Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.
İşırqan
İşırqan (lat. Galeopsis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Tetrahit Adans.
Irmak iyesi
Sırma xatun
Sırma Xatun - türk və altay mifologiyasında əfsanəvi qadın. Yanında qırx qızdan ibarət olan dilbərlər vardır. Adı, boyu uzun Burla Xatun və saçı uzun Sırma Xatun şəklində (başqa bir xarakterlə birlikdə) əfsanələrdə keçir. Gözəl qadın anlayışı Türk əfsanələrimndə belə ifadə edilir: Küləkdə saz kimi yellənən, ipək saçlı, samur saçlı, saçı üç hörgülü, al yanaqlı, su kimi duru üzlü, qu kimi uzun boyunlu, incə belli, sərvi boylu... (Sır) kökündən törəmişdir. Parlaq gümüş tel deməkdir. Sır, şüşə mənasını verər.
Çağan Irmak
Çağan İrmak (4 aprel 1970, Səfərihisar, İzmir ili) - türk rejissor və ssenarist. 4 aprel 1970-ci ildə İzmirdə anadan olub.
Şırnak
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Şirak
Şirak mərzi — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Şirak — İndiki Ermənistanın şimal-qərb tərəfində yayla. Şirakavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Şirak Beynəlxalq Hava Limanı — Ermənistan Respublikasında beynəlxalq hava limanı.
Adi işırqan
Adi işırqan (lat. Galeopsis tetrahit) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇şırqan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galeopsis nodosa (Moench) Gray Galeopsis tetrahit subsp. parviflora Ehrh.
İşimaki dağı
İşimaki dağı (石巻山, İşimaki-san) – Yaponiyanın Ayçi prefekturasının Toyohaşi şəhərində yerləşən dağ. İşimaki dağının böyük hissəsi əhəng daşından təşkil olunmuşdur. Hündürlüyü 358 metrdir və şəhərin ən hündür nöqtəsidir. Zirvəsində qıjı və topulqa yetişir. Dağın zirvəsi Milli Təbiət Abidəsi statusundadır. Burada şintoist məbədi, təbiətşünaslıq muzeyi, onsenlər və ryokan yerləşir. İşimaki dağı bir çox əfsanə və rəvayətlə tanınır. Əfsanələrin birinə görə bu dağın zirvəsinə dırmaşandalar "yeni mənliklərində" yenidən doğulurlar. Şuqendo keşişləri aydınma üçün axtarış praktikasını bu dağda icra edirdilər. Digər bir əfsanə Daydarabotçi adlı mifoloji nəhənglə bağlıdır.
Aşağı Ismak (Xaybulla)
Aşağı Ismak kəndi (başq. Түбәнге Ысмаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Aşağı Ismak kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 49 km., kənd sovetliyindən (Ufa): 1 km. ən yaxın dəmiryol stansiyasından (Sıbay stansiyası): 87 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Mahmud Sadi Irmak
Mahmud Sədi İrmaq (15 may 1904, Konya Seydişəhər - 10 noyabr 1990 İstanbul), Türkiyəli tibb həkimi və siyasətçi, millət vəkili. == Həyatı == Sədi İrmaq 1904-cü ildə Konya Seydişəhərdə anadan olub. Vəkil Səbri bəy və Səliha xanımın oğludur. İbtidai təhsilini, Rüşdiyyəni və Konya Sultanisi liseyini birinciliklə bitirərək biologiya müəllimi olub. Eyni ildə İstanbul Universitetinin İstanbul Tibb fakültəsinə daxil olub. 1923-cü ildə İstanbul Universitetində tələbə olduğu illərdə universitetin Dövlət Bursu proqramı ilə Avropaya tələbə göndəriləcəyi ilə bağlı elanı universitetin divarlarında görüb elana baş vurub və baş vuran 150 nəfər içindən seçilən 11 insandan biri olur. Bununla da Berlin Universitetində tibb və biologiya təhsili alaraq 1929-cu ildə çox yaxşı dərəcə ilə tibb doktoru olub. Hagen və Düsseldorf xəstəxanalarında köməkçi olaraq işləyib, öz ölkəsinə döndükdən sonra Ankara Hökumət Təbibliyi və Gazi Tərbiyə İnstitutunda biologiya müəllimi olaraq çalışıb. 1933-cü ildə İstanbul Tibb fakültəsində dosent elmi dərəcəsi alıb. 1940-cı ildə isə fiziologiya professoru olub.
Araköy (Şırnak)
Araköy — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Kerun və ya Keyrun kimi tanınır.
