Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İqor Rımaruk
İqor Rımaruk (ukr. Ігор Миколайович Римарук, 4 iyul 1958 – 3 oktyabr 2008, Lvov) — ukraynalı şair. Taras Şevçenko adına Milli Mükafat laureatı (2002). Ukrayna Yazıçılar Assosiasiyasının prezidenti və Mədəniyyət nazirinin kitab nəşri üzrə müşaviri (2007). 4 iyul 1958-ci ildə Myakotı kəndində (indiki Ukraynanın Xmelnitski vilayəti, İzyaslavski rayonu.) anadan olub. Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib (1979). 1978-ci ildə "Dnepr" (ukr. «Дніпро») jurnalında debüt edir. O, “Suçasnist” (ukr. «Сучасність») jurnalının baş redaktoru, “Dnepr” nəşriyyatının müasir Ukrayna ədəbiyyatı redaksiyasının rəhbəri, Ukrayna Milli Yazıçılar Birliyinin üzvü (1984), Ukrayna Yazıçılar Assosiasiyasının vitse-prezidenti kimi səlahiyyətli vəzifələrdə çalışıb.
Limerik
Limerik (ing. Limerick) — İrlandiyada şəhər-qraflıq. Limerik (Manster vilayəti) və Kler qraflıqları arasında yerləşir. İri ticarət və inzibati mərkəzdir, əhalisinin sayına görə (70 min) İrlandiyada üçüncü şəhərdir.
Samarin
Samarin - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il siyahıya alınmaya görə kənddə 3.146 nəfər yaşayır (711 ailə). Kəndin yerliləri bu kəndi 7 qismə bölürlər ki bunlardan ibarətdir: Hüseynabad Orta Küçə Pir Qollu Cəbrayıl Qaraxanlı Sadıqlı Hüseyn Allı Gərək bunuda artıraq ki hər məhəllədə yuxarıda adları çəkilən tayfalara özəldir. Sultan Xoca Əli Türbəsi: Məqbərəninin tikintisi ilkdə suvaqdan olsa da 1996-cı ilin zəlzələsində tam darmadağın olub və sonra kərpiçdən üzərində yeni bir bina tikilibdir. Kənddə yerləşən üç meşə ağacı ki onların ömürləri min ildəndə daha çoxdur və Xoca Əli türbəsinin yanında yerləşiblər. Üç Otaq adında bir əski köhül ki onun içində əvvəliyyə insanlar yaşayarmışlar. Zərdüştilərdən qalan bir neçə qəbir Daşdan salınmış böyük və əski heykəllər Çox sayda bağ və ağaclıqlar o cümlədən qoz bağları. Əski dəyirmanlar Bir neçə şəlalə Cəbrayıl Bulağı Mehdi Bulağı Qalacıq piri Kəndin ürünlü əkin yerləri və yaşıl tarlalar.
Simalia
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
İsmarıc
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
İsmarış
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Ismaria
Brickellia (lat. Brickellia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Barroetea A.Gray Bulbostylis DC. Clavigera DC. Coleosanthus Cass. Ismaria Raf. Kuhnia L. Phanerostylis (A.Gray) R.M.King & H.Rob.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
İmari
İmari (伊万里, Imari) — Yaponiyanın Kyuşu bölgəsində, Saqa prefekturasında yerləşən şəhər. 2018-ci ilin martının məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Şəhərin sahəsi 254,99 km²-dir. Edo dövründə şəhər dulusçuluq sahəsində inkişaf etmişdir. Meyci dövründən 1955-ci ilə kimi kömür ixrac etmişdir. Şəhər müasir inzibati statusunu 1 aprel 1889-cu ildə əldə etmişdir. 1 aprel 1954-cü ildə İmari, Yamaşiro şəhərləri, Higaşiyamashiro, Kurokava, Hatatsu, Minamihata, Okava, Matsura və Niri qəsəbələri birləşərək vahid İmari şəhərini əmələ gətirmişdirlər. Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının qərbində, İmari çayının mənsəbində yerləşir. Yaxınlıqdakı dağlar: Haçiman, Eboşi, Seyra. Çaylar: Matsura, İmari, Hara, Kurotake, Arita.
