Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ütəlgi qızılquş
Ütəlgi qızılquş (lat. Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Qarğadan az iridir (0,8-1,1 kq). Bel tərəfi paslı-qonur, qarın tərəfi isə ağdır, amma üzərində damcı formalı naxışlar uzanır. Quyruğu uzundur, tünd qəhvəyi və sarı rəngli köndələn zalaqları var. Ayağı sarıdır. Avropada və Asiyada yayılıb, qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya edən bəzi populyasiyası buradan keçir (oktyabrda və martda). Seyrək ağac və qaya olan açıq sahələrdə yaşayır.
Üzəngi
Üzəngi — atlanmaq üçün və at belində olanda müvazinatı saxlamaq üçün zəruri yəhər ləvazimatı. Köçərilər tərəfindən IV əsrdə icad edilməsi onların döyüş taktika və strategiyasında və silahlanmasında dəyişikliklərə gətirdi. Qılıncla və nizə ilə daha dəqiq və güclü zərbələr endirmək üçün dayaq və ox atmaq üçün at belində ayağa durmaq üçün imkan yaratdı.
Üzəngi sümükcüyü
Üzəngi sümükcüyü (lat. stapellos) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Əsasdan, ön və arxa ayaqcıqlaradn, boyuncuqdan və başcıqdan ibarət bu sümük at üzəngisinə bənzədiyindən belə adlandırılmışdır. Üzənginin başı-lat. caput stapedis (capitulum stapedis-BNA) və iki ın (düz) ayaqcığı-lat. crus antcrius və dal (əyləşmiş) ayaqcığı-lat. crus posterius vardır. Bu ayaqcıqlar bir-biriilə oval səfhə-üzəngi əsası-lat. basis stapedis vasitəsilə birləşmişdir. Üzənginin əsası təbil boşluğunun içəri divarında olan dəhliz pəncərəsini qapayır.
Üzəngi əzələsi
Üzəngi əzələsi (lat. m. stapedius) təbil boşluğunun dal divarında yerləşir və lat. eminentia pyramidalis adlanan hündürlüyün içəri tərəfindən başlayaraq üzəngi sümükcüyünün dal ayaqcığına bağlanır. Vəzifəsi üzəngini dartmaqla daxili qulağı şiddətli vurğulardan mühafizə etməkdir.
Təngi-İrəm
Təng Erəm— İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,928 nəfər və 637ailədən ibarət idi.
Təngi kanyonu
Təngi kanyonu da Şimal-Şərqi Azərbaycanda, Qaraçay dərəsindən cənub-şərqdə yerləşir və şaquli qoyulmuş mərmərləşmiş malm-neo­kom əhəngdaşılarından təşkil olunmuş Təngi ön silsiləsini kəsib keçən Vəlvə­lə­çayın yaratdığı təbiət abidəsidir. Eni 50 metrə ancaq çatan kanyonun uzun­lu­ğu 500 metr, meşə ilə örtülmüş dik divarlarının hündürlüyü 1500 metrdən çoxdur. Vəlvələçayın hövzəsində yerləşən çoxsaylı dağ kəndlərini Xəzər­yanı ovalıqla birləşdirən, yeganə keçid kimi xidmət göstərən kanyon bütün zamanlarda strateji əhəmiyyətə malik olmuşdur.
Təlli Zeynəbiyyə
Təlli Zeynəbiyyə (ərəb. التل الزینبیة‎) — İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən məscid və ziyarətgah. Məscidin adı keçən vaxtlarda üzərində yerləşən təpənin adıyla əlaqəlidir. == Mənası == Ərəb dilində təll təpə və ya hündür yer mənasını verir və Zeynəbiyyə sözü Həzrət Əlinin qızı Həzrət Zeynəbin adıyla bağlıdır. == Mövqeyi == Təlli-Zeynəbiyyə İmam Hüseynin qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5–6 metr hündürlükdədir. İndi bu məqam İmam Hüseyn hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır. == Tarix == Təlli-Zeynəbiyyə Kərbəlada İmam Hüseyn (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşura günü Həzrət Zeynəb (s.ə) qaçaraq bu təpənin üzərinə çıxmış və döyüş meydanına baxmışdır. 1978-ci ildə nisbətən hündür olan bu məqamdakı tikilinin yenidən inşa edilməsinə başlanılmış və indi buranın ərazisi 175 kvadrat metrə çatmışdır. Məqam əvvəllər yalnız məhdud sayda ziyarətçi qəbul edə bilirdisə, indi onun ərazisi daha da genişləndirilmişdir.
