Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Limerik
Limerik (ing. Limerick) — İrlandiyada şəhər-qraflıq. Limerik (Manster vilayəti) və Kler qraflıqları arasında yerləşir. İri ticarət və inzibati mərkəzdir, əhalisinin sayına görə (70 min) İrlandiyada üçüncü şəhərdir.
Samarin
Samarin - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il siyahıya alınmaya görə kənddə 3.146 nəfər yaşayır (711 ailə). == Məhəllələr == Kəndin yerliləri bu kəndi 7 qismə bölürlər ki bunlardan ibarətdir: Hüseynabad Orta Küçə Pir Qollu Cəbrayıl Qaraxanlı Sadıqlı Hüseyn AllıGərək bunuda artıraq ki hər məhəllədə yuxarıda adları çəkilən tayfalara özəldir. == Görməli yerlər == Sultan Xoca Əli Türbəsi: Məqbərəninin tikintisi ilkdə suvaqdan olsada 1996-cı ilin zəlzələsində tam darmadağın olub və sonra kərpiçdən üzərində yeni bir bina tikilibdir. Kənddə yerləşən üç meşə ağacı ki onların ömürləri min ildəndə daha çoxdur və Xoca Əli türbəsinin yanında yerləşiblər. Üç Otaq adında bir əski köhül ki onun içində əvvəliyyə insanlar yaşayarmışlar. Zərdüştilərdən qalan bir neçə qəbir Daşdan salınmış böyük və əski heykəllər Çox sayda bağ və ağaclıqlar o cümlədən qoz bağları. Əski dəyirmanlar Bir neçə şəlalə Cəbrayıl Bulağı Mehdi Bulağı Qalacıq piri Kəndin ürünlü əkin yerləri və yaşıl tarlalar.
Simalia
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
İsmarıc
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
İsmarış
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. == Tarixi == 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
İmari
İmari (伊万里, Imari) — Yaponiyanın Kyuşu bölgəsində, Saqa prefekturasında yerləşən şəhər. 2018-ci ilin martının məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Şəhərin sahəsi 254,99 km²-dir. == Tarix == Edo dövründə şəhər dulusçuluq sahəsində inkişaf etmişdir. Meyci dövründən 1955-ci ilə kimi kömür ixrac etmişdir. Şəhər müasir inzibati statusunu 1 aprel 1889-cu ildə əldə etmişdir. 1 aprel 1954-cü ildə İmari, Yamaşiro şəhərləri, Higaşiyamashiro, Kurokava, Hatatsu, Minamihata, Okava, Matsura və Niri qəsəbələri birləşərək vahid İmari şəhərini əmələ gətirmişdirlər. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının qərbində, İmari çayının mənsəbində yerləşir. Yaxınlıqdakı dağlar: Haçiman, Eboşi, Seyra. Çaylar: Matsura, İmari, Hara, Kurotake, Arita.
Somatik hüceyrə
Somatik hüceyrə — bir hüceyrə (qədim yunan σῶμα somasından, yəni "bədən" mənasını verir) cinsiyyət hüceyrəsi, qametosit və ya fərqlənməmiş kök hüceyrə xaricində çoxhüceyrəli bir orqanizmin bədənini meydana gətirən hər hansı bir bioloji hüceyrədir . Bir orqanizm cisminin tərkibində iştirak edən və ikili bölünmə və mitotik bölünmə prosesində bölünən hüceyrə somatik hüceyrə adlanır. Bunun əksinə olaraq, qametlər cinsi çoxalma zamanı birləşən hüceyrələrdir, cücərmə hüceyrələri qametləri əmələ gətirən hüceyrələrdir və kök hüceyrələr mitoz yolu ilə bölünərək müxtəlif ixtisaslaşmış hüceyrə tiplərinə ayrılan hüceyrələrdir. Məsələn, məməlilərdə somatik hüceyrələr bütün daxili orqanları, dəri, sümüklər, qan və birləşdirici toxuma təşkil edirsə, məməlilərin cücərmə hüceyrələri sperma və yumurta əmələ gətirir, bu da mayalanma zamanı birləşərək ziqota adlı bir hüceyrə əmələ gətirir və fərqləndirir. İnsan bədənində təxminən 220 növ somatik hüceyrə var. Nəzəri olaraq bu hüceyrələr cinsi hüceyrələr deyil. Mutasiyalarını hüceyrə nəsillərinə (varsa) ötürürlər, ancaq orqanizmin nəsillərinə deyil. Bununla birlikdə, süngərlərdə fərqlənməmiş somatik hüceyrələr cücərmə xəttini meydana gətirir və Knidariyada fərqli somatik hüceyrələr cücərmə xəttinin mənbəyidir. Mitotik hüceyrə bölgüsü yalnız diploid somatik hüceyrələrdə müşahidə olunur. Cinsiyyət hüceyrələri kimi yalnız bir neçə hüceyrə çoxalmada iştirak edir.
