Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maşınlar
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.) Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Özügedən avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
Hidravlik maşınlar
Hidravlik maşınlar (və ya hidromaşın) daxilindən keçən mayeyə mexaniki enerji verir (nasos), ya da mayenin enerjisinin bir hissəsini götürərək faydalı iş üçün işçi maşının hidromühəriklər valının fırlanma hərəkətinə çevirirlər. Hidravlik maşınlara həcmi və pərli nasoslar, həcmi və pərli hidromühərriklər, hidroötürmələr aiddirlər. Həcmi maşınlar tsiklik olaraq maye nəql edən boru ilə əlaqədə olan işçi kameraların dəyişməsi ilə işləyir. Buna misal olaraq porşenli nasosu və hidromühərriki göstərmək olar. Pərli hidromaşınların işçi üzvləri üzərində pərlər bərkidilmiş fırlanan çarxdan ibarətdir. Enerjinin mayedən işçi çarxa və ya əksinə keçməsi çarxın pərlərinin axan maye ilə dinamik qarşılıqlı təsiri nəticəsində baş verir. Pərli hidravlik maşınlara mərkəzdənqaçma və vintli nasoslar, hidroturbinlər aiddirlər.Bunlar da hidravlik maşınların daha da təkminləşməsinə imkan yaradır.Bunlardan daha çox fizikada istifadə edlir. == İstinadlar == Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
Maşınlar 2
Maşınlar 2 (ing. Cars 2) — Pixar Animation Studios tərəfindən 2011-ci ildə hazırlanmış animasiya filmi. Bu 2006-ci ildə işıq üzü görmüş "Maşınlar" filminin davamıdır.
Maşınlar (film)
Maşınlar (ing. Cars) — Pixar Animation Studios tərəfindən 2006-cı ildə hazırlanmış animasiya filmi. Film Disney şirkəti 2006-cı ilin yanvarında satın almadan əvvəl Pixar-ın son müstəqil istehsalı idi. Filmin rejissoru Con Lasseterdir. “Maşınlar” filmindəki bütün personajlar insanabənzər, danışa bilən nəqliyyat vasitələridir. Film Şimşək Makkuin adlı lovğa bir yarış avtomobilindən bəhs edir. O, ən vacib yarışa gedərkən “Radiator Springs” adlı kiçik bir şəhərcikdə ilişib qalır. Orada o, təvazökarlığın və başqalarına hörmət göstərməyin vacibliyini dərk edir. 1998-ci ildə “Bir böcəyin həyatı” cizgi filminin istehsalı başa çatdıqdan sonra “Maşınlar” adlı yeni layihənin hazırlanması prosesi başladı. Filmin ilkin konsepsiyası “Sarı avtomobil” adlanırdı.
Elektron Hesablayıcı Maşınlar zavodu
Elektron Hesablayıcı Maşınlar zavodu — Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəsisə. == Tarixi == Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılmış, tikintisi 1972-1986-cı illərdə aparılmışdır. 1993–2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir. == Fəaliyət sahələri == Elektron Hesablayıcı Maşınlar zavodu yaradıldığı zaman vahid seriyalı (EC-1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və elektromexaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmışdı. Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyət istiqamətləri aşağıdakılardır: Elektron aparatların və qurğuların istehsalı Elektromexaniki və mexaniki qurğuların istehsalı Elektrik avadanlıqlarının istehsalı Elektrotexniki qurğuların və su təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı Lokomotivlərin avtomatik bloklarının istehsalı Sənaye və məişət cihazlarının istehsalı Ağac emalı Texnoloji tərtibatların və alətlərin hazırlanması == Texnoloji imkanları == Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir: Mexaniki yığma sahəsi: müxtəlif materiallardan olan detalların mexaniki emalı dairəvi şlifləmə qaz mühitində yarımavtomat qaynaqlama Karkas ştamplama və qaynaqlama: pressləmə soyuq ştamplama arqon-qövs qaynağı qövs qaynağı qaz qaynağı Metalların, alətlərin və tərtibatların termiki emalı Əlvan metalların, rezin və plastik kütlələrin tökülməsi və emalı Ağac emalı Qalvanik emal: misləmə kimyəvi oksidləmə sinkləmə xromlama anodlama passivləşdirmə Lak-boya ilə örtükləmə. Alət istehsalı: ştampların və pres qəliblərinin istehsalı alət və tərtibatların hazırlanması Qeyri-standart avadanlıqların hazırlanması Metroloji nəzarət: zərbə və rəqsi sınaq parametrlərinin təyin edilməsi elektrik və radioelektrik ölçmələri kütlə, qüvvə və təzyiq ölçmələri sürət, təcil və zaman ölçmələri iqlim və metroloji sınaqlar.