Selgi
Kareliya MSSR-də relyefin tirə formalarının yerli adıdır. Selgi adətən şam meşələri ilə örtülü olur, aralarındakı çökəkliklərdə isə bataqlıq və göllər yerləşir.
Rumi Utsuqi
Rumi Utsuqi (d. 5 dekabr 1988) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 111 oyun keçirib, 6 qol vurub.
Chanteius tengi
Chanteius tengi (lat. Chanteius tengi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chanteius cinsinə aid heyvan növü.
Koryo oteli
Koryo oteli Şimali Koreyada ikinci ən böyük fəaliyyət göstərən oteldir, ən böyüyü Yanggakdo otelidir. Ryugyong oteli hər ikisindən daha böyükdür, lakin hələ fəaliyyət göstərmir. Koryonun əkiz qülləli binası 143 metr (469 fut) hündürlükdədir və 43 mərtəbəlidir. 1985-ci ildə Kim İr Senin rəhbərliyi altında inşa edilmiş, "KXDR-in şöhrətini və gücünü nümayiş etdirmək" üçün nəzərdə tutulmuşdu. Şimali Koreya oteli beş ulduzla mükafatlandırıb . Bildirilir ki, 2015-ci il iyunun 11-də naməlum şəraitə görə otelin bir hissəsi alovlanıb, nəticədə iki bina arasındakı körpü ciddi zədələnib . == Adı == "Koryo" ingiliscə "Korea" adının alındığı qədim krallığın adıdır. Şimali Koreyanın Air Koryo aviaşirkətinin adında da istifadə olunur. 1946-cı ildən sonra bir müddət Şimali Koreyanın Demokratik Partiyasının lideri Ço Mansik köhnə Koryo otelində ev dustaqlığında saxlanıldı. == Yerləşmə mövqeyi == Otel Pxenyan şəhərinin mərkəzində, Chung-gayok rayonunda Pxenyan stansiyasının yaxınlığında yerləşir.
Telli Borçalı
Telli Borçalı (tam adı: Telli Sədi qızı Qurbanova; 28 fevral 1969, Qasımlı, Marneuli rayonu) — Azərbaycan musiqiçisi, aşığı, şairi. Aşıq Telli 1969-cu ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Qasımlı kəndində doğulmuşdur. 1997-ci ildə Bakıya gəlmişdir. "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun onu bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və geniş fəaliyyətə başlayıb. Telli Borçalının anasının adı Savad, qardaşlarının adı Tərmeyxan, Ataxan, Mehdixandır.
Telli Pənahqızı
Telli Pənahqızı (tam adı: Əliyeva Telli Pənah qızı; 24 may 1954, Vedi) — Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü, şairə, publisist, nasir. Telli Əliyeva 24 may 1954-cü ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971–1976). Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir. 12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir. Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur. Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.
Telli zirehli
Telli zirehli (lat. Chaetophractus villosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Telli zirehlilər qəhvəyi-sarı rəngdə olurlar. Bel, başın yuxarı hissəsi və quyruğun üzəri altıbucaqlı və dördbucaqlı hissələrdən ibarət zirehlə örtülmüşdür. Belin ortasında altı və ya yeddi qurşaq var. Bu qurşaqlar uzunsov dördbucaqlı formasına malikdir və hərəkətlidir. Baş düz və enlidir və gözlərin altında şaquli cərgələr var. Ayaqların yuxön ayaqlarda.arı tərəfində və ön ətraflarının yuxarı hissəsində düzənsiz altıbucaqlı pulcuqlar mövcuddur. Bədənin qalan hissəsi qalın qırışmış dəri ilə örtülmüşdür. Sərt kıllar qurşaqların arxa kənarında yerləşir.
