Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ürəyin daxili qişası
Endokard (lat. endocardium — daxili qişa) — ürək divarının daxili təbəqəsi.
Ürəyin xarici masajı
== Ürəyin xarici masajı == İstənilən səbəbə görə (qəza, suda boğulma, elektrik cərəyanın vurulması və s.) ürəyin dayanması zamanı ürəyin xarici (qapalı) masajını icra etmək üçün süni tənəffüs verilməsində olduğu kimi, xəstə üzüyuxarı olmaqla, düz və bərk səth üzərində (döşəmə, stol, torpaq və s.) uzadılmalıdır. Hər zaman süni tənəffüsdən başlamaq şərti ilə, zərərçəkənə süni tənəffüs verilməsi ürəyin xarici (qapalı) masajı ilə növbələşdirilməlidir. Hətta yardım göstərən 2 nəfər olduqda da, əvvəlcə biri süni tənəffüs verir, sonra isə digəri ürəyin xarici masajını icra edir. Diqqət! Əgər zərərçəkmiş insana yalnız 1 nəfər yardım edirsə, bu halda yalnız ürəyin xarici massajı həyata keçirilir, süni tənəffüs verilmir. Ürəyin dayanmasına tam əmin olmadığınız halda, heç zaman ürəyin masajına başlamayın - əks halda bu, insanın sağlamlığı və hətta həyatı üçün də ağır fəsadlara səbəb ola bilər! Ürəyin masajını etməmişdən qabaq zərərçəkənin ayaqlarını bir qədər yuxarı qaldırmaq lazımdır. Zərərçəkənin yaşından asılı olaraq ürəyin xarici (qapalı) masajı bir qədər fərqli şəkildə aparılır. Yenidoğulmuşlarda və südəmər uşaqlarda ürək böyük yaşlı uşaqlara nisbətən bir qədər aşağıda yerləşir. Uşaqlarda döş qəfəsinin elastik və ürək əzələsinin isə zərif olmasını nəzərə alaraq, ürəyin xarici (qapalı) masajı üçün 2 barmaqla döş sümüyünün aşağı hissəsinə (məmələrarası xəttin döş sümüyü ilə kəsişdiyi yerdən 1 barmaq enində aşağıda olmaqla) ehtiyatla təzyiq edilməsi kifayət edir.
İki ürəyin dastanı
İki ürəyin dastanı — bəstəkar Arif Məlikovun özbək şairi və filosofu Mirzə Əbdülqadir Bedilin poeması əsasında yazdığı balet. İki ürəyin dastanı — özbək rejissoru Kamil Yarmatovun 1966-cı ildə çəkdiyi film.
İki ürəyin dastanı (balet)
İki ürək dastanı, və ya İki qəlbin dastanı (ru. Поэма двух сердец) — Arif Məlikovun özbək şairi və filosofu Mirzə Əbdülqadir Bedilin "Komde və Modan" adlı poeması əsasında, Özbəkistan mədəniyyət nazirliyinin sifarişi ilə Əlişir Nəvai adına Teatr üçün bəstələdiyi balet. Libretto bəstəkarındır. Baletmeyster İqor Çernışov. == Tarixçə == == Məzmun == Hind rəqqasəsi Komdenin və özbək musiçisi Modanın taleyindən bəhs edir. == Qaynaq == Муза Арифа Меликова. Азербайджанский конгресс.- 2009.- 11 сентября.- С. 12. Rus baletinin saytında xoreoqraf İqor Çernışov haqqında məqalə Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Музыковед Айтен Бахшиева: Ариф Меликов - яркая личность современности Arxivləşdirilib 2008-09-29 at the Wayback Machine Zümrüd Dadaşzadə. Musiqimizin "Arif Məlikov" adlı əfsanəsi. "Musiqi dünyası" jurnalı.