Şahin Sinaria
Şahin Sinaria - yazıçı, tərcüməçi. == Həyatı == Şahin Ərşad oğlu Əliyev 1965-ci ildə Laçın rayonunda anadan olub. Bakıda Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirib, sonra isə Tiflis Kino Akademiyasını bitirib. 1990-cı ildə Sankt-Peterburqa "Lenfilm"də işləməyə dəvət alıb və bir film çəkibdir, lakin filmin nümayişinə icazə verilməyərək qadağa qoyulub. 1995-ci ildən Fransada yaşayan Şahin Sinarianın fransız dilində bir neçə kitabı dərc olunub. 10-dək əsəri teatrlarda səhnələşdirilib. 2005-ci ildə pyeslərinə görə Avropa ssenaristləri müsabiqəsinin qalibi olub. Azərbaycan yazıçılarından Cəlil Məmmədquluzadənin, Elçin Əfəndiyevin, Ramiz Rövşənnin, Rəşad Məcidin kitablarını fransız dilinə tərcümə etmiş. Fransada Ayaz Salayevin, Bəxtiyar Xanızadənin, Mehriban Zəkinin gecələrini təşkil etmiş, Fransada Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun, ədəbiyyatının təbliğində çox böyük işlər görmüşdür. Şahin Sinaria aktyor kimi fəaliyyət göstərməsə də öz əsərlərini bir çox teatrlarda səhnələşdirmişdir.
Şimalın Venesiyası
Şimalın Venesiyası — Şimali Avropa və ya Şimali Amerikada kanalları olan müxtəlif şəhərlərə verilən ümumi ad. Bu ad İtaliyanın öz kanalları ilə tanınan Venesiya şəhərinə istinad edir. Bəzi şəhərlər (məsələn, Amsterdam) əsrlərdir bu statusa malik olduğu halda, digər bir sıra şəhərlər (məsələn, Birminhem) yaxın keçmişdə bu ləqəblə tanınmağa başlayıb.
Janna Samari
Aktrisa Janna Samarinin portreti (fr. Portrait de Jeanne Samary) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1877-cı ildə çəkilmiş rəsm əsəri. Janna Samarinin bu portreti rəssamın bütün yaradıcılığında ən impressionist portretlərdən biri hesab olunur, eyni zamanda gülümsünən və dalğın qadın zərif mavi-yaşıl donunda çəhrayı fonda təsvir edilmişdir. Rəssamın iş üslubu çox sərbəstdir, bəzən bu hal lap saymazyanalığa qədər öz əksini tapır, lakin elə bunun özü qeyri-adi təzəlik, ruhən aydınlıq və sakitlik ovqatı yaradır.
