Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əngren
Əngren (özb. Angren, Ангрен) — Özbəkistanın Daşkənd vilayətində şəhər. == Tarixi == Toponim ahəngəran sözündən olub, “dəmirçilər” mənasını daşıyır. Qədim Ahəngəran vadisində və eyni adlı çayın kənarında yerləşir. Şəhər 1942-ci ildə yaranıb. == Coğrafiyası == == Əhalisi == Şəhərin əhalisi 175,4 min nəfərdir (2014). == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Carach Angren
Carach Angren — Holland simfonik blək metal qrupu, 2003-cü ildə yaradılmışdır. Onların ilk EP albomu 2005-ci ildə "Ethereal Veiled Existence" adlı albomları olmuşdur. Bu mini EP albomdan sonra qrup 2007-ci ildə "Maddening Media" albom şikəti ilə müqavilə imzalayaraq, ilk studio "Lammendam" adlı albomlarını 2008-ci ildə çıxartdılar. Daha sonra onların ikinci albomu 26 fevral 2010-cu ildə "Death Came Through a Phantom Ship" adlı albomları olmuşdur. Bu albomdan sonra qrup Dark Funeral, Zonaria və Nefarium kimi qruplarla Avropa turlarına qatılaraq konsertlər də çıxış etmişdir.
Güngörən
Güngörən — İstanbul ilinin ilçəsi. İlçənin qərb hissəsi Paşaeli yarımadasında yerləşir. İstanbulun ən kiçik ilçəsidir. İlçənin sahəsi 8,39 km²-dir. 3 iyun 1992-ci ildə ayrıca ilçə adını qazanan Güngörən, şərqdə Zeytunburnu, cənubda Əsənlər və qərbdə Bağçalıevlər ilə qonşudur. 11 məhəllədən ibarət ilçəyə bağlı kənd yaşayış məntəqələri yoxdur. == Tarixçəsi == === Bombalı terror aktı === 27 iyul 2008-ci ildə ilçədə iki bomba hücumundan sonra 17 nəfər ölmüş, 154 nəfər yaralanmışdır. Hücumlardan istifadə edilən bombaların RDX (plastik partlayıcı) olduğu bildirilsə də, hadisələrdə TNT-dən istifadə edilmişdir. PKK bu partlayışlardan sonra şübhəli bilindi. Kongra-Gel terror hücumlarının, PKK tərəfindən həyata keçirilmədiyini iddia etdi.
Zolgörən
Zolgəran — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan dilinin dialektlərində zol "gön parçası", zola isə "yoğun ağac, tir" mənalarında işlənir. Kəran toponimik termin olub "kənd" mənasını ifadə edir. == Əhalisi == Əhalisi 300 nəfərdir. == Coğrafiyası və iqlimi == Zolkəran kəndi Qarabağ düzündədir. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı ilə Tərtər rayonu Zolgəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
Anqren
Əngren (özb. Angren, Ангрен) — Özbəkistanın Daşkənd vilayətində şəhər. == Tarixi == Toponim ahəngəran sözündən olub, “dəmirçilər” mənasını daşıyır. Qədim Ahəngəran vadisində və eyni adlı çayın kənarında yerləşir. Şəhər 1942-ci ildə yaranıb. == Coğrafiyası == == Əhalisi == Şəhərin əhalisi 175,4 min nəfərdir (2014). == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Ağörən
Ağörən (Dərəçiçək), Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. Ağörən (Konya) — Konya ilinin bir ilçəsi.
Onqon
Noren
Noren (暖簾) – otaqda və ya girişdə asılan ənənəvi yapon pərdəsi. Müxtəlif ölçüləri və formaları mövcuddur. == Tarixi == Norenlər ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Belə ki, noren qışda istiliyi saxlamaq, yayda isə evi sərinləşdirmək üçün istifadə olunan alət idi. Muromaçi dövründən etibarən iş yerlərinin giriş hissəsini toz, topraq, pis qoxu və tüstüdən qorumaq üçün noren asılmağa başlanmışdır.Edo dövründə müştərilər restorandan çıxarkən əllərini norenə sürtüb təmizləyirdilər. Noren nə qədər çirkli idisə, restoran bir o qədər yaxşı və bol müştərisi olan restoran hesab olunurdu. Noren üzərindəki simvollarla birlikdə dükkan sahibi üçün reputasiya simvoluna çevrilmişdir. Dükkan işçisi öz dükkanını açarkən çalışırdı ki, keşmiş iş yerinin mötəbərə norenindən istifadə etsin. Dükkan sahibinin bu icazəni verməsi həm işçi üçün fəxr hesab olunurdu, həm də işçi ilə dükkan sahibi arasındakı əlaqəni təmsil edirdi.Norenlər Tayşo dövrünə qədər geniş şəkildə istifadə olunsa da, iş yerlərinin qərbləşməsi nəticəsində öz əhəmiyyətini itirmişdir. Hazırda norenlər yapon üslubunda olan dükkan və restoranlarda istifadə olunur.
