Rixard Zorgenin abidəsi (Bakı)

Rixard Zorgenin abidəsi — Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə abidə. Abidə 1981-ci ildə ucaldılmışdır. Heykəltəraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur[1].

Rixard Zorgenin abidəsi
Xəritə
Ölkə Azərbaycan
Yerləşir Bakı
Heykəltaraş Vladimir Siqal
Memarlar Rasim Əliyev, Leonid Pavlov, Y.Dubov
Tikilib may 1981
Material Bürünc, Qranit
Saxlanıldığı yer Zorge parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidənin açılış mərasimi 1981-ci ilin may ayında, Qələbə Günü ərəfəsində olmuşdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanmışdır. Şam, çinar, tut və Yaponiyadan gətirilmiş albalı ağacları ilə əhatələnmişdir[2].

Heykəltəraş Vladimir Siqal, özü belə deyirdi:

" Uzun illərdir mən əfsanəvi sovet kəşfiyyatçısı, qrup komandiri, Rixard Zorgeyə abidə hazırlamaq arzusundaydım. Yaponiyada olarkən onu tanıyan insanlarla söhbətdə olmuşam. Toplanılmış məlumatlar, təəssüratlar yaradıcı kollektivə Rixard Zorgenin vətəni Bakıda abidəsinin hazırlanmasına böyük köməklik göstərdi. Nəhayət, memar Leonid Pavlov ilə biz dahi patriotun abidəsinin hazırlanmasını başa çatdıra bildik[3]. "

Rixard Zorgenin abidəsi uzunsov, əyilmiş bürünc lövhə formasında hazırlanmışdır. Bu radar qurğusunu xatırladır və abidənin mərkəzində Zorgenin üzünün ortası təsvir olunmuşdur. Onun baxışları xüsusi diqqət çəkir. Bununla heykəltaraş sovet kəşfiyyatçısı simvolunu yaratmağa çalışmışdır[4].

Abidənin şəkli Azərbaycan Sovet Ensiklopediyasında Siqal haqqında olan məqalədə yerləşdirilmişdir[5].

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra abidə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6]

  1. Vladimir Siqal. Monumental və dəzgah heykəltaraşlığı (5000 nüs.). M.: RSFSR Rəssamı. Tərtibatçı: N. Qolyandina. 1989. səh. 250.
  2. V. Y. Siqal. Bakıda Rixard Zorgenin abidəsi. (bədii-ədəbi və ictimai-siyasi jurnal). Xalqlar Dostluğu. 1982. 223.
  3. Siqal Vladimir Yefimoviç // Gözəl haqqında hekayələr. Təsviri incəsənət. 1989. 350.
  4. Doronina L. XVIII-XX əsrlərin Rus heykəltaraşlıq ustaları. II. M.: Ağ Şəhər. 2008. 227.
  5. Сигал Владимир Јефимович. . VIII. C. Quliyevin redaksiyası altında. Azərbaycan Sovet Ensiklopediyası: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası. 1984. 417.
  6. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.