Somatik hüceyrə
Somatik hüceyrə — bir hüceyrə (qədim yunan σῶμα somasından, yəni "bədən" mənasını verir) cinsiyyət hüceyrəsi, qametosit və ya fərqlənməmiş kök hüceyrə xaricində çoxhüceyrəli bir orqanizmin bədənini meydana gətirən hər hansı bir bioloji hüceyrədir . Bir orqanizm cisminin tərkibində iştirak edən və ikili bölünmə və mitotik bölünmə prosesində bölünən hüceyrə somatik hüceyrə adlanır. Bunun əksinə olaraq, qametlər cinsi çoxalma zamanı birləşən hüceyrələrdir, cücərmə hüceyrələri qametləri əmələ gətirən hüceyrələrdir və kök hüceyrələr mitoz yolu ilə bölünərək müxtəlif ixtisaslaşmış hüceyrə tiplərinə ayrılan hüceyrələrdir. Məsələn, məməlilərdə somatik hüceyrələr bütün daxili orqanları, dəri, sümüklər, qan və birləşdirici toxuma təşkil edirsə, məməlilərin cücərmə hüceyrələri sperma və yumurta əmələ gətirir, bu da mayalanma zamanı birləşərək ziqota adlı bir hüceyrə əmələ gətirir və fərqləndirir. İnsan bədənində təxminən 220 növ somatik hüceyrə var. Nəzəri olaraq bu hüceyrələr cinsi hüceyrələr deyil. Mutasiyalarını hüceyrə nəsillərinə (varsa) ötürürlər, ancaq orqanizmin nəsillərinə deyil. Bununla birlikdə, süngərlərdə fərqlənməmiş somatik hüceyrələr cücərmə xəttini meydana gətirir və Knidariyada fərqli somatik hüceyrələr cücərmə xəttinin mənbəyidir. Mitotik hüceyrə bölgüsü yalnız diploid somatik hüceyrələrdə müşahidə olunur. Cinsiyyət hüceyrələri kimi yalnız bir neçə hüceyrə çoxalmada iştirak edir.
Şahin Sinaria
Şahin Sinaria - yazıçı, tərcüməçi. Şahin Ərşad oğlu Əliyev 1965-ci ildə Laçın rayonunda anadan olub. Bakıda Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirib, sonra isə Tiflis Kino Akademiyasını bitirib. 1990-cı ildə Sankt-Peterburqa "Lenfilm"də işləməyə dəvət alıb və bir film çəkibdir, lakin filmin nümayişinə icazə verilməyərək qadağa qoyulub. 1995-ci ildən Fransada yaşayan Şahin Sinarianın fransız dilində bir neçə kitabı dərc olunub. 10-dək əsəri teatrlarda səhnələşdirilib. 2005-ci ildə pyeslərinə görə Avropa ssenaristləri müsabiqəsinin qalibi olub. Azərbaycan yazıçılarından Cəlil Məmmədquluzadənin, Elçin Əfəndiyevin, Ramiz Rövşənnin, Rəşad Məcidin kitablarını fransız dilinə tərcümə etmiş. Fransada Ayaz Salayevin, Bəxtiyar Xanızadənin, Mehriban Zəkinin gecələrini təşkil etmiş, Fransada Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun, ədəbiyyatının təbliğində çox böyük işlər görmüşdür. Şahin Sinaria aktyor kimi fəaliyyət göstərməsə də öz əsərlərini bir çox teatrlarda səhnələşdirmişdir.
Şimalın Venesiyası
Şimalın Venesiyası — Şimali Avropa və ya Şimali Amerikada kanalları olan müxtəlif şəhərlərə verilən ümumi ad. Bu ad İtaliyanın öz kanalları ilə tanınan Venesiya şəhərinə istinad edir. Bəzi şəhərlər (məsələn, Amsterdam) əsrlərdir bu statusa malik olduğu halda, digər bir sıra şəhərlər (məsələn, Birminhem) yaxın keçmişdə bu ləqəblə tanınmağa başlayıb.