Maşınlar 2 (cizgi filmi, 2011)
Maşınlar 2 (ing. Cars 2) — Pixar Animation Studios tərəfindən 2011-ci ildə hazırlanmış animasiya filmi. Bu 2006-ci ildə işıq üzü görmüş "Maşınlar" filminin davamıdır.
Hesablama maşınları
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir. Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi. 1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı. Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi.
Torna maşınları
Elektron hesablama maşınları
Kompüter (əvvəlki yazılışı: kompyuter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompyuterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
Masonlar
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Avropa Yük Maşınları Yarışı Çempionatı
FIA Avropa Yük Maşınları Yarışı Çempionatı ― Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təsdiqlənmiş və ETRA Promotion GmbH tərəfindən təşkil edilən tırlar üçün nəzərdə tutulmuş motorsport növündə olan yol yarışları seriyasıdır. == Çempionlar == === 1985–1993 === === 1994–2005 (FIA European Cups) === === 2006–indiyə qədər (FIA Avropa Çempionatı) === ==== Goodyear Yük Maşınları Kuboku ==== 2017-ci ildən seriya müntəzəm sürücülər çempionatı çərçivəsində Goodyear Yük Maşınları Kuboku yarışlarını keçirməyə başlamışdır.
Yol maşınları yola çıxır (film, 1990)
== Məzmun == Elmi-kütləvi film Mingəçevir Maşınqayırma zavodunda şose yollarının çəkilişində istfadə olunan texnikanın istehsalından bəhs edir. == Film haqqında == Film "Azərbaycan Yol Maşınları" İstehsalat Birliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Rafiq Məmmədov, Nemət Rzayev Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov == Sponsor == "Azərbaycan Yol Maşınları" İstehsalat Birliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Elektron Hesablayıcı Maşınları İstehsalatı İdarə edir (1982)
Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (film, 1982)
Özündən getmə
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Latınlar
Latınlar (lat. Latini) italik qrupuna aid faliskerlərə qohum olan e.ə. I minillikdə indiki İtaliyanın ərazisinə məskunlaşmış dili sabin, umbr və osk dillərinə yaxın bir xalq. Latınlar qədim Roma xalqının və roman xalqlarının etnogenezində əsas rol oynamışlar. Latınların tarixi yaşadığı ərazi Laçium göstərilir. Roma İmperiyası dövründə latınların dili dünyəvi dilə çevrilmişdir. Latın xalqı sonradan tamamilə məhv olmuşdur.
Laçınlar
Laçınlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xəlfəli kənd Sovetindən Laçınlar kəndi Qeybalı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini qonşu Xəlfəli kəndindən köçüb gəlmiş Laçın adlı şəxs saldığı üçün belə adlanmışdır. Kənd sakinlərinin dediklərindən məlum olur ki, XIX əsrdə burada Laçın Məmməd adlı şəxs yaşamışdır. Kənd laçınlar nəslinin adını daşıyır. Nəslin adı isə Azərbaycan dilində "vuran, tutan", "dəliqanlı, qoçaq" mənalarında işlənən Laçın sözundəndir. Dilimizdəki Laçın oğlan ifadəsi də bu mənalarla bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Xəlfəliçayın sahilində yerləşir.
Mamırlar
Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20–30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir.
Qadınlar
Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır. == Qadın tarixi == İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngilis sözü olan History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər, lakin bu məcburi deyildir. 2009-cu ilin yanvar ayından etibarən dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın əhali 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır. ===== Siyasət ===== Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir.
