Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.
Irmak iyesi
Sırma xatun
Sırma Xatun - türk və altay mifologiyasında əfsanəvi qadın. Yanında qırx qızdan ibarət olan dilbərlər vardır. Adı, boyu uzun Burla Xatun və saçı uzun Sırma Xatun şəklində (başqa bir xarakterlə birlikdə) əfsanələrdə keçir. Gözəl qadın anlayışı Türk əfsanələrimndə belə ifadə edilir: Küləkdə saz kimi yellənən, ipək saçlı, samur saçlı, saçı üç hörgülü, al yanaqlı, su kimi duru üzlü, qu kimi uzun boyunlu, incə belli, sərvi boylu... == Etimologiya == (Sır) kökündən törəmişdir. Parlaq gümüş tel deməkdir. Sır, şüşə mənasını verər.
Çağan Irmak
Çağan İrmak (4 aprel 1970, Səfərihisar, İzmir ili) - türk rejissor və ssenarist. == Həyatı == 4 aprel 1970-ci ildə İzmirdə anadan olub.
Aşağı Ismak (Xaybulla)
Aşağı Ismak kəndi (başq. Түбәнге Ысмаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Aşağı Ismak kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 49 km., kənd sovetliyindən (Ufa): 1 km. ən yaxın dəmiryol stansiyasından (Sıbay stansiyası): 87 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Mahmud Sadi Irmak
Mahmud Sədi İrmaq (15 may 1904, Konya Seydişəhər - 10 noyabr 1990 İstanbul), Türkiyəli tibb həkimi və siyasətçi, millət vəkili. == Həyatı == Sədi İrmaq 1904-cü ildə Konya Seydişəhərdə anadan olub. Vəkil Səbri bəy və Səliha xanımın oğludur. İbtidai təhsilini, Rüşdiyyəni və Konya Sultanisi liseyini birinciliklə bitirərək biologiya müəllimi olub. Eyni ildə İstanbul Universitetinin İstanbul Tibb fakültəsinə daxil olub. 1923-cü ildə İstanbul Universitetində tələbə olduğu illərdə universitetin Dövlət Bursu proqramı ilə Avropaya tələbə göndəriləcəyi ilə bağlı elanı universitetin divarlarında görüb elana baş vurub və baş vuran 150 nəfər içindən seçilən 11 insandan biri olur. Bununla da Berlin Universitetində tibb və biologiya təhsili alaraq 1929-cu ildə çox yaxşı dərəcə ilə tibb doktoru olub. Hagen və Düsseldorf xəstəxanalarında köməkçi olaraq işləyib, öz ölkəsinə döndükdən sonra Ankara Hökumət Təbibliyi və Gazi Tərbiyə İnstitutunda biologiya müəllimi olaraq çalışıb. 1933-cü ildə İstanbul Tibb fakültəsində dosent elmi dərəcəsi alıb. 1940-cı ildə isə fiziologiya professoru olub.
İşırqan
İşırqan (lat. Galeopsis) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Şırnak
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Şirak
Şirak mərzi — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Şirak — İndiki Ermənistanın şimal-qərb tərəfində yayla. Şirakavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Şirak Beynəlxalq Hava Limanı — Ermənistan Respublikasında beynəlxalq hava limanı.
Adi işırqan
Adi işırqan (lat. Galeopsis tetrahit) - i̇şırqan cinsinə aid bitki növü. == Sinonim == Galeopsis alpicola Nyman Galeopsis beckii (K.Malý) Dalla Torre & Sarnth. Galeopsis crenatifolia Sennen Galeopsis gacognei Nyman Galeopsis glaucocerata P.Fourn. Galeopsis grandiflora Suter [Illegitimate] Galeopsis ionantha Borbás Galeopsis lactiflora Borbás Galeopsis laramberguei Martrin-Donos Galeopsis leucantha Jord. Galeopsis michelianae Turra Galeopsis neglecta Schult. Galeopsis nodosum (Moench) Gray [Illegitimate] Galeopsis persetosa Borbás Galeopsis praecox Jord. Galeopsis pseudotetrahit P.Fourn. Galeopsis reichenbachii Reut. Galeopsis silvestris Borbás Galeopsis subtatrensis Borbás Galeopsis tetrahit f.