Ağörən (Dərəçiçək)
Ağörən, Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Ağörən kəndi İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda Dəllər çayının sahilində, Zəngi çayının sağ sahilində, Zəncirli dağının ətəyində, Ərzəkənd kəndindən 10 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftər»ində qeyd edilmişdir. Erməni mənbələrində Ağverən kimi qeyd edilir. Əhalisi yalnız azərbaycanlılardan ibarət bu kənddə 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 243 nəfər, 1886-cı ildə 302 nəfər, 1897-ci ildə 307 nəfər, 1908-ci ildə 416 nəfər, 1914-cü ildə 762 nəfər, 1916-cı ildə 390 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərafindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 129 nəfər azərbaycanlı yaşamışdır. 1926-cı ildə bu kənddə ermənilər yerləşdirilmişdir. 1966-cı ildə azərbaycanlılar bu kənddən zorla Azərbaycana köçürülmüş, kənd ləğv edilərək istirahət zonasına çevrilmişdir.
Ağörən (Konya)
Ağörən — Konya ilinin bir ilçəsi.
Maqdalena Oqorek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Monmoren (Yuxarı Alplar)
Monmoren (fr. Montmorin, oks. Montmaurin) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05088. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 89 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 54 yaşda (15-64 yaş arasında) 26 nəfər iqtisadi fəal, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 48,1%, 1999-cu ildə 46.5%). Fəal olan 26 nəfərdən 23 nəfər (15 kişi və 8 qadın) işləyir, 3 kişi işsizdir.
Onore Domye
Onore Viktoren Domye (fr. Honoré Victorin Daumier; 26 fevral 1808[…], Marsel[…] – 10 fevral 1879[…], Valmondua[…]) — fransız qrafiki, boyakar və heykəltəraşı, XIX əsrin ən böyük siyasi karikatura ustalarından biri. == Həyat və yaradıcılığı == Onore Viktoryen Domye 26 fevral 1808-ci ildə Marsel şəhərində anadan olmuşdur. 1814-cü ildə ailəsi ilə birlikdə Parisə gəlmişdir. 1822-ci ildən A.Lenuarın emalatxanasına və Süis akademiyasına getmiş, Luvrda qədim sənətkarların yaradıcılığını öyrənmişdir . 1820-ci illərdə litoqraf J.M.Beliarın assistenti olmuş, kiçik nəşriyyatlar üçün vinyetkalar, titul səhifələri və s. işləmişdir. Domyenin siyasi karikatura ustası kimi formalaşmasında 1830-cu il inqilabının böyük təsiri olmuşdur. == Qalereya == == Ədəbiyyat == Калитина Н. Н. Домье. М., Искусство, 1955.
Onqon Xan
Onqon Xan - türk və altay mifologiyasında bərəkət ilahı. Bolluq və bərəkətin qaynağıdır. Qıtlıqları aradan qaldırar. Əkinlərin bərəkətli olmasını təmin edər. Onun istəyilə başaklar birə doqquz verirlər. Onqon sözünün türk dilində geniş şəkildə istifadə edilən və bir-biriylə yaxından əlaqəsi olan iki mənası vardır. Nəslindən gelindiği düşünülən və hörmət edilən, müqəddəs qəbul edilən heyvan, obyekt və ya varlıq. Müqəddəs heyvan və onun fiquru. Hər boyun fərqli bir müqəddəs heyvanı və onu işarələyən bir ongunu vardır. Bərəkət və uğur gətirdiyinə inanılar.
Fraqonar Jan Onore
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras, Dənizkənarı Alplar – 22 avqust 1806[…], Paris[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. == Həyatı == 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. == Əsərləri == "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.
Jan Onore Fraqonar
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras, Dənizkənarı Alplar – 22 avqust 1806[…], Paris[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. == Həyatı == 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. == Əsərləri == "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.
Onore de Balzak
Onore de Balzak (20 may 1799[…], Tur, Birinci Fransa Respublikası[…] – 18 avqust 1850[…], Paris, İkinci Fransa Respublikası[…]) — XIX əsr görkəmli fransız yazıçı-dramaturqu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Yaradıcılığı == Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri — "Bəşəri komediya" və ya "İnsan komediyası" (La Comédie humaine) adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Bu epopeyaya "Şaqren dərisi", "Yevgeniya Qrande", "Qorio ata", "Sezar Biroto", "İtirilmiş illüziyalar" Vadidəki Zambaq və digər romanlar daxildir.Yazdığı yüzdən artıq roman və pyesləri birlikdə "İnsan komediyası" (La Comédie humaine) adı altında tanınır. Bu əsərlər toplusu və ya seriyası 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırır. Digər fransız yazıçısı Qustav Flober ilə birgə Avropa ədəbiyyatında realizm məktəbinin əsasını qoymuşdur. Balzakın pyesləri bir qayda olaraq oxucuda gülüş doğurmaqla yanaşı, aydın ifadə olunmuş rəngarəng obrazlar və pərdələrdəki hər bir səhnənin nəfis təsviri tamaşaçıda xüsusi maraq oyadır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Sent-Onore (İzer)
Sent-Onore (fr. Saint-Honoré) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38396. Kommunanın 1999-cu il üçün əhalisi 779 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 895 ilə 2384 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 27 km cənubda yerləşir.