Janna Samari
Aktrisa Janna Samarinin portreti (fr. Portrait de Jeanne Samary) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1877-cı ildə çəkilmiş rəsm əsəri. Janna Samarinin bu portreti rəssamın bütün yaradıcılığında ən impressionist portretlərdən biri hesab olunur, eyni zamanda gülümsünən və dalğın qadın zərif mavi-yaşıl donunda çəhrayı fonda təsvir edilmişdir. Rəssamın iş üslubu çox sərbəstdir, bəzən bu hal lap saymazyanalığa qədər öz əksini tapır, lakin elə bunun özü qeyri-adi təzəlik, ruhən aydınlıq və sakitlik ovqatı yaradır.
Müharibənin siması
"Müharibənin siması" (isp. La Cara de la Guerra) — ispan rəssamı Salvador Dalinin 1940-cı ildə çəkilmiş rəsm əsəri. Rotterdam şəhərində yerləşən Boymans Van Böningen muzeyində saxlanılır. Rəsm əsəri rəssamın səkkiz il yaşadığı və ümumdünya şöhrətinin zirvəsinə çatdığı ABŞ-də çəkilmişdir. Əsərin süjeti qeyri-adi dərəcədə vahid istiqamətə malikdir. Dali burada "böhranlı paranoid üslubu"ndan daha çox simvolizmin vasitələrini qabardır. Kətan üzərində fısıldayan ilanlarla əhatə olunmuş, kəllə sümüyünə bənzər baş təsvir edilmişdir. Göz və ağız boşluğu da daxil olmaqla, başın hər üç dəliyində kəllə yerləşdirilmiş və onların da içi kəllələrlə işlənmişdir. Buna görə də baş "saysız-hesabsız ölümlə doldurulmuşdur". Əsərin aşağı sağ tərəfində Salvador Dalinin əl izini görmək mümkündür.
Siarak (Urmiya)
Siarak (fars. سيارك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (8 ailə).
Silark boğazı
Silark boğazı (ing. Sealark Channel) - Solomon adaları qurupuna daxil olan Quadakanal adası ilə Florida adalarını bir-birindən ayırır. Burada Tayvu burnu yerləşir. Üstəlik adalar arasında kiçik mərcan adaları vardır ki, onların sayəsində üç boğaz əmələ gəlir. Misal: Nqqela boğazı ,Silark və Lenqo boğazı. Bu boğazlar özləridə İndispenseybl boğazı və Ayron-Botton boğazını birləşdirirlər. Boğazın eni 2,7 km təşkil edir. Bu üç boğaz İkinci Dünya müharibəsinə qədər Silark boğazı adlanırdı.
Simarə İmanova
Simarə Cəmaləddin qızı İmanova (1975, Əliqullar, İmişli rayonu) — Qran-Pri mükafatçısı, xanəndə, Azərbaycan Respublikasının Xalq artisti (14 sentyabr 2012). 1975-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. 1994-cü ildə A.Zeynallı adına musiqi texnikumuna, xalq artisti Ağaxan Abdullayevin sinfinə daxil olmuşdur. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" festivalında, 46 ölkə müsiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri" yə layiq görülmüşdür. Festivaldan qayıtdıqdan sonra dahi öndərimiz Heydər Əliyev tərəfindən (1997-ci il) Əməkdar artist fəxri adına layiq görülmüşdür. Milli opera səhnəsində ən gənc Leyli obrazını canlandırmışdır. 1998-ci ilin martın 8-də "İlin qadını" mükafatına layiq görülmüşdür. Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrini bitirib, hal-hazırda həmin universitetdə müəllim işləyir. Bir çox xarici ölkələrdə, Fransa, ABŞ, Hollandiya, Cənubi Koreya, Özbəkistan, Gürcüstan, Rusiya, İran, Türkiyə, Almaniya və s. Ölkələrdə milli musiqimizi uğurla təmsil etmişdir.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı.