Başlatmaq
Başlatmaq (en. initialize ~ ru. инициализировать ~ tr. başlangıç durumuna getirmek) – istifadə üçün hazırlamaq. Verilənlər daşıyıcılarına, məsələn, disklər və ya lentlərə aid edildikdə, başlangıc durumuna gətirməkdə daçıyıcının səthinin keyfiyyətinin yoxlanılması, blokların nişanlanması, yükləmə informasiya blokunun yazılması və faylların yerləşdirilmə cədvəlinin yaradılması ola bilər. Proqramda dəyişənlərə aid edildikdə, başlatma, dəyişənə başlanğıc qiymətin mənimsədilməsini bildirir. Kompüterin özünə aid edildikdə başlatma, sadəcə, onun işə salınması deməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Boşalma quruluş
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. == Boşalma quruluşu növləri == Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qaz boşalma displeyi
Qaz boşalma displeyi -(ing.gas-discharge display, ru.газоразрядный дисплей) - çox kiçik neon lampalarının birləşməsindən ibarət olan yastı-ekran displey növü. Neon üfüqi və şaquli elektrod qrupları arasından keçir ki, onlar da hər bir elektrod cütünün kəsişməsindəki pikseli işıqlandırmaq üçün fərdi yüklənə bilər. Sin: GAS-PLASMA DISPLAY. Qaz-plazma displeyi' - (ing. gas-plasma display, ru.плазменный дисплей) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cəhət təyini
Məhəldə üfüqün tərəflərini (cəhətlərini) təyin etmə . Cəhət günəşə, Qütb ulduzuna, yerli əlamətlərə, saat əqəbinə əsasən və kompasla təyin edilir.
Yümnü Ürəsin
Həsən Yümnü Ürəsin (1898, Elazığ – 30 may 1961, İstanbul) — Türk əsgər və siyasətçi. == Həyatı == Yümnü Ürəsin 1898-ci ildə Divriklioğullarından Zülfüqar Əfəndi və Müqəddəs Xanımın uşağı olaraq dünyaya gəldi. 1911-ci ildə Hərb Məktəbinə girdi. 1914-cü ildə məzun oldu və Təkirdağdakı 19. Alaya, 7. Diviziyaya təyin edildi. Birinci Dünya Müharibəsində Çanaqqala, Qafqaz və Sina cəbhələrində vuruşdu. 1918-ci ildə kapitan rütbəsinə yüksəldi. 1919-cu ildə Hərbi Akademiyaya daxil oldu. Ancaq 1920-ci ildə Anadoluya köçdükdə ayrıldı.
Qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur.Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır. Afro-amerika ədəbiyyatının tənqidçisi olan Liman B. Haqen qeyd edir ki, “mübarizənin davamlı mövzularına, özünü hiss etməyə və uzunmüddətli təhsilə sadiq olan "Bir qadının ürəyi" kitabı öz mərkəzi personajlarını tam bir şəxsiyyət nöqtəsinə daşıyır".
Qaranlığın ürəyi
"Qaranlığın ürəyi" (ing. Heart of Darkness) — Polşa və İngiltərə yazıçısı Cozef Konradın 1899-cu ildə yazdığı macəra romanı. Roman ilk dəfə 1902-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Konradın yaradıcılığının mərkəzində "mədəni insanlar" və "vəhşilər" arasında çox da fərq olmadığı fikri dayanır. "Qaranlığın ürəyi" dolayısı ilə imperializm və irqçiliyi şərh edir. Romanın süjeti Marlounun uğurlu fil sümüyü taciri Kurtsla bağlılığı haqqında izahatının əsasını təşkil edir. Konrad qaranlıq yerlər kimi "yer üzündəki ən böyük şəhər" olan London və Afrika arasında paralellər aparır. == Məzmun == Hekayə Mərkəzi Afrikaya səyahətini xatırlayan protaqonist dənizçi Marlounun baxış bucağından nəql edilir. "Şirkət"in göstərişi ilə o, şirkətin fil sümüyü toplayan Kurts adlı agentlərindən birini özü ilə aparmaq üçün uzaqlarda yerləşən bir stansiyaya getməlidir. Kitabın əsas hissəsini Marlounun tropik çay boyunca avropalılara tamamilə naməlum ərazilərdə səyahəti haqqında məlumatları birinci şəxs baxış bucağından nəql etməsi təşkil edir.