Sadınlar
Sadınlar — Azərbaycan Respublikasının Laçın rayonu Sadınlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Sadınlar kəndi Hacılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sadınlar kənd Soveti yaradılmışdır. == Tarixi == Tarixçi alim, professor Ziyadxan Nəbibəylinin araşdırmalarına görə (Z.Nəbibəyli. "Zəngəzurun altun tacı Laçın". Bakı-2009) Sadınlar kəndinin sakinləri en qədim türk xalqları olub.Adı lap qədim türk tayfası olan Sodok tayfasının adından götürülmüşdür. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası və iqlimi == Sadınlar kəndi Laçın şəhərindən 45 km qərbdə, Qara göl silsiləsinin şərq ətəklərində, 39 dərəcə 39 dəq 12 san şimal en dairəsində, 46 dərəcə 20 dəq 52 san şərq uzunluğunda Sadınlar dərəsi adlanan böyük bir dərədə, uca dağların əhatəsində dəniz səviyyəsindən 1590 m yüksəklikdə, yaylaq yollarının üstündə əsrarəngiz bir guşədə yerləşir. Qarıqışlaq, Quşçu, Hacılar və Ermənistanın Xoznavar kəndi ilə həmsərhəddir. Kənddən 5 km qərbdə Qoşnavr (Qoşanohur) Yaylağı, ona bitişik Qaraçılar düzü,Quru dərə,Novlu bulaq,Qaragöl Sadınlar əhalisinin yaylaq yerləridir. Kəndin orta illik temperaturu 17-23 dərəcə arasında dəyişir.
Maronlar
Maronlar (fr. les Marrons, "vəhşilik, vəhşi vəziyyətə qayıtmaq") — Qərb yarımkürəsində baş tutmuş Avropa müstəmləkəçiliyi mərkəzlərindən uzaqda yerləşən ucqar dağlıq regionlarda əsrlər boyu yarımköçəri və praktiki olaraq müstəqil həyat tərzi sürən qaçaq qaradərili qulların və onların qarışıq mənşəli törəmələrinin (mulatlar, sambolar) xüsusi icmalarının nümayəndələri. Onlar tez-tez yerli xalqlarla qarışaraq, nəticədə ayrı-ayrı kreol mədəniyyətlərinə çevrilirdilər. Maron fenomeni ən çox XVI–XVII əsrlərdə Karib dənizində (Vest-Hind, Antil adaları) geniş yayılmışdır, sonra XVIII–XIX əsrlərdə digər ərazilər inkişaf etdikcə maronlar Missipi bataqlığı, Florida, And dağları, Braziliya sertanı, Qviana və Surinam kimi daha əlçatmaz kontinental ərazilərə köçmüşdür. Burada maron yaşayış məntəqələri hələ də davam edir. Maronlar adətən dəniz quldurları ilə əməkdaşlıq edir, yemək ələ keçirmək üçün avropalıların nəzarətində olan yaşayış məntəqələrinə basqınlar həyata keçirirdi, lakin eyni zamanda özləri də qaçaqları geri qaytarmaq istəyən Avropa hakimiyyət orqanları, ordu və polis tərəfindən davamlı nəzarət obyektinə çevrilmişdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == History of the Maroons Russell Banks (1980), The Book of Jamaica. Campbell, Mavis Christine (1988), The Maroons of Jamaica, 1655–1796: a history of resistance, collaboration & betrayal, Granby, Mass.: Bergin & Garvey. ISBN 0-89789-148-1 Corzo, Gabino La Rosa (2003), Runaway Slave Settlements in Cuba: Resistance and Repression (translated by Mary Todd), Chapel Hill: University of North Carolina Press. ISBN 0-8078-2803-3 Dallas, R. C. The History of the Maroons, from Their Origin to the Establishment of Their Chief Tribe at Sierra Leone.
Aşıqlar
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Balaca qadınlar
Balaca qadınlar — Luiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar. == Məzmun == Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir.
