Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rasim Öztəkin
Rasim Öztəkin (14 yanvar 1959, İstanbul – 8 mart 2021, İstanbul) — türk teatr, kinoteatr və serial aktyoru.Aktyor Pelin Öztəkinin atasıdır. İstanbuldakı Qalatasaray ali məktəbinin ardından İstanbul Universiteti mətbuat şərhi yüksək məktəbindən məzun olan sənətçi, səhnə həyatında ilk təcrübələrini İstanbul akademik sənətçilər icması və Kadıköy xalq təhsil mərkəzi və növbətçi teatrda həvəskar çalışmalarla edindi. Fərhan Şənsoyun ortaaktyorlar icmasında profesional teatr sənətinə başladı. 2016 ilində Kəl Həsən Əfəndinin qovağı Fərhan Şənsoy tərəfindən özünə təhvil verildi. 1992–1995 illəri arasında TV-də şou proqramları hazırladı. 1994-cü ildə Gani Müjde və Yılmaz Ərdoğanın yazdığı "2071-də Türkiyə" adlı musiqili səhnəyə qoyub oynadı. Teatrın bundan əlavə, kinoteatr və serial filmlərdə də rol almışdır. TRTyə proqram mətn yazarlığı və bir dönəm "Akşam" qəzetinde köşə yazarlığı etmişdir. Həyatının son illərində "Youtube"da da videolar çəkirdi. == Ölümü == Keçirdiyi ürək tutması səbəbi ilə 2021-ci il martın 8-i axşam saatlarında, müalicə gördüyü Dr.
Özgəcan Aslan cinayəti
Özgəcan Aslan cinayəti (türk. Özgecan Aslan cinayeti; 22 oktyabr 1995 - 11 fevral 2015) - Türkiyənin Mərsin vilayətinin Tarsus şəhərində tələbə Özgəcan Aslanın Suphi Altıntökən tərəfindən qətlə yetirilməsi hadisəsi. Cinayət bütün Türkiyədə böyük reaksiyalara və etirazlara səbəb olmuşdur. Çağ Universitetinin tələbəsi olan Özgəcan Aslanın evə getmək üçün mindiyi kiçik avtobusda qaçırılması və daha sonra kimsəsiz yerə aparılaraq təcavüz edilməsi, izin itirilməsi üçün isə cəsədinin yandırılması Türkiyənin başlıca sosial problemlərindən biri olan ailə daxili zorakılıq və qadın şiddəti məsələlərini yenidən gündəmə gətirmiş və sosial aktivistlər dövlətin bu sahədə daha radikal qərarlar qəbul etməsini tələb etmişdir. == Arxa Plan == Çağ Universitetinin Ədəbiyyat fakültəsinin psixologiya bölümündə I kursda təhsil alan Özgəcan Aslan 11 fevral tarixində universitetdən çıxaraq rəfiqəsi ilə birlikdə Tarsusda yerləşən alış-veriş mərkəzinə yollanır. Alış-veriş mərkəzində rəfiqəsindən ayrılaraq və yaşadığı Mərsin vilayətinə doğru getmək üçün şəhər arası işləyən kiçik həcmli avtobusların olduğu dayancağa gəlir. Burada evinə doğru getmək üçün avtobusların birinə minmiş və daha sonra ondan xəbər alınmamışdır. Axşam qızlarının evə gəlməməsindən narahat olan ailə elə həmin gündə də polisə müraciət etmişdir.Bu tarixdən etibarən yerli polis və jandarm birlikləri tərəfindən axtarış işləri başladılmışdır. Hadisənin səhərisi günü qızın itkin düşdüyü ərazinin yaxınlığında bir avtobus sürücünün özünü şübhəli aparması diqqəti cəlb etmiş və avtobusda aparılan araşdırmalar zamanı qan izinə rastlanılmışdır. Avtobusda tapılan qadın papağının Özgəcan Aslana aid olduğu zərərçəkmişin atası tərəfindən müəyyən edildikdən sonra şübhəlilər istintaqa cəlb olunmuş və qısa müddət sonra onlar öz cinayətlərini etiraf etmişdilər.