Müharibənin siması
"Müharibənin siması" (isp. La Cara de la Guerra) — ispan rəssamı Salvador Dalinin 1940-cı ildə çəkilmiş rəsm əsəri. Rotterdam şəhərində yerləşən Boymans Van Böningen muzeyində saxlanılır. == Haqqında == Rəsm əsəri rəssamın səkkiz il yaşadığı və ümumdünya şöhrətinin zirvəsinə çatdığı ABŞ-də çəkilmişdir. Əsərin süjeti qeyri-adi dərəcədə vahid istiqamətə malikdir. Dali burada "böhranlı paranoid üslubu"ndan daha çox simvolizmin vasitələrini qabardır. Kətan üzərində fısıldayan ilanlarla əhatə olunmuş, kəllə sümüyünə bənzər baş təsvir edilmişdir. Göz və ağız boşluğu da daxil olmaqla, başın hər üç dəliyində kəllə yerləşdirilmiş və onların da içi kəllələrlə işlənmişdir. Buna görə də baş "saysız-hesabsız ölümlə doldurulmuşdur".Əsərin aşağı sağ tərəfində Salvador Dalinin əl izini görmək mümkündür. == İstinadlar == == Xarici keçidlər == Müharibənin siması Arxivləşdirilib 2009-11-02 at the Wayback Machine (ing.) Salvador Dalinin rəsm qalereyasında.
Siarak (Urmiya)
Siarak (fars. سيارك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (8 ailə).
Silark boğazı
Silark boğazı (ing. Sealark Channel) - Solomon adaları qurupuna daxil olan Quadakanal adası ilə Florida adalarını bir-birindən ayırır. Burada Tayvu burnu yerləşir. Üstəlik adalar arasında kiçik mərcan adaları vardır ki, onların sayəsində üç boğaz əmələ gəlir. Misal: Nqqela boğazı ,Silark və Lenqo boğazı. Bu boğazlar özləridə İndispenseybl boğazı və Ayron-Botton boğazını birləşdirirlər. Boğazın eni 2,7 km təşkil edir. Bu üç boğaz İkinci Dünya müharibəsinə qədər Silark boğazı adlanırdı.
Simarə İmanova
Simarə Cəmaləddin qızı İmanova — Qran-Pri mükafatçısı, xanəndə, Azərbaycan Respublikasının Xalq artisti (14 sentyabr 2012). == Həyatı == 1975-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. 1994-cü ildə A.Zeynallı adına musiqi texnikumuna, xalq artisti Ağaxan Abdullayevin sinfinə daxil olmuşdur. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" festivalında, 46 ölkə müsiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri" yə layiq görülmüşdür. Festivaldan qayıtdıqdan sonra dahi öndərimiz Heydər Əliyev tərəfindən (1997-ci il) Əməkdar artist fəxri adına layiq görülmüşdür. Milli opera səhnəsində ən gənc Leyli obrazını canlandırmışdır. 1998-ci ilin martın 8-də "İlin qadını" mükafatına layiq görülmüşdür. Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrini bitirib, hal-hazırda həmin universitetdə müəllim işləyir. Bir çox xarici ölkələrdə, Fransa, ABŞ, Hollandiya, Cənubi Koreya, Özbəkistan, Gürcüstan, Rusiya, İran, Türkiyə, Almaniya və s. Ölkələrdə milli musiqimizi uğurla təmsil etmişdir.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbrüstü abidə qorunub saxlanılmışdı.
