1. Boş olmaq, boş qalmaq, boş hala gəlmək. Ev boşaldı. Qablar boşaldı.
2. Bərkliyini, sərtliyini, gərginliyini itirmək; yumşalmaq. Atın quşqunu boşalıbdır. Dəri boşalıbdır.
3. Ciddiyyətini itirmək, zəiflik göstərmək, iradəsizlik göstərmək. [Şəhrəbanı xanım:] Hatəmxan ağa, özün bilmirsən ki, bir xamırağız kişidir.
4. Gülləsi atılmaq, yaxud çıxarılmaq. Tüfənglər boşaldı.