Macarıstanda qadınlar
Macarıstan qadınları xüsusilə son 200 ildə Macar cəmiyyətinin formalaşmasında böyük rol oynadılar. Macarıstan qadının imicinin meydana gəlməsinə qatqılar din (Roma katolikizmi, lüteranlıq, kalvinizm və qismən pravoslav), tarixin (kommunist ideologiyasının) gedişi və Macarıstanın Avropaya inteqrasiyası yolu ilə edildi. Hal-hazırda Macarıstan gender bərabərsizliyi indeksi üzrə 42-ci yeri tutur; qadınlar Macarıstan parlamentində orta hesabla 10,1% yer tutur; 25 yaşı olan qadınların 93,2% -i orta təhsilli, 57,8% -i isə rəsmi olaraq işləyir. Qlobal Cins Gap Hesabatı sıralamasında Macarıstan 87'ci sırada qərarlaşıb. == I Dünya müharibəsindən əvvəl == 1817-ci ildə, Macarıstanda, ilk qadın təşkilatı olan Peshtera Qadın Xeyriyyə Cəmiyyəti yaradılmışdır. Əsrin sonuna qədər ölkədə bir neçə yüz belə təşkilat var idi ki, onların siyasi çəkisi formalaşmamışdı. XIX əsrin ortalarında qadınlar orta təhsil almaq hüququ əldə etmiş, 1895-ci ildə isə universitetlərdə fəlsəfə, səhiyyə və dərman preparatları öyrənməyə icazə verilmişdir. Hüquq müdafiəçiləri Avstriya-Macarıstanda qadınların hüquqlarını genişləndirdilər. 1904-cü ildə Rozika Schwimmer, Macarıstanda Feminist Birliyi quraraq, qadınlara seçmə hüquqlarının verilməsi üçün üç dəfə parlamentə uğursuz müraciət təqdim etdi. Qadınların səsvermə hüququ üçün, 1910-cu ildə kişilərin liqası, 1913-cü ildə isə Suffragemets Beynəlxalq Qadınlar İttifaqının VII qurultayı Budapeştdə keçirilmişdir.
Qadınlar (roman)
Qadınlar — Amerikalı şair və nasir Çarlz Bukovskinin çoxsaylı cinsi macəralardan bəhs edən üçüncü romanıdır. == Məzmun == Burada, 1 nömrəli fəsildə ilk qadın personaj görünür, Lidiya Vance. Qəhrəman dəqiq vaxtı xatırlaya bilmir, lakin iddia edir ki, onlar təxminən altı il əvvəl, rəvayətçi poçt şöbəsindəki işindən çıxanda tanış olublar. Lidiya ilə tanışlıq Los-Ancelesdəki kitab mağazasında keçirilən ilk şeir oxunuşlarında baş verdi və münasibətlər bir neçə gün davam etdi və sonra yazıçı Vancenin evinə dəvət edir. Henri və Lidiya romanının təsviri — fırtınalı, seks, qalmaqallar, çoxsaylı ayrılıqlar və görüşlərlə doludur, kitabın demək olar ki, üçdə birini (əvvəlindən otuz ikinci fəsil daxil olmaqla) tutur. Onların münasibətlərinin inkişafı zamanı isə baş qəhrəmanın cinsi fəaliyyəti təkcə bir Vansla məhdudlaşmır, onun yatağına daha altı qadın nümayəndə girir. Roman Henrinin Saraya zəngi ilə bitir.
Monteneqroda qadınlar
Monteneqroda qadınlar — cəmiyyətin həyatında mühüm rol oynayırlar. Müasir cəmiyyətdə bir əsr əvvəlki vəziyyətlə müqayisədə qadınlara qarşı daha hörmətli bir münasibət var. == tarix == Monteneqro cəmiyyətindəki qadınların rolunun ən erkən təsvirlərindən biri The New York Times tərəfindən 5 noyabr 1880-ci ildə verilmiş və istehza ilə qeyd etmişdir ki, qadınlar və kişilər bu sahədə işlərini bərabər bölüşsələr də, keçişlər zamanı qadın özü ilə ərinin gətirdiyi hər şeyi daşıyır. Üstəlik həmin qəzetin yazdığına görə qadınlar evi idarə edir, parça toxuyur və sap əyirirdilər. Hollandiyalı yazıçı Henri van der Mandere Monteneqro cəmiyyətindəki qadınların rolunu daha da tənqid edir: arvadın praktik olaraq gücsüz olduğunu və ərindən sonra yükü daşımaq məcburiyyətində olduğunu, qızının isə iradəsinə tabe olmaq məcburiyyətində qaldığını iddia edir. Kişilərlə bir masa arxasında oturmasına icazə verilməyən bir qadını kölə və yük heyvanına bənzədir. Monteneqrolu qızların gözəlliyi arvad olduqları zaman əriyirdi. Antropoloq Zorka Miliçə görə bir qadına münasibət onun neçə oğul və qız övladına sahib olmasından da asılı idi: çox oğlu olan qadınlara hörmət edilirdi. Yuqoslaviya Xalq Qurtuluş müharibəsindən sonra qadınlara orta və ali təhsil almaq, ictimai və siyasi həyatda iştirak etmək və s. hüquqlar verildikdən sonra vəziyyət dəyişir.