Telli zirehlilər
Telli zirehlilər (lat. Chaetophractus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Bu cins Cənubi Amerika üçün endemikdir. Argentina, Boliviya, Çili və Paraqvay kimi cənub ölkələrində yayılmışdır.
Çelsi oteli
Çelsi hoteli (ing. hotel Chelsea, həmçinin Chelsea hotel və ya sadəcə the Chelsea) — Nyu-York şəhərinin ən məşhur hotellərindən biri. Manhettenin Çelsi rayonu Yeddinci və Səkkizinci prospektlər arasındakı 23-cü küçədə yerləşir. Tünd qırmızı kərpicdən tikilən 13 mərtəbəli bu bina 1884-cü ildə inşa edilmiş və 1905-ci ilə qədər yaşayış kooperativi kimi istifadə olunurdu. Mehmanxana Nyu-Yorkda yerləşən ilk yer idi ki, ABŞ Tarixi Yerlərin Milli Reyestrinə əlavə olunmuşdur (1977-ci il). 2008-ci ildə Kann Film Festivalında Abel Ferraranın Çelsi hoteli və qonaqları haqqında çəkdiyi sənədli filmin premyerası baş tutmuşdur. hotelin otaqlarında Mark Tven, O. Henri, Dieqo Rivera ilə Frida Kalo, Jan Pol Sartr, Edit Piaf kimi məşhurlar qalmışdılar. Gəmi dokların yaxınlığı səbəbindən açılışdan sonra hotelin əsas müştəriləri qızlarla əylənmək istəyən dənizçilər idi və 1912-ci ildə "Titanik" in sağ qalan sərnişinləri məhz burada məskunlaşdırılmışdılar. Artur Klarkın 2001:Kosmik odisseya romanını burada yazmışdır. and poets Allen Ginsberg.
Əhməd Telli
Əhməd Telli (2 dekabr 1946, Çanqırı) — müəllim, şair, yazıçı. Əhməd Telli 1946-cı ilin dekabr ayında Çanqırının Əskibazar qəzasında anadan olmuşdur. Həsənoğlan və Kayseri Bazarhörən, Pınarbaşı müəllimlik məktəbində təhsil alıb. Müəllimlik məktəbindən sonra dörd il orta məktəb müəllimliyi, Qazi Təhsil İnstitunu bitirdikdən sonra isə Kastamon, İnebol, Doğanyudrda, Qırıqqalada və Ankara Atatürk Liseyində türk dili və ədəbiyyat müəllimliyi edib. 1981-ci ildə Qazi Təhsil İnstitutunda müəllim ikən hərbi vəziyyətə görə həbs olunaraq işdən çıxarıldı. Həmin il, TCK-nın 141,142 və 146-cı maddələrindən mühakimə olundu. 146-cı maddədən bəraət aldı. Ciyərhunun şeirlərinə yazdığı bir yazısına görə, 142-ci maddədən qısa müddətlik cəza aldı. Kitabxanaçılıq və naşirlik etdi, fərqli nəşriyyatlarda rəhbər və redaktor olaraq çalışdı. 1933-cü ildə məhkəmənin qərarıyla müəllimliyə geri döndü və təqaüdə çıxdı.
“İnturist” oteli
Sheraton Baku Intourist — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində otel. Beşulduzlu bu otel "Absheron Hotel Group"a aiddir. Yeni otel vaxtilə Bakıda mövcud olmuş "İnturist" mehmanxanasının arxitektura üslubunda inşa edilmişdir. Həmin mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən keçmiş "İnturist" mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanı olmuşdur. Hətta 1950–1960-cı illərdə Bakının ən məşhur hoteli "İnturist" idi. Sonra "Yeni İnturist" tikildi, bunun adı oldu "Köhnə İnturist". Sonra isə həmin mehmanxana sökülmüşdür və yerində başqa bir bina tikilmişdir. 2015-ci ildə tikintisi başa çatmış yeni otel isə köhnə "İnturist" barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Yeni otel təxminən əvvəlki "İnturist"in yerinə çox yaxın bir yerdə tikilmişdir.