İşimaki dağı
İşimaki dağı (石巻山, İşimaki-san) – Yaponiyanın Ayçi prefekturasının Toyohaşi şəhərində yerləşən dağ. == Xüsusiyyətlər == İşimaki dağının böyük hissəsi əhəng daşından təşkil olunmuşdur. Hündürlüyü 358 metrdir və şəhərin ən hündür nöqtəsidir. Zirvəsində qıjı və topulqa yetişir. Dağın zirvəsi Milli Təbiət Abidəsi statusundadır. Burada şintoist məbədi, təbiətşünaslıq muzeyi, onsenlər və ryokan yerləşir. == Əfsanələr == İşimaki dağı bir çox əfsanə və rəvayətlə tanınır. Əfsanələrin birinə görə bu dağın zirvəsinə dırmaşandalar "yeni mənliklərində" yenidən doğulurlar. Şuqendo keşişləri aydınma üçün axtarış praktikasını bu dağda icra edirdilər.Digər bir əfsanə Daydarabotçi adlı mifoloji nəhənglə bağlıdır. Dağın yamacında yerləşən ayaq izinə oxşar quruluş ona aid edilir.
Şirman binası
Şirman binası (rus. Дом М. В. Ширмана) — Rostov-na-Donu şəhərinin ərazisində, mühəndis Arutyan Xristoforoviç Zakievin layihəsi əsasında 1911-ci ildə inşa edilmiş bina. Bina Voroşilov prospekti, Suvorov küçəsində yerləşir. Şirman binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Gəlirli ev olaraq bina mühəndis Arutyan Xristoforoviç Zakievin layihəsi əsasında 1911-ci ildə inşa edilmişdir. 1920-ci ildə sovet hökuməti qurulduqdan sonra bina milliləşdirildi və "Mətbəə evi" kimi istifadə edilir. Burada Rostov proletar yazıçıların assosasiyası və "Molot qəzeti" işçiləri fəaliyyət göstərmişdir. 1922-ci ildə Rostovda ilk pioner dəstəsi olan "Spartak" qurulmuşdur. 28 noyabr 1926-cı ildə "Mətbəə evində" Vladimir Vladimiroviç Maykovski çıxış etmişdir. Böyük Vətən müharibəsi öncəsi bina SSRİ. təhlükəsizlik orqanlarının balansında olur.
Şirman xulu
Şirman xulu (lat. Ponticola syrman) — xullar fəsiləsinin ponticola cinsinə aid balıq növü. == Yayılması == Mərmərə, Qara, Azov və Xəzər dənizi hövzələrində, limanlarda, bəzi çayların aşağı axarlarında, seyrək hallarda su anbarlarında yayılmışdır.Dənizdə yalnız tapılmışdır, lakin bəzi ərazilərdə haşiyələr daxildir. Abşeronun cənub hissəsində və Küryanı rayonda çoxsaylı, Samurdan Siyəzənə və Şıx sahəsindən Kürün Züd-ost qoltuğuna qədər azsaylıdır. == Morfoloji əlamətləri == Bədəni axımlı, başı uzunsov, lövhəvarıdır. Üstdən yüngülcə basıqdır, ağzı iridir. Yaşlı fərdlərdə qarın sormacında yaxa pərləri kütdür. İkinci bel üzgəcinin hündürlüyü arxa uca doğru artır. Bədənin böyürlərində adətən, şahmat şəklində düzülmüş, iri bozumtul qonur xallar olur. Uzunluğu 20 sm-dən artıq deyil.
Şırnak ili
Şırnak ili — Türkiyədə il. == Əhali == Əhalisi — 353 000 nəfərdir, (2000). Əhalinin əksəriyyəti — kürdlərdir. İri şəhərlərі — Şırnak, Cizre, Silopi. == İnzibati bölgüsü == Şırnak 7 ilçəyə bölünür.