Qaçqın qadınlar
Qaçqın qadınlar — müharibə, təbii fəlakət və başqa səbəblərə görə yaşadığı yeri tərk etmiş qadınlar. Onlar miqrasiya təcrübəsinin hər mərhələsində gündəlik həyatda genderlə bağlı problemlərlə üzləşirlər. Digər demoqrafik məlumatlardan asılı olmayaraq bütün qaçqın qadınlar üçün ümumi problemlər səhiyyə və fiziki zorakılığa çıxışdır və ayrı-seçkilik, cinsi zorakılıq və insan alveri halları ən çox rast gəlinən çətinliklərdir. Buna baxmayaraq, qadınlar bu cür hallarda zərərçəkən olmasalar belə, onlar tez-tez öz xüsusi ehtiyaclarına və təcrübələrindən sui-istifadə və etinasızlıqla üzləşirlər. Bu, demoralizasiya, damğalanma, əqli və fiziki sağlamlığın pozulması kimi mürəkkəb nəticələrə gətirib çıxarır. Beynəlxalq humanitar yardım təşkilatlarından müvafiq resurslara çıxışın olmaması dünyada üstünlük təşkil edən gender fərziyyələri ilə daha da ağırlaşır, baxmayaraq ki, gender meynstriminqində son dəyişikliklər bu ümumi cəhətlərlə mübarizə aparmaq məqsədi daşıyır. == Səhiyyə == Qaçqın qadınların üzləşdiyi sağlamlıq problemləri susuz qalma və ishaldan tutmuş yüksək hərarət və malyariyaya qədərdir. Onlar həmçinin, gender əsaslı zorakılıq və ana sağlamlığı kimi daha geniş əhatəli hadisələri əhatə edir. Qaçqın qadınların ölümünün əsas səbəbləri arasında qida çatışmazlığı, ishal, respirator infeksiyalar və reproduktiv ağırlaşmalar var. Qaçqın qadınların sağlamlıq problemləri onların fiziki, əqli və sosial rifahı da daxil olmaqla müxtəlif amillərdən təsirlənir.
Yarpaqlı mamırlar
Yarpaqlı mamırlar (lat. Bryopsida) — mamırkimilər şöbəsinə aid bitki sinfi. Yarpaqlı mamırlar sinfi mamırların 95 %-ni əhatə edən böyük sinfidir. Bu sinfə demək olar ki, dünyanın hər yerində bitən 11500-ə yaxın növ daxildir. == Təsnifatı == Əvvəllər Bryopsida qrupuna bütün mamırlar aid edilirdi. Hazırda bu, bir qədər məhdudlaşdırılıb.
Yaşıl mamırlar
Bryaceae (lat. Bryaceae) — bitkilər aləminin mamırkimilər şöbəsinin yarpaqlı mamırlar sinfinin yaşıl mamırlar dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 17 cinsə aid 1300-ə yaxın növ daxildir.