İnsan ürəyi
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Drenaj sistemi (Boşalma quruluş)
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. == Boşalma quruluşu növləri == Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Qeyri-bircins sahələrdə boşalma
Qeyri-bircins sahədə bircins sahədən fərqli olaraq sahə aralığının müxtəlif nöqtələrində sahə gərginliyinin qiyməti və istiqaməti müxtəlifdir. Qeyri-bircins sahəyə malik aralıqlara çubuq – çubuq, çubuq – müstəvi, naqil – torpaq və digər real izolyasiya aralıqları aiddir. Şəkil-də elektrik sahə gərginliklərinin çubuq-müstəvi tipli elektrodlar arası məsafədən asılılığı göstərilir. İstənilən kəskin qeyri-bircins sahədə (Kq>4) boşalmanın əsas inkişaf qanunauyğunluqları praktiki olaraq eynidir. Hər hansı bir başlanğıc gərginlik(Ub) aralıqda sel şəklində sərbəst boşalma yaranır, çünki çubuq yaxınlığında sərbəst boşalma formasının yaranmasına uyğun olan sahə gərginliyinin E*b qiymətindən çox olan gərginlik olur . Boşalma bu hissədə lokallaşır, ikinci sellər isə ya qazın həcmində fotoionlaşma hesabına (çubuq müsbət qütblü olduqda), ya da katoddan fotoemissiya vəya avtoelektron (soyuq) emissiya hesabına (çubuq mənfi qütblü olduqda) saxlanılır. Belə boşalma sel formasında tac boşalması adlanır. Tac boşalması yarandıqda elektrodda gərginliyin və cahə gərginliyinin qiyməti sahənin qeyri-bircinslik dərəcəsindən asılıdır. Qeyri-bircinslik dərəcəsi artdıqca çubuq elektrodda sahə gərginliyi artır, tacın yaranma gərginliyi isə azalır. Gərginliyin Ub-dən yuxarı qiymətlərində, elektronların sayı 107– 109 -a çatdıqda sel plazma halına keçir və aralıqda yüksək sahə gərginlikli elektrod yaxınlığında strimer yaranır.
Cəhət təyini, səmtləşmə
Məhəldə üfüqün tərəflərini (cəhətlərini) təyin etmə . Cəhət günəşə, Qütb ulduzuna, yerli əlamətlərə, saat əqəbinə əsasən və kompasla təyin edilir.
Kolloid stabilliyinin təyini
Kolloid stabilliyinin təyini - sürtkü yağlarının kolloid stabilliyi dörd üsul ilə təyin edilir. == Üsullar == I üsul - sürtkü yağlarında çöküntünün miqdarının təyini. 20 ml yağı benzinlə qarışdırıb 30-60dəq. sentrafuqada fırladmaqla çöküntü təyin edilir. Çöküntü müşahidə edilmədikdə yağ kolloid stabilli hesab edilir. II üsul - müəyyən müddət saxlanılan yağda çöküntünün olub olmamağı gözlə təyin edilir. Yağ 90 sutka ərzində saxladıqdan sonra onun xarici görünüşü(şəffaflığı, bulantılığı), qələvi ədədinin(əvvəl və sonra) dəyişilməsi müşahidə edilmədikdə bu yağ kolloid stabilhesab edilir. III üsul - yağda hidrolitik üsulla çöküntünün təyini. Yağı 1,0% distillə suyu ilə qatışdırıb, 30 sutka saxladıqdan sonra çöküntünün olub olmamağı gözlə təyin edilir. Qələvi ədədinin(əvvəl və sonra), sink və kalsiumun(əvvəl və sonra) dəyişilməsi ilə təyin edilir.
Bir qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur.Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır. Afro-amerika ədəbiyyatının tənqidçisi olan Liman B. Haqen qeyd edir ki, “mübarizənin davamlı mövzularına, özünü hiss etməyə və uzunmüddətli təhsilə sadiq olan "Bir qadının ürəyi" kitabı öz mərkəzi personajlarını tam bir şəxsiyyət nöqtəsinə daşıyır".