Şikari dastanı
Şikari dastanı – qəhrəmanlıq mövzusunda olan bu dastan islamiyyətin yayılması motivi əsasında yaranmışdır. Dastan keçən əsrin 60–70-ci illərindən etibarən Təbriz aşıqları tərəfindən sürəkli repertuarlara salınmış, ancaq dastanın həcmi böyük olduğundan yalnız müəyyən qolları məclislərdə aşıqlar tərəfindən söylənilmişdir. Dastanın tam variantda ifa edilməməsi nəticədə müxtəlif mətnlər arasında əlaqəsizliyə gətirib çıxarmış, daha sonrakı mərhələdə tam mətninin toplanılmasında müəyyən çətinliklər yaratmışdır. Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənən "Şikari" dastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanmışdır. "Şikari" dastanı ənənəvi qəhrəmanlıq dastanlarına uyğun çoxşaxəli qollar üzərində qurulmuşdur. Dastanın məzmunu şah Daranın oğlu Şikarinin İslam dinini yaymaq uğrunda mübarizəsi ilə bağlı olaraq müxtəlif ölkələrə səyahətini, eyni zamanda ailə-məişət məslələrinin də yer aldığı hadisələri əhatə edir. "Şikari"də hadisələrin inkişaf nöqtəsi bir çox dastan və nağıllarda motivləşən iki qardaşın rəqabətindən başlanır. Belə ki, Rum şahı Daranın Ərçə adlı oğlu qardaşı Şikarinin atası tərəfindən vəliəhd seçilməsini qəbul edə bilmir, ov bəhanəsiylə Şikarini saraydan uzaqlaşdırıb uzaq bir səhrada quyuya salır. Şah Daraya isə Şikarini ovda şirlərin parçalaması xəbərini verir. Keyvan tacir tərəfindən quyudan azad olunan Şikari onunla birlikdə ölkələri dolaşıb İslamı yaymaq uğrunda mübarizəyə qoşulur.
Şimali Afrika
Şimali Afrika (ərəb. شمال أفريقيا‎, ( kabil dili — Tafriqt ugafa) — 10 milyon kvadrat kilometr ərazini əhatə edən, Afrika qitəsinin şimal hissəsində yerləşən sahə. Çox hissəsini Saxara səhrası tutur. Ərazidə aşağıdakı ölkələr yerləşir: Misir Liviya Əlcəzair Tunis Mərakeş Mavritaniya Qərbi Saxara Sudan Bunların əksəriyyətinin ərazisi 1 milyon км²-dən çoxdur. Sudan və Əlcəzairin isə əraziləri 2 milyon км²-dən çoxdur. Kanar adaları, Eritreya, Həbəşistan və Madeyra da bəzən bu bölgəyə aid edilir.
Şimali Alföld
Şimali Alföld (mac. Észak-Alföld) — statistik (NUTS 2) Macarıstan regionu, Xaydu-Bixar, Yas-Nadkun-Solnok, Sabolç-Satmar-Bereq medyeler daxildir. Şimal-qərbdə Ukrayna , cənub və cənub-qərbdə Rumıniya ilə sərhəddir . Regionun sahəsi — 17729 km² (Şimali Alfölddən sonra ikinci ən böyük sahəsi). Əhalisi — 1,481,922 nəfərdir (2011-ci ilin məlumatları). Şimali Alföld Macarıstanın ən iqtisadi zəif bölgəsi sayılır. Xüsusi vergi və sənaye zonalarının yaradılmasına baxmayaraq, infrastrukturun olmaması səbəbindən bölgədə investisiyaların həcmi artmır. 2001-ci ildə işsizlik səviyyəsi 7,5% olmuşdur. Şimali Alföldin əsas hissəsi əkinçilikdə istifadə olunur, regionda inkişaf etmiş bir dərman sənayesi var. Şimali Alfölddə ən diqqət çəkən yerlərdən biri Xortobad Milli Parkıdır.