Çində qadınlar
Çində qadınların həyatı, son Tzin sülasənin islahatları, Cümhuriyyət dövründəki dəyişikliklər, Çin Vətəndaş Müharibəsi və Çin Xalq Respublikasının yüksəlişi səbəbindən əhəmiyyətli dərəcədə dəyişildi. Qadınların azadlığına nail olmaq, ÇXR-nin başlanğıcından bəri Çin Kommunist Partiyasının gündəmindədir. Mao Zedong məşhur sitatda demişdir "Qadınlar səmanın yarısını tuturlar." 1995-ci ildə Çin Kommunist Partiyasının baş katibi Tsyan Tsemin gender bərabərliyini rəsmi dövlət siyasəti əsasında həyata keçirdi. Çin daha böyük gender bərabərliyini əldə etməkdə olduqca müvəffəq olsa da, qadınlar kişilərlə müqayisədə daha aşağı bir status almışdı. == Qadın və ailə == İnqilabdan əvvəl Çində ənənəvi evlilik fərdlər arasında deyil, ailələr arasında bir müqavilə idi. Gələcək bəy və gəlinin valideynləri, iki ailə arasındakı ittifaqa əsaslanaraq nikah qururdular. Həyat yoldaşı seçimi sevgi və cazibə deyil, ailə ehtiyaclarına və potensial həyat yoldaşının sosial-iqtisadi vəziyyətinə əsaslanırdı. Qadının rolu ərinin sosial vəziyyəti ilə bir qədər dəyişsə də, adətən onun əsas vəzifəsi soyadını davam etdirmək üçün bir oğul təmin etmək idi. Evlilik təşkili bir gəlin qiyməti, gəlinin ailəsinə veriləcək hədiyyələr və gəlinin ailəsindən yeni evində istifadə etmək üçün bəzən paltar, mebel və ya zinət əşyaları ilə danışıqları əhatə edirdi. Bir qadının evliliyi üçün pul təzminatı mübadiləsi, satın alma nikahlarında da istifadə edildi.
Qadınlar sultanlığı
Qadınlar sultanlığı (osman. قادينلر سلطنتى) — Osmanlı imperiyasında, hasəki sultanların, ana sultanların və ya xanım sultanların ( Mihrimah Sultan, Fatma Sultan və ya Kösəm, Səfiyyə Sultan nümunələrində olduğu kimi Böyük Ana sultanların) dövlət idarəçiliyinə müdaxiləsi, Osmanlı imperiyasını şəxsən idarə etdikləri dövrə verilən addır. Dövr, Qanuni Sultan Süleyman dövründə başlamış və 1656-cı ildə Körpülü Mehmed Paşa baş vəzir olana qədər davam etmişdir. == Ümumi məlumat == Qadın sultanlığı anlayışı ilk dəfə Osmanlı tarixçisi Əhməd Rəfiq Altınay tərəfindən 1916-cı ildə eyni adla nəşr olunan məşhur tarix kitabında istifadə edilmişdir. Lesli Pirs, ingiliscə versiyası 1993-cü ildə nəşr olunan Harem-i Hümayun: Suverenity and Women in Ottoman Empire adlı kitabında qadın sultanlığı anlayışını özündə əks etdirməklə, bu mövzuda xeyli anlaşılmazlıqların olduğuna diqqət çəkir. Bu anlaşılmazlıqlardan biri, qədim köklərə malik inanc, qadınların dövlət idarəçiliyinə cəlb edilməsinin Osmanlı imperiyasına zərəri fikridir. Lesli Pirs öz kitabında yazır ki, Hacı Mustafa Sunullah Əfəndi hələ 1599-cu ildə qadınların dövlət işlərinə qarışmasından şikayətlənmişdi. O zamandan sonra Osmanlı imperiyasının Qanuni Sultan Süleymandan sonra başlayan durğunluq və tənəzzülün qadınların dövlət işlərinə qarışmasından qaynaqlandığı fikri geniş vüsət almış, qadınların hökmranlıq dövrü ictimaiyyət və tarixçilər arasında mənfi qarşılanmağa başlanmışdır. Ancaq bu da həqiqətdir ki, qadınların səltənəti 1656-cı ildə başa çatsa da, Osmanlı imperiyasının süqutu səngimədi, əksinə, daha da sürətləndi. Əslində, Lesli Pirs və İlbər Ortaylı da daxil olmaqla bir çox Osmanlı tarixçisi Osmanlı imperiyasının əsl zəifləmə dövrünün 1683-cü il, Vyana döyüşündəki uğursuzluğundan sonra başladığına inanırlar və buna görə də yazılarında Osmanlı imperiyasının dağılmasında qadınların hökmranlığının məsuliyyət daşımadığına işarə edirlər.