Komissarın Ürəyi (1978)
== Məzmun == Film 26 Bakı komissarından biri haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əlihüseyn Hüseynov Ssenari müəllifi: Marlen Bağırov, Vladimir Sinitsın Operator: Fəraməz Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
İt ürəyi (roman)
İt ürəyi (rusca:Собачье сердце) - rus yazııçısı Mixail Bulqakovun romanı. 1925-ci ildə yazılmış roman bolşevizmin və bolşevizm nəticəsində yeni yaranmış varlı təbəqənin tənqidinə yönəlmişdir. Yazıçının evinə keçirilən baxış sonrası "NKVD" tərəfindən müsadirə edilən romanaın əlyazmaları və nüsxələrinin geri qaytarılması üçün Qarsim Qorki işə müdaxilə etdi. Roman yazıçının ölümündən təqribən yarım əsrə sonraya - 1987-ci iə qədər rus dilində çap olunmadı. Bununla belə, roman 1987-ci ildə Maykl Qlenni tərəfindən ingilis dilinə tərcümə olunub çap olunmuşdur. == Mövzusu == Roman küçə iti Şarikin professor Filipp Filippoviç Preobrajenski ilə tanışlığından sonra dəyişən həyatından bəhs edir. F.Filippoviş insanların xəstə orqanlarını heyvan bədən üvzləri ilə dəyişdirməklə onları cavanlaşdırmaq bağlı eksperimentlər həyata keçirir və bu yolla pul qazanır. Dünyamiqyaslı alim professor Filipp Filippoviç Preobrajenski evinə gətirdiyi Şarikə yüngül həyat tərzinə sahib kişinin cinsiyyət və hipofiz vəzilərini köçürdür. == Xarici dillərə tərcümə == Türkcə - Mustafa Kemal Yılmaz tərəfindən tərcümə olunmuş, 2016-cı ildə İş Bankası Kültür Yayınları tərəfindən çap olunmuşdur.
Uşaq ürəyi (kitab)
Uşaq ürəyi — 1886-cı ildə italyan yazıçısı Edmondo De Amiçis tərəfindən tamamlanan, ibtidai məktəb yaşında olan Enriko adlı italyan oğlanın məktəb və ictimai həyatını onun öz dilindən anladan romandır. Bu, müəllifin öz oğlunun gündəliklərindən ilhamlanaraq yazdığı kitabdır. Dünyanın əksər dillərinə tərcümə edilmişdir. Təhsil elmləri mütəxəssisləri tərəfindən "dünyanın ən faydalı uşaq kitabı" kimi qəbul edilmişdir. == Məzmunu == 3-cü sinfə gedən Enriko adlı oğlanın bir ilində baş verən hadisələri gündəliyinə yazması və onu oxucularla bölüşməsi. == Personajlar == Enriko: Hər bir valideyn rahatlıqla nümunə göstərə bilər. Həmçinin, gündəliklərin də sahibidir. Garrone: Məktəbə 2 il gec başlayan 14 yaşlı böyük oğlan Qarrone həmişə Nellini qoruyur və sevir, digər uşaqları qoruyur, zəifləri məktəbin nadinc şagirdlərindən qoruyur və nəhayət, o, mehriban bir insandır. Derossi: O, birinci sinfə embarqo qoyan biridir. O, zəhmətkeş və çox centlmendir.
Platanthera freynii
Platanthera densa (lat. Platanthera densa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ləçəkotu cinsinə aid bitki növü.