Əhməd Nuri Öztəkin
Əhməd Nuri Öztəkin (türk. Ahmet Nuri Öztekin) (d. 1876, Bandırma – ö. 1951) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1886-cı ildə hərbi məktəbə daxil olmuş və 1900-cü ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 25 avqust 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 12 apreldə 1928-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1951-ci ildə vəfat etdi.
Qalib Ölkənin Bir Günü (1947)
== Məzmun == Filmdə sovet ölkəsinin həyatının bir günü-gün çıxandan ta gün batana qədər öz əksini tapmışdır. == Film haqqında == Bu kinolent ölkə studiyalarının müştərək istehsalıdır.
Qalib ölkənin bir günü (film, 1947)
== Məzmun == Filmdə sovet ölkəsinin həyatının bir günü-gün çıxandan ta gün batana qədər öz əksini tapmışdır. == Film haqqında == Bu kinolent ölkə studiyalarının müştərək istehsalıdır.
Tarixi bölgənin əsas və hərbi tikililəri
Tarixi bölgənin əsas və hərbi tikililəri San-Antonionun, Texasın tarixi ərazisidir. 1979-cu ildə Tarixi Yerlərin Milli Reyestrində siyahıya alınmışdır. Sahə İspaniya qoşunlarının və Texas hərbi qubernatorunun yerləşdiyi köhnə Presidio San-Antonio de Bexar şəhərini əhatə edir. Buraya ayrı-ayrılıqda siyahıya alınmış, bir və ya bir neçə milli tarixi yerləri daxildir: İspaniya Qubernator Sarayı. Voqel Kəmər Tikinti Kompleksi.
Paytaxtları ölkənin ən iri şəhəri olmayan ölkələrin siyahısı
Bu ölkənin ən iri şəhəri olmasa da paytaxt olan şəhərlərin siyahısıdır.
Rene-Huqenin xəstəxanası
Rene-Huqenin (fr. hôpital René-Huguenin) — Sen-Klu-də yerləşən qədim fransız xəstəxana; hal-hazırda universitet-xəstəxana kompleksidir. Institut Curie-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 2010-cu ildə yaradılmışdır.
Ouşenin 8 rəfiqəsi
Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ing. Ocean's 8) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir. "Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı. "Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.
Rixard Zorgenin abidəsi (Bakı)
Rixard Zorgenin abidəsi — Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə abidə. Abidə 1981-ci ildə ucaldılmışdır. Heykəltəraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur. Abidənin açılış mərasimi 1981-ci ilin may ayında, Qələbə Günü ərəfəsində olmuşdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanmışdır. Şam, çinar, tut və Yaponiyadan gətirilmiş albalı ağacları ilə əhatələnmişdir. Heykəltəraş Vladimir Siqal, özü belə deyirdi: Rixard Zorgenin abidəsi uzunsov, əyilmiş bürünc lövhə formasında hazırlanmışdır. Bu radar qurğusunu xatırladır və abidənin mərkəzində Zorgenin üzünün ortası təsvir olunmuşdur. Onun baxışları xüsusi diqqət çəkir.
Rixard Zorgenin heykəli (Bakı)

Ouşenin 8 rəfiqəsi (film, 2018)
Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ing. Ocean's 8) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir. "Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı. "Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.Medala layiq görülən şəxslər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində relyefli xətlərin əhatəsində qızılı rəngli dairə yerləşdirilmişdir. Dairənin mərkəzində ətrafı qızılı rənglə konturlanan və daxili Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 üfüqi zolağa bölünən səkkizguşəli ulduz əks olunmuşdur. Mavi rəngli zolağın üzərində "1993", yaşıl rəngli zolağın üzərində "2023" rəqəmləri yazılmışdır, yuxarı və aşağı hissələrdə qızılı rənglə konturlanmış qırmızı rəngli zolağın üzərində ağ rəngdə ay və səkkizgüşəli ulduz həkk olunmuşdur. Dairənin yuxarı hissəsində qövs boyunca "Azərbaycan Respublikası Prezidentinin" sözləri, aşağı hissəsində qövs boyunca "Təhlükəsizliyini təmin edən orqan" sözləri yazılmışdır. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur.