıl rayonunun Jambıl kəndində anadan olmuşdur. S. M. Kirov adına Ural Politexnik İnstitutunu (Sverdlovsk), Alma-Ata Ali Partiya Məktəbini, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1972-1976-cı illərdə Almatı Ağır Maşınqayırma Zavodunda mühəndis vəzifəsində çalışıb 1976-1988 — partiya və sovet işində 1988 — Qazaxıstan SSR Nazirlər Sovetinin sədrinin köməkçisi 1989-1990 — Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibinin köməkçisi 1990-1995 — Qazaxıstan Respublikası Prezidentinin və Baş nazirinin Baş Katibi, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının üzvü 1995 — Qazaxıstan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, eyni zamanda Danimarka, Norveç və İsveçdəki fövqəladə və səlahiyyətli səfiri 1996-cı ilin sentyabrında Qazaxıstan Respublikası Prezidentinin ilk köməkçisi vəzifəsində çalışır. 1998-1999 — Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri, general-mayor rütbəsidir. 2000-2002 — Qazaxıstan Xarici İşlər Nazirinin 1-ci müavini. 2002-ci ilin yanvarından — Qazaxıstan Respublikası Prezident Administrasiyasının rəhbəri 2004-cü ilin martında ikinci çağırış Qazaxıstan Respublikası Parlamenti Senatının sədri oldu. 12 fevral 2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi.
Omurğa cəzası
Ceyms Omura
Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton – 20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır. == Həyatı == === Müharibə dövrü === Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur. O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır. Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır. Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir. Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır. Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır. Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır.
Mutay Ulbaşov
Mutay Ulbaşov ( qaraç.-balk. Улбашланы Исмаилны жашы Мутай; 1 yanvar 1923-cü il Şaurdat, Çerek rayonu, KBMSSR - 9 dekabr 2005, Nalçik, Kabarda-Balkariya ) — rəqqas, baletmeyster, xoreoqraf. Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, RSFSR xalq artisti, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, "Kabardinka və "Assa" rəqs ansambllarının rəhbəri. Ulbaşov Mutay İsmayıl oğlu 1 yanvar 1923-cü ildə Şaurdat kəndində anadan olub. Milliyyətcə balkardır. 1933-cü ildə orta məktəbi bitirdikdən sonra Nalçikdə yerləşən Kabardino-Balkariya ansamblında rəqqas kimi fəaliyyətə başlayır. 1942-ci ilin iyul ayında 1943-cü ilin iyul ayına qədər Sovet ordusundan xidmət edib. Xidmətdən geri döndükdən sonra ansamblda fəaliyyətini bərpa edir. 1944-cü ilin mart ayında Qırğızıstan Sovet Sosialist Respublikasının Bişkek (o dövrdə Frunze) şəhərinə sürgün edilib. Bura gəldikdən sonra Qırğız filarmoniyasının rəqqas solisti olur.
Norio Omura
Norio Omura (d. 6 sentyabr 1969) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 30 oyun keçirib, 4 qol vurub.
Omura Sumitada
Omura Sumitada (大村 純忠, 1533, Naqasaki prefekturası – 23 iyun 1587) – Yaponiya tarixində xristianlığı qəbul etmiş ilk daymyo. Xristianlığa keçdikdən sonra özünə Bartolomeu adını götürmüşdür. Sumitadanın mənsub olduğu Omura ailəsi Kamakura dövründən etibarən Hizen əyalətinin Sonoqi bölgəsində məskunlaşmışdı. Sumitada 1533-cü ildə qonşu daymyo Arima Haruzuminin oğlu kimi doğulmuş, 1538-ci ildə Omura ailəsi tərəfindən övladlığa götürülmüşdür. O, ailədaxili müxalifətə baxmayaraq 1551-ci ildə ailənin başçısı olmuşdur. Yaxın qohumları ilə olan münaqişələrdən və gəlirinin azlığından narazı olan Sumitada daymyo statusunu gücləndirmək üçün portuqal tacirlərlə və yezuitlərlə əlaqələr qurmaq qərarına gəlmişdir. 1562-ci ildə ona məxsus olan Yokoseura limanında yezutilər üçün böyük imtiyazlar vermiş, bunun qarşılığında portuqallar illik ticarətlərini Hirado limanından bu limana yönləndirmişdirlər. 1563-cü ildə Sumitadanın xristianlığı qəbul etməsi səbəbilə başlayan üsyan zamanı Yokoseura limanı məhv edilmişdir. Lakin portuqallar 1571-ci ildən etibarən ona məxsus olan Fukuda və Naqasaki limanlarına gəlməyə başlamış, hətta Sumitadaya hərbi yardım göstərmişdirlər. O, 9 iyun 1580-ci ildə Naqasaki bölgəsini "daimi olaraq" Yezuitlər ordeninin ixtiyarına vermiş, onlara inzibati və məhkəmə gücü, hətta ölüm cəzası vermək hüququ qazandırmışdır.
