Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir.
Əştərək | |
---|---|
40°18′ şm. e. 44°24′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | IX əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.110 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +374 (232) |
Poçt indeksi | 0201–0205 |
Digər | |
ashtarak.am | |
Vikianbarda əlaqəli mediafayllar |
IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu.
1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi[2], 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak[3], Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi[4] qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Erməni alimləri Əştərək (Aştarak) toponiminin erməni dilində «qüllə» mənasında işlənən aştarak (qüllə) sözündən əmələ gəldiyi göstərirlər[5][6]. Lakin bu, ermənilərin izahıdır və elmi həqiqətdən uzaqdır. Toponim türk dili materialları əsasında düzgün izah edilə bilir.
Əştərək toponimi türk dilində «yüksək dağ keçidi» mənasında işlənən aşu[7] sözü ilə[8][9] türk dilində «qırışıqlı dağ yüksəkliyi», «parçalanmış daş qırıntıları» (çınqıl) (многозубчатые вершины ломаные горные гребни изобилуюшие пиками), «uca, çoxdişli (daraq şəkilli) dağ» mənasında işlənən tarak sözündən[10][11] əmələ gəlmişdir. Bu söz «dağ başında çılpaq qaya» mənasında Dağlıq Altayın toponimlərinin tərkibində tarakay formasında işlənir[12]. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.