Jak Şirak
Jak René Şirak (fr. Jacques René Chirac, fransız: [ʒak ʁəne ʃiʁak] ( dinlə); 29 noyabr 1932[…], 5-ci Paris dairəsi[d] və ya Paris – 26 sentyabr 2019[…], Parisin 6-cı rayonu[d] və ya Paris) — Fransız siyasətçisi, Fransa Respublikasının 22-ci Prezidenti, (1995–2007). == Həyatı == Fransanın siyasi və dövlət xadimi. 1974–1976 və 1977–1986-cı illərdə Fransanın Baş naziri, 1988–1995-ci illərdə Paris şəhərinin meri olub. 1974–1976-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik İttifaqı Partiyasının Baş katibi, 1976-cı ildən Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədridir. 1995-ci ildə Fransa Respublikasının Prezidenti seçilmişdir. === Təhsil və karyera başlanğıcı === Şirakın valideynləri, Abel Fransua Şirak (1893–1968) və Marie-Louise Vallette (1902–1973), əslən Fransanın cənubundakı Correz şöbəsindən, onun hər iki babası müəllim idi, sonrakı əcdadları da Limousin kəndliləri. Soyadı Occitan'dan gəlir. Ailənin yeganə sağ qalan uşağı (bacısı körpəlikdə ölmüşdür). Carnot və Böyük Liseydə təhsil almışdır.
Şirak mərzi
Şirak mərzi (erm. Շիրակ) — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Ölkənin şimal-qərbində yerləşən mərz şərqdən Loru, cənubdan Araqacotn mərzləri ilə, qərbdən Türkiyə, şimaldan isə Gürcüstan respublikaları ilə həmsərhəddir. Mərzin mərz mərkəzi Gümrü şəhəridir. Şirak mərzi 1995-ci ildə Amasiya rayonu, birləşməsi nəticəsində əmələ gəlmişdir.
Vyetnam müharibəsində beynəlxalq iştirak
Vyetnam müharibəsində beynəlxalq iştirak — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Şimali Vyetnam və Cənubi Vyetnamdan kənar dövlətlərin iştirakı. Vyetnam müharibəsi dünyanın bir çox ölkəsini əhatə etmişdi. Şimali Vyetnama Şərq bloku, Cənubi Vyetnama isə ümumiyyətlə Qərb bloku dövlətləri dəstək verirdi. == Hanoy tərəfindən == === ÇXR === 1950-ci ildə Çin Xalq Respublikası Vyetnam Demokratik Respublikasına diplomatik tanınma elan etmiş və Vyetnam Demokratik Respublikasına ağır silahlar, habelə Lo Quybonun başçılıq etdiyi hərbi müşavirlərini Vyetminə Fransa ilə müharibədə kömək etmək üçün göndərmişdi. 1954-cü il Cenevrə razılaşmasının ilk layihəsi Fransanın baş naziri Pyer Mendes-Fransa və Çinin Baş naziri Çjou Enlay tərəfindən müzakirə edilmişdi. Çin ABŞ-nin müdaxiləsini gördükdən sonra Vyetmini 17-ci paraleldə bölünməyi qəbul etməyə çağırmışdı.:54–55 === SSRİ === Cənubi Çin dənizində yerləşdirilmiş SSRİ gəmiləri Cənubi Vyetnamda VXO və CVMAC qüvvələrinə həyati əhəmiyyətli erkən xəbərdarlıqlar etmişdir. Sovet kəşfiyyat gəmiləri Okinava və Quamdan uçan Amerika B-52 bombardmançılarını izləyirdi. Onların hava sürəti və istiqaməti qeyd olunur, sonra Şimali Vyetnamın cənub qərargahı olan Cənubi Vyetnam üzrə Mərkəzi İdarəyə ötürülürdü. CVMİ analitikləri hava sürətindən və istiqamətdən istifadə edərək bombalama hədəfini hesablayır, istənilən aktivlərə "hücum trayektoriyasına perpendikulyar" hərəkət etməyi əmr edirlər. Bu qabaqcadan xəbərdarlıqlar onlara bombardmançıların yolundan çəkilmək üçün vaxt verir və bombardmanlar böyük ziyana səbəb olsa da, 1968-ci ildən 1970-ci ilə qədər erkən xəbərdarlıqlara görə qərargah komplekslərində bir nəfər də olsun hərbi və ya mülki lideri öldürməmişdilər.Sovet İttifaqı Şimali Vyetnamı tibbi ləvazimatlar, silahlar, tanklar, təyyarələr, helikopterlər, artilleriya, zenit raketləri və digər hərbi texnika ilə təmin edirdi.