Vayçiro Omura
Vayçiro Omura (1 yanvar 1933 - ?) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Şinci Muray
Şinci Muray (d. 1 dekabr 1979) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
A.E.Murray
Albert Edvard Mürrey (ing. Albert Edward Murray; 1935) — ABŞ botaniki. == Elmi fəaliyyəti == == Научная деятельность == Albert Edvard Mürrey toxumlu bitkilər üzrə ixtisaslaşıb.. == Əsərləri == Nuevas Combinaciones de Subespecies Asiáticas de Acer. «Morris Arboretum Bulletin». Murray, AE, AO Klein. Relationship between Photoconvertible & Nonphotoconvertible Protochlorophyllides. Plant Physiology 48: 383—388. 1971. == İstinadlar == == Ədəbiyyat == Prunus pojarkovii A.E.Murray in Kalmia, 1: 31 (1969).
Ivan Murray Johnston
Ayven Mürrey Jonston (ing. Ivan Murray Johnston (1898-1960)) - ABŞ botaniki. == Müəyyən etdiyi taksonlar == Fitzroya cupressoides Leucophyllum frutescens Astragalus sprucei Euplassa Euplassa occidentalis Fuchsia hypoleuca == Xarici keçidlər == Robert Jan 'Roy' van de Hoek: Restoration and Recovery for Elna Bakker, and Ivan Johnston. "R&R" for the Playa del Rey Frogs and Plants.
Ceyms Matsumoto Omura
Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton – 20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır. == Həyatı == === Müharibə dövrü === Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur. O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır. Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır. Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir. Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır. Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır. Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır.
Coffea arabica var. murta
Ərəb qəhvəsi (lat. Coffea arabica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qəhvə ağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Coffea arabica var.
Nirasaki Omura İncəsənət Muzeyi
Nirasaki Omura İncəsənət Muzeyi (韮崎大村美術館, Nirasaki Omura Bicutsukan) – Yaponiyanın Yamanaşi prefekturasının Nirasaki şəhərində yerləşən incəsənət muzeyi. Muzey Yaponiya biokimyaçısı Satoşi Omura tərəfindən yaradılmışdır. == Tarixi == Yaponiya biokimyaçısı, Nobel mükafatı laureatı Satoşi Omura insənəti sevən biri kimi tanınır. Onun "Omura kolleksiyası" 3000-dən çox əsərdən ibarətdir. O, doğulduğu Nirasaki şəhərində 27 oktyabr 2007-ci ildə öz incəsənət muzeyini yaratmış, 1 oktyabr 2008-ci ildə muzey binasını və incəsənət kolleksiyasını Nirasaki şəhərinin rəhbərliyinə bağışlamışdır. Muzey layihəsi Omuraya 500 milyon yenə başa gəlsə də, bunu "gənclərə investisiya" və doğulduğu şəhərə minnətdarlıq kimi təsvir etmişdir. 2015-ci ildə muzeydə Satoşi Omuranın Nobel mükafatını qazanması münasibətilə tədbir keçirilmişdir. 2 aprel 2016-cı ildə muzeyi ziyarət edənlərin sayı 100.000-ə çatmışdır. == Xüsusiyyətlər == İki mərtəbədən ibarət muzey binası Satoşi Omuranın uşaqlıqda yaşadığı evin yaxınlığında yerləşir. Muzeyin kolleksiyasına 2000-dən çox əsər daxildir.