Şikari dastanı
Şikari dastanı – qəhrəmanlıq mövzusunda olan bu dastan islamiyyətin yayılması motivi əsasında yaranmışdır. Dastan keçən əsrin 60-70- ci illərindən etibarən Təbriz aşıqları tərəfindən sürəkli repertuarlara salınmış, ancaq dastanın həcmi böyük olduğundan yalnız müəyyən qolları məclislərdə aşıqlar tərəfindən söylənilmişdir. Dastanın tam variantda ifa edilməməsi nəticədə müxtəlif mətnlər arasında əlaqəsizliyə gətirib çıxarmış, daha sonrakı mərhələdə tam mətninin toplanılmasında müəyyən çətinliklər yaratmışdır. Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənən “Şikari” dastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanmışdır. “Şikari” dastanı ənənəvi qəhrəmanlıq dastanlarına uyğun çoxşaxəli qollar üzərində qurulmuşdur. Dastanın məzmunu şah Daranın oğlu Şikarinin İslam dinini yaymaq uğrunda mübarizəsi ilə bağlı olaraq müxtəlif ölkələrə səyahətini, eyni zamanda ailə-məişət məslələrinin də yer aldığı hadisələri əhatə edir. “Şikari”də hadisələrin inkişaf nöqtəsi bir çox dastan və nağıllarda motivləşən iki qardaşın rəqabətindən başlanır. Belə ki, Rum şahı Daranın Ərçə adlı oğlu qardaşı Şikarinin atası tərəfindən vəliəhd seçilməsini qəbul edə bilmir, ov bəhanəsiylə Şikarini saraydan uzaqlaşdırıb uzaq bir səhrada quyuya salır. Şah Daraya isə Şikarini ovda şirlərin parçalaması xəbərini verir. Keyvan tacir tərəfindən quyudan azad olunan Şikari onunla birlikdə ölkələri dolaşıb İslamı yaymaq uğrunda mübarizəyə qoşulur.
Şimali Afrika
Şimali Afrika (ərəb. شمال أفريقيا‎, ( kabil dili — Tafriqt ugafa) — 10 milyon kvadrat kilometr ərazini əhatə edən, Afrika qitəsinin şimal hissəsində yerləşən sahə. Çox hissəsini Saxara səhrası tutur. Ərazidə aşağıdakı ölkələr yerləşir: Misir Liviya Əlcəzair Tunis Mərakeş Mavritaniya Qərbi Saxara SudanBunların əksəriyyətinin ərazisi 1 milyon км²-dən çoxdur. Sudan və Əlcəzairin isə əraziləri 2 milyon км²-dən çoxdur. Kanar adaları, Eritreya, Həbəşistan və Madeyra da bəzən bu bölgəyə aid edilir.
Şimali Alföld
Şimali Alföld (mac. Észak-Alföld) — statistik (NUTS 2) Macarıstan regionu, Xaydu-Bixar, Yas-Nadkun-Solnok, Sabolç-Satmar-Bereq medyeler daxildir. Şimal-qərbdə Ukrayna , cənub və cənub-qərbdə Rumıniya ilə sərhəddir . Regionun sahəsi — 17729 km² (Şimali Alfölddən sonra ikinci ən böyük sahəsi). Əhalisi — 1,481,922 nəfərdir (2011-ci ilin məlumatları). Şimali Alföld Macarıstanın ən iqtisadi zəif bölgəsi sayılır. Xüsusi vergi və sənaye zonalarının yaradılmasına baxmayaraq, infrastrukturun olmaması səbəbindən bölgədə investisiyaların həcmi artmır. 2001-ci ildə işsizlik səviyyəsi 7,5% olmuşdur. Şimali Alföldin əsas hissəsi əkinçilikdə istifadə olunur, regionda inkişaf etmiş bir dərman sənayesi var. Şimali Alfölddə ən diqqət çəkən yerlərdən biri Xortobad Milli Parkıdır.
Şimali Amerika
Şimali Amerika — Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad. Şimali Amerika materikinin sahəsi 24.247 (adalar ilə birlikdə 24.365) milyon kv. km-dir. Böyüklüyünə görə Avrasiya və Afrikadan sonra üçüncü böyük materikdir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya burada yerləşir. Materikin dəniz səviyyəsindən ən yüksək nöqtəsi Mak-Kinli dağıdır (6194m). Mak-Kinli dağı Alyaska yarımadasının şimalında yerləşir. Dəniz səviyyəsindən ən aşağı nöqtəsi isə Ölüm dərəsidir(-86m).
Şimali Andaman
Şimali Andaman adası (ing