Jak Röne Şirak
Jak René Şirak (fr. Jacques René Chirac, fransız: [ʒak ʁəne ʃiʁak] ( dinlə); 29 noyabr 1932[…], 5-ci Paris dairəsi[d] və ya Paris – 26 sentyabr 2019[…], Parisin 6-cı rayonu[d] və ya Paris) — Fransız siyasətçisi, Fransa Respublikasının 22-ci Prezidenti, (1995–2007). == Həyatı == Fransanın siyasi və dövlət xadimi. 1974–1976 və 1977–1986-cı illərdə Fransanın Baş naziri, 1988–1995-ci illərdə Paris şəhərinin meri olub. 1974–1976-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik İttifaqı Partiyasının Baş katibi, 1976-cı ildən Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədridir. 1995-ci ildə Fransa Respublikasının Prezidenti seçilmişdir. === Təhsil və karyera başlanğıcı === Şirakın valideynləri, Abel Fransua Şirak (1893–1968) və Marie-Louise Vallette (1902–1973), əslən Fransanın cənubundakı Correz şöbəsindən, onun hər iki babası müəllim idi, sonrakı əcdadları da Limousin kəndliləri. Soyadı Occitan'dan gəlir. Ailənin yeganə sağ qalan uşağı (bacısı körpəlikdə ölmüşdür). Carnot və Böyük Liseydə təhsil almışdır.
Şirak Beynəlxalq Hava Limanı
Şirak Beynəlxalq Hava Limanı — (erm. Շիրակ Օդանավակայան) (BMAT: UDSG, BHNA: LWN) — Ermənistan Respublikası Şirak mərzinin mərz mərkəzi Gümrü şəhərindən 5 km məsafədə yerləşən beynəlxalq hava limanı. Ermənistanın Rusiyadan aldığı 4 ədəd Su-30 qırıcıları Şirak hava limanında yerləşdiriləcək. == Tarixi == Açılışı 1961-ci ildə olan hava limanı Ermənistanda Zvartnots Beynəlxalq Hava Limanından sonra ikinci ən böyük hava limanıdır. Hava limanının 3 220 metrlik uçuş-enmə zolağı və 2-ci Kateqoriya işıq siqnal sistemi vardır. Mülki aviasiyanın yeganə alternativ aeroportu kimi, o, Zvartnos üçün prioritet alternativ hava limanıdır. "Şirak" Gümrü aeroportu yerli əhəmiyyətli hava limanıdır və Moskva, Rostov-na-Don, Soçi, Yekaterinburq və Krasnodar kimi istiqamətlərə xidmət edir. Ermənistan müstəqillik qazandıqdan sonra regionda iqtisadiyyatın tənəzzülü və zəlzələnin davamlı nəticələri səbəbindən "Şirak" aeroportuna uçuşlara tələbat məhduddur. Hər iki əsas hava limanının eyni şirkət tərəfindən istismar edilməsinə baxmayaraq, Gümrüdə aviadaşıyıcıları cəlb etmək çətin olacaq, ona görə sərnişinlər üçün daha aşağı gediş tarifləri və ya daha rahat şərtlər təklif edilir. Hazırda Gümrü Aeroportundan ucuz aviadaşıyıcıların çarter uçuşları həyata keçirilir.