Pasianlar
Pasianlar — indiki Ermənistanın Türkiyə ilə həmsərhəd zonalarında yaşamış digər türkdilli tayfa yunan və erməni mənbələrində pasian və basian kimi də qeyd olunmuşdur. İlk dəfə eradan əvvəl IV əsr yunan müəllifi Ksenofont pasianlar haqqında məlumat vermişdir. Pasianların orada məskunlaşması eradan əvvəl IV əsrdən qabağa aiddir. Ksenofontun pasianlarla qonşuluqda skiflərin (yəni sakların) yaşaması haqqındakı məlumatına görə güman etməyə əsas var ki, pasianlar məhz eradan əvvəl VII əsrdə saklarla gəlmişlər və bəlkə də elə sakların bir hissəsidir. Qeyd olunmalıdır ki, pasian etnonimi qədim yunan dilində "ç" səsi olmadığına görən paçian kimi nəzərə alınmalıdır ki, bu da qədim türkdilli paçana (peçeneq) tayfasının adıdır . Pasianlar indi Türkiyəyə daxil olan Qars, Sarıqamış, Arpaçay, Kaqızman və Sürməli ərazisində yaşayırdılar . Bu tayfanın adı ilə Araz çayının yuxarı axarını yunan müəllifləri Fasis (əslində Paçis) adlandırmışlar. Məhz bu etnonimlə əlaqədar olaraq orta əsrlərdə Ermənistanda Göyçə gölündən axan Zəngiçay (Axuryan) çayının sahilində Beçni, Beçini (Peçene) adlı qala mövcud idi. "Kitabi-Dədə Qorqud" eposundakı Bay Becan şəxs adı və Pasinuk toponimi məhz həmin Pasian (Paçian) etnonimini əks etdirir. Eradan əvvəl II əsrdə isə, V əsr erməni tarixçisi Moisey Xorenskiyə görə, Basian əyalətinə Şimali Qafqazdan bulqarlar köçüb gələrək məskunlaşmışlar.
Qasımlar
Qasımlar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Bu kəndin əvvəlki adı Kilisə idi. Kəndin ərazisində qədim alban kilsələri olduğuna görə belə adlanırdı. 1992-ci ildə kəndin adı dəyişdirilib.Kənd əhalisi Əfşarların Qasımlı qoluna mənsubdur. == Yaylaqlar == Behbud bəyin Ağqayası yurd, Sudəyənqaya yurdu, Şahnəzər yurdu, Qonur yurd, Baxacaq yurd. == Bulaqlar == Pir bulaq, Cahanın bulağı, Qoluqırıq bulaq, Qaçaqların dərəsində Şırran bulaq, Fürüsün bulağı, Yarpızlı bulaq. == Məşhur yerlər == Əkinlər, Dikinyer, Kalafalı tala, Armudluq, Biçənəklər, Nəcəfölən, Gərdən, Motalyolu, Məşədi Şamil taxta qıran çüxur, Uzuntala, Cahanlıq, Bənövşəli güney, Qozludərə, Dəlikdaş, Ağqayanın üstü, Kilsənin dərəsi, Kilsə çayı, Qara qaya, Gicitkənli çüxur, Köhnə kənd yeri, Əkinlər tayı, Yaxşıyazılan daş, Çüxurlar, Pöhrəlik, Avdının dam yeri, Kərimin dəyirman yeri, Palçıqlı yurd, Başıəvəlikli, Göy qumluq. == Binələr-Qışlaqlar == Sədrin binəsi.
Sasanlar
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı == Tarixi == 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Massonlar
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Pasinlər
Pasinlər Ərzurum vilayətində yerləşən bir rayondur. Pasinlərə regionda Həsənqala da deyirlər. Ərzurumun şəhər mərkəzindən 37 km uzaqda yerləşir. Tarixi İpək Yolunun üstündə yerləşir. Rayon qalası, müalicəvi termal bulaqları, mineral suları və kartofu ilə məşhurluq qazanmışdır. Rayon mərkəzindən 4 km uzaqda yerləşən Sərçəboğazı məhəlləsinin düz girişində sidikqovucu mineral suyu yerləşir.
Komik maskalar
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".