Onun böyük ürəyi
== Məzmun == Kinopovest Azərbaycanın iri metallurgiya və kimya mərkəzi Sumqayıtın inşaatçılarına həsr olunmuşdur. Burada adamların yüksək mənəviyyatından, yaradıcı əməyindən, hər bir çətinliyə mətanətlə sinə gərmələrindən bəhs edilir və cəmiyyətdə özünə rahat yer, asan gəlir yolu axtaran bəzi əliəyri, yüngül xasiyyətli tiplər tənqid olunur. Film üç dövrü-müharibədən əvvəlki, İkinci Dünya müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərini əhatə edir. == Film haqqında == Film operator Rasim Ocaqovun kinoda ilk işidir. Film aktyor Gündüz Abbasovun kinoda ilk işidir. Operator Rasim Ocaqov Rəna obrazının ifaçısı Sveta Cavadova ilə bu filmin çəkilişləri zamanı tanış olmuş və ailə həyatı qurmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İmran Qasımov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Qara Qarayev Səs operatoru: Əziz Şeyxov Mahnıların mətni: Y.Dolmatovski Rejissor: Yuli Karasik (Yuri Karasuq kimi) Geyim rəssamı: İsmayıl Axundov Redaktor: Fərman Eyvazlı Quraşdırılmış səhnələrin operatoru: V.Alekseyeva Quraşdırılmış səhnələrin rəssamı: V.Qolikov Filmin direktoru: D.Avrutin Çalır: Filmlər İstehsal edən İdarənin Orkestri Dirijor: Q.Hamburq === Rollarda === Tamilla Ağamirova — Səmayə Salman Dadaşov — Oqtay Gündüz Abbasov — Rəcəb Leyla Bədirbəyli — Xalidə Sveta Cavadova — Rəna Nodar Şaşıqoğlu — Mənsur Əjdər İbrahimov — Rəsulov Nina Doroşina — Maşa Bahadur Əliyev — Əhməd Natəvan Şeyxova — Lalə L.Kadrov Nikolay Barmin Münəvvər Kələntərli — Səmayənin iş yoldaşı Y.Neçayeva K.Filkenşteyn M.Jarova Y.Ovçinnikova Rüfət Əliyev === Filmi səsləndirənlər === Əli Zeynalov — Rəsulov (Əjdər İbrahimov) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Səmayə (Tamilla Ağamirova) (titrlərdə yoxdur) Həsənağa Salayev — Oqtay (Salman Dadaşov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Rəcəb (Gündüz Abbasov) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл. ред.
Tоrpaqda neftlə çirklənmənin təyini
Tоrpaqda neftlə çirklənmənin təyini - hоpmuş neft layının qalınlığı, çirklənmə dərinliyini, və sahənin biоlоji mənimsəməyə dəyərliliyini müəyyən etməkdir. == Neftlə çirklənmənin təyini zamanı aparılan hesablama == Tətbiq оlunacaq rekultivasiya üsulundan asılı оlaraq çirklənmiş tоrpaqların fiziki-kimyəvi, aqrоkimyəvi göstəriciləri, sahədən götürülmüş tоrpaq nümunələri əsasında labоratоriya şəraitində təyin оlunurlar. Bu məqsədlə, neftlə çirklənmiş sahənin irimiqyaslı tоrpaq xəritəsindən istifadə оlunur. Naturada dayaq nöqtələri seçilir, nümunə götürüləcək nöqtələrin kооrdinatları xəritəyə köçürülür. Xəritə əsasında çirklənmiş tоrpaq sahələri müəyyən оlunur. Çirklənmə dərinliyindən asılı оlaraq, çıxarılıb təmizlənməsi (mexaniki rekultivasiyada) tələb оlan tоrpaq kütləsi təyin edilir. Ərazidən çıxarılacaq tоrpağın kütləsi ayrı-ayrı çirklənmə növü üzrə aşağıdakı kimi hesablanmalıdır: W=H ∙ S ∙ V, (1) burada W- çıxarılan neftlə çirklənmiş tоrpağın kütləsi- tоn-la; H-neftlə çirklənmiş qatın qalınlığı- m-lə; S - neftlə çirklənmiş ixtiyarı növün sahəsi- m² ilə; V- müvafiq qranulоmetrik tərkibli neftlə çirklənmiş növün müəyyən qatının həcm çəkisidir- q/sm3-lə. Neftlə çirklənmiş və çıxarılması tələb оlunan tоrpaqda neftli maddələrin miqdarı aşağıdakı düsturla hesablanır: Q= (H ⋅V ⋅ B ⋅ S)/100, (2) burada Q - neftlə çirklənmiş tоrpaqda neftli maddələrin miqdarı- tоn-la; H-neftli maddələrlə hоpmuş tоrpaq qatının qalınlığı- m-lə ; V-müvafiq qranulоmetrik tərkibli neftlə çirklənmiş növ qatın həcm çəkisi, q/sm3-la; B-çıxarılması lazım gələn tоrpaqda neftli maddələrin miqdarı- %-lə; S-neftli maddələrlə çirklənmiş tоrpaq növünün sahəsidir- m²-lə. == Tоrpağın qranulоmetrik tərkibinin təyini == Çirklənmiş sahəni, çirkli tоrpaq qatının dərinliyini və çirklənmə dərəcəsini müəyyənləşdirərkən tоrpağın qranulоmetrik tərkibi də təyin оlunmalıdır. Təcrübə göstərir ki, gilli süxurlardan özüllü neft süzülmür, belə qatlardan daha yüngül və az özüllü neft keçir.