Şimali Rodeziya
Şimali Rodeziya — hazırda müstəqil Zambiya ölkəsi olan Mərkəzi Afrikanın cənubunda Britaniyanın protektoratı. 1911-ci ildə daha öncəki iki protektoratın, Barotzilandiya–Şimali-Qərbi Rodeziya və Şimal-Şərqi Rodeziyanın birləşməsiylə qurulmuşdur. O, ilkin olaraq, əvvəlki iki protektorat kimi, Britaniya Hökuməti adından nizamnamə şirkəti olan Britaniya Cənubi Afrika Şirkəti (BSAC) tərəfindən idarə olunurdu. 1924-cü ildən o, Britaniya hökuməti tərəfindən protektorat kimi, Britaniyanın idarə etdiyi digər protektoratlar ilə oxşar şərtlərdə və idarə olunduğu zaman tələb olunan xüsusi müddəalarla idarə olunur. BSAC nizamnaməsinə əsasən nizamnamə koloniyası xüsusiyyətlərinə malik olsa da, BSAC-ın yerli rəhbərlərlə müqavilələri və Britaniya qanunvericiliyi ona protektorat statusu verdi. Bölgə nisbətən az sayda avropalı köçkünləri cəlb etdi, ancaq onlar ilk dəfə siyasi təmsilçilik əldə etdikləri vaxtdan etibarən onlar ya ayrı bir qurum kimi, ya da Cənubi Rodeziya və ehtimal ki, Nyasalendlə əlaqəli olaraq ağ azlıqların hökmranlığı üçün təşviqat aparırdılar.
Şimali Vəziristan
Şimali Vəziristan (urdu شمالی وزیرستان), (ing. North Waziristan) — paytaxtı Miranşah şəhəri olan Pakistan İslam Respublikasının Hayber-Paxtunxva əyalətinin dairəsi. Sahəsi 11,585 km². Əhalisi 543,254 (2017). 31 may 2018-ci il tarixinə qədər o, Federal İdarə olunan Qəbilə Əraziləri daxilində bir agentlik idi. Şimali Vəziristan şimalda Kurram çayı (Toçi çayı) və cənubda Qomal çayı arasındakı Hayber-Paxtunxvanın qərb və cənub-qərbindəki ərazini əhatə edir. Miranşah Şimali Vəziristan bölgəsinin paytaxtıdır. Bannu şəhəri vilayətin şərqində, ən böyük şəhəri olan Xost isə sərhədin Əfqanıstan tərəfində yerləşir.
Şimali Sporadlar
Şimali Sporadlar (yun. Βόρειοι Σποράδες) — Egey dənizində, Yunanıstanın şərq sahillərində, Evbeyanın şimalında yerləşən arxipelaq. 14 ən böyük adadan yalnız 4-də məskunlaşmışdır. Onlar: Alonisos, Skiatos, Skiros, Skopelos.
Amarik Sərdaryan
Amarik Davreşoviç Sərdaryan (kürd. Emerîkê Serdar, erm. Ամարիկ Դավրեշի Սարդարյան; 8 fevral 1935, Kürd Pəmbi – 2018) — Ermənistan yazıçısı. Yezidiəsillidir. == Həyatı == Amarik Sərdaryanın valideynləri Davreş Sərdar və Seyrə Xudo kənd sakini idilər. Onun atası İkinci Dünya müharibəsində həlak olan zaman onun altı yaşı var idi. Sonra uşaqlığının qalan hissəsini anası Seyrənin himayəsində böyümüşdür. Artıq 15 yaşında yazıçılığa və jurnalistikaya maraq göstərmişdir. Sərdaryan orta təhsilini Alagöz kəndində almış, Xaçatur Abovyan adına Ermənistan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. Üç ay Alagöz kəndində işləmiş, burada erməni dili ilə yanaşı, kürd dili və ədəbiyyatından da dərs demişdir.