Atbaşı (Şırnak)
Atbaşı — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1929-cu il qeydlərindədir kürdmənşəli Sərdə kimi tanınır. 2000-ci ildən sonra PKK münaqişəsi səbəbilə boşaldılan kənd 2010-cu ildə "Kəndə Qayıdış və Bərpa Layihəsi" çərçivəsində yenidən məskunlaşmağa açılmışdır.
Ağçay (Şırnak)
Ağçay — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Ağçay əvvəllər məzra olmuş, 2015-ci ildə kənd statusu almışdır.
Balverən (Şırnak)
Balverən — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda bəldə. == Tarixi == 27 yanvar 1994-cü ildə bələdiyyə statusu alaraq bəldəyə çevrilmişdir.
Bağpınar (Şırnak)
Bağpınar — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin adı 1865-ci il qeydlərində Cinnit və ya Cinit kimi qeyd olunur.
Başağac (Şırnak)
Başağac — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Məndəkəran kimi tanınır. 1987-ci ildə PKK münaqişəsi səbəbilə boşaldılan kənd 1999-cu ildən sonra baş nazir Vülənd Ecevitin təşəbbüsü ilə yenidən məskunlaşdırlldığı üçün xalq arasında "Ecevit Köyü" kimi tanınır.
Cevizdüzü (Şırnak)
Cevizdüzü — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1916-cı il qeydlərində Cevana və ya Cifana kimi qeyd olunur.
Dağqonaq (Şırnak)
Dağqonaq — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində Nereh və ya Nerh kimi tanınır. 1993-cü ildən sonra PKK münaqişəsi səbəbilə boşaldılan 2006-cı ildə "Kəndə Qayıdış və Bərpa Layihəsi" çərçivəsində yenidən məskunlaşmağa açılmışdır.
Güneycə (Şırnak)
Güneycə — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1946-cı il qeydlərində Banibotyan olmuşdur. "Banêbotiyan" sözü kürdcə "Botan damları" deməkdir. 1993-cü ildə PKK münaqişəsi səbəbilə boşaldılan kənd 2006-cı ildə "Kəndə Qayıdış və Bərpa Layihəsi" çərçivəsində yenidən məskunlaşmağa açılmışdır.
Güneyçam (Şırnak)
Güneyçam — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Navyan kimi tanınır. 1993-cü ildə PKK münaqişəsi səbəbilə boşaldılan kənd 2006-cı ildə "Kəndə Qayıdış və Bərpa Layihəsi" çərçivəsində yenidən məskunlaşmağa açılmışdır.
Kasrik (Şırnak)
Kasrik — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda bəldə. == Tarixi == 26 dekabr 1998-ci ildə bələdiyyə statusu alaraq bəldəyə çevrilmişdir.
Keçidboyu (Şırnak)
Keçidboyu — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1946-cı il qeydlərində kürdcə "quyu" mənasını verən Biryan kimi qeyd olunur.
Körüklüqaya (Şırnak)
Körüklüyüqaya — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == 1965-ci ildən əvvəlki mənbələrdə kəndin adı Nihik kimi qeyd olunur. Kəndin adı sonradan dəyişdirilərək "Körüklüqaya" qoyulmuşdur. Əvvəllər Siirt vilayətinin Eruh rayonuna bağlı olan kənd 29 aprel 2017-ci ildə Şırnak vilayətinin Mərkəz rayonuna birləşdirilmişdir.
Qoçbəyi (Şırnak)
Qoçbəyi — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı Davudlu olmuş, 1928-ci il qeydlərində Mendişan adlanır.
Qumçatı (Şırnak)
Qumçatı — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda bəldə. == Coğrafiyası == Şırnak şəhər mərkəzinə 20 dəqiqə km məsafədədir.
Qırxquyu (Şırnak)
Qırxquyu — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci ilin qeydlərində Deştelalan olmuşdur. Kürdcə "deştê lalan" ifadəsi "gəlincik tarlası" deməkdir.
Toptəpə (Şırnak)
Toptəpə — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1929-cu il qeydlərində Avkamasiya olmuşdur. Kürdcə "avqa masiyan" ifadəsi "balıqlı su" deməkdir.
Yeniaslanbaşar (Şırnak)
Yeniaslanbaşar — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Ştivişkir kimi qeyd edilmiş, 1968-ci ilin qeydlərində Sandallı adlanır.
Yoğurtçular (Şırnak)
Yoğurtçular — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 474-ci il qeydlərində süryani dilində "səkkizlər" mənasını daşıyan Tmnis və ya Tmenin, 579-un qeydlərində Təmənon, 1220-ci ilin qeydlərində ərəbcə "səkkiz" və ya "səksən" mənasını verən Səmanun, 1928-ci il qeydlərində kürdcə "səkkiz" və ya "səksən" mənasını verən Heştan kimi qeyd olunur.