Macropus greyii
Qrey vallabisi (lat. Macropus greyii) — kenquru cinsinə aid heyvan növü.
Quş peyini
Quş peyini — quşların ifrazatıdır, defekasiya zamanı ifrazat dəliyindən (kloaka) xaric olunur. Qiymətli, güclü təsir edən gübrə istehsalı üçün xam malıdır.
Dənizçi ürəyi (film, 1986)
== Məzmun == Kinooçerk balıq sənayesi əlaçısı, uzaq səfərlər kapitanı, SSRİ Dövlət Mükfatı laureatı Zaur Sadıqzadə haqqındadır.
Komissarın ürəyi (film, 1978)
== Məzmun == Film 26 Bakı komissarından biri haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əlihüseyn Hüseynov Ssenari müəllifi: Marlen Bağırov, Vladimir Sinitsın Operator: Fəraməz Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Dorian Qreyin portreti
Dorian Qreyin portreti bütövlükdə ilk dəfə 1890-cı ildə Lippinkott aylıq jurnalında nəşr olunmuş, Oskar Vayldın müəllifi olduğu fəlsəfi romandır. Nəşriyyatçının əxlaq dəyərlərinə uyğun olmadığı üçün əsərin 500-sözə yaxın hissəsini silməsinə baxmayaraq, kitab tənqid atəşinə tutuldu. "Londonun Gündəlik Xronikası" qəzeti əsəri "cəmiyyəti çürüdə biləcək iyrənc fikirlərlə dolu","kirli" və "zəhərli" adlandırdı, "St.Ceyms Qəzeti" isə kitabı "ürəkbulandırıcı","iyrənc" hesab edir və yazarın edam olunmasını təklif edirdi. Kitab 1891-ci ildə yenidən çap olunduqda altı yeni fəsil əlavə olunmuşdu. Əsər ingilis dilində yazılmış yüz ən yaxşı romandan biri seçilib və Oskar Vayldın yayımlanmış tək romanıdır, Azərbaycan dilinə Kamran Nəzirli tərəfindən tərcümə olunub. == Mövzu == Dorian Qrey xalası-xanım Brendonun evində tanınmış rəssam Bazil Holvardla tanış olur. İnanılmaz dərəcədə yaraşıqlı olan Dorian rəssamın diqqətini cəlb edir və rəssam onun bir neçə portretini çəkir. O, bu portretlərdə Dorianı qədim yunan qəhrəmanı və ya mifik bir fiqur olaraq təsvir edir. Çox bəyənilməsinə baxmayaraq əsərini satmaqdan imtina edən Bazil dostu Lord Henriyə şəxsi hisslərini həddən artıq ələ verdiyi üçün portretə qarşı narahatlığını dilə gətirir. Sensasiyalı çıxışları ilə ad qazanmış dostu Lord Henri ilə Dorianın yaxınlaşmasından qısqanclıq duyan Bazil buna mane ola bilmir və Henrinin Doriana təsiri get-gedə güclənir.