Ruanda oteli
Ruanda oteli (ing. Hotel Rwanda) — Ruanda soyqırımı mövzusunda olan dram filmidir. 2004-cü ildə yayıma çıxan filin rejissoru Teri Corc'dur. Kanada, Böyük Britaniya, İtaliya və CAR firmaların birgə istehsalı olan bu filmin baş rolunu Don Çidl oynayır. Filmin rejissoru olan Teri Corc, A. Kitman Ho ilə birlikdə həmçinin filmin prodüserlərindəndir. Ruanda'nın paytaxtı Kiqali'dəki bəzi çəkimlər xaricində filmin böyük bir hissəsi CAR'da çəkilmişdir. Film Ruanda'da 1994-cü ildə Hutu və Tutsi etnik qrupları arasında çıxan və böyük bir sayda (təqribən 800.000) Tutsinin həyatının itirməsiylə başa çatan şiddət hadisələrini və qətliamı mövzuya alır və filmin ssenarisi Ruanda soyqırımı'ndaki həqiqi hadisələrə əsaslanmaqdadır. Baş qəhrəman Kiqali'dəki Hôtel des Mille Collines'in müdürü olan Hutu əsilli Pol Rusesabacina'dır.
Məhəmmədrəhim Mütəqqi İrəvani
Məhəmmədrəhim Mütəqqi İrəvani — İranlı sərmayədar, sahibkar və İranın Milli Ayaqqabı Fabrikasının qurucusu. Atası Mirzə Məhəmmədkazım Mütəqqi İrəvani, Şirazın məşhur tacirlərindən idi. O, 2006-cı ilin mart ayında Londonda vəfat edib.
Beşinci Prospekt oteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər. Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi. Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Ritz oteli (Paris)
“Ritç” (fr. Hôtel Ritz) — Parisin möhtəşəm otellərdən biri. Otel Ritç ilk dəfə 1898-ci ildə İsveçrə əsilli otelçi işadamı Sezar Ritç tərəfindən Vandom meydanının №15 ünvanında açılmışdır. Bu uğurlu başlanğıcdan sonra Sezar Ritç London və digər şəhərlərdə silsilə otellərini açmağa nail olur. XVIII əsirdə Arduen Mansar tərəfindən əsası qoyulmuş aristokratik iqamətgah üslubunda inşa edilmiş otel binasının müəllifi memarı Şarl Myui olmuşdur. O dövürdə “Ritç” yeganə otel idi ki, onun hər bir nömrəsi vanna otağı ilə təmin edilmişdir. Otel mətbəxinə cavabdeh isə əfsanəvi aşpaz Ogüst Eskofe olmuşdur.
Ritç oteli (Paris)
“Ritç” (fr. Hôtel Ritz) — Parisin möhtəşəm otellərdən biri. Otel Ritç ilk dəfə 1898-ci ildə İsveçrə əsilli otelçi işadamı Sezar Ritç tərəfindən Vandom meydanının №15 ünvanında açılmışdır. Bu uğurlu başlanğıcdan sonra Sezar Ritç London və digər şəhərlərdə silsilə otellərini açmağa nail olur. XVIII əsirdə Arduen Mansar tərəfindən əsası qoyulmuş aristokratik iqamətgah üslubunda inşa edilmiş otel binasının müəllifi memarı Şarl Myui olmuşdur. O dövürdə “Ritç” yeganə otel idi ki, onun hər bir nömrəsi vanna otağı ilə təmin edilmişdir. Otel mətbəxinə cavabdeh isə əfsanəvi aşpaz Ogüst Eskofe olmuşdur.
Məhəmməd Təqi
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə[d], Bağdad, Abbasilər xilafəti) —
Məkkə teli