BOŞALTMAQ

f.
1. Bir şeyin içindəkiləri çıxarıb boş hala salmaq. Yeşikləri boşaltmaq. Ciblərini boşaltmaq.
– Torbanı boşaldanda, içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov.

// Yükdən azad etmək. Vaqonu boşaltmaq. Avtomobili boşaltmaq. Arabanı boşaltmaq.
2. məc. İçindəkini içmək, yemək.
Sofi İranpərəst badəni boşaldıb, stola yaxınlaşdı. M.İbrahimov.

3. Təxliyə etmək; tərk edib başqa yerə köçmək, çıxmaq. Şəhəri boşaltmaq. Evi boşaltmaq. Mənzili boşaltmaq.
4. Bir qabdan başqa qaba tökmək. Unu tabağa boşaltmaq. Suyu ləyənə boşaltmaq.
5. Gərginliyini, tarımlığını azaltmaq, bir az açmaq, boş eləmək. Atın quşqununu boşaltmaq. Çəkmələrimin bağını boşaltdım.
6. Atmaq (odlu silahdan).
[Oruc:] Vəli, tüfəngin çaxmağını yuxarı qovza ki, hamımız birdən tüfəngləri boşaldaq. M.F.Axundzadə.
Dayanmadan tüfəngimi boşaltdım; Dallarınca bir neçə güllə atdım. A.Səhhət.
Bir anda bir daraq güllə boşaltdım. S.Vurğun.

7. məc. Açıb söyləmək.
Sərdar Rəşidin dili açıldı, o, ürəyindəkiləri ortalığa boşaltmağa başladı. M.S.Ordubadi.
Məstan bəyin ürəyi dolu idi.
Boşaltmağa adam axtarırdı. B.Talıblı.
Mədəd, sənin ürəyin dolu imiş, boşalt gəlsin! Ə.Əbülhəsən.

Синонимы

  • BOŞALTMAQ laxlatmaq — tərpətmək — oynatmaq
  • BOŞALTMAQ tökmək
  • BOŞALTMAQ yemək
  • BOŞALTMAQ söyləmək
  • BOŞALTMAQ azaltmaq — zəiflətmək

Антонимы

  • BOŞALTMAQ BOŞALTMAQ – DOLDURMAQ Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı (S.S.Axundov); Salatın dizi üstə çöküb onları yığdı, səliqə ilə qutuya doldu
BOŞALTMA
BOŞAMA

Значение слова в других словарях

ана́том ба́грильщик блоха́стый пристро́й разжёвываться стачно́й дампи́рование дво́рский догу́ливать идиоти́ческий кара́тель кра́бовый нака́з обмо́л сма́тывать anthropolith bioplast Chudskoe Ozero enchanting eyesore демобилизация конкордат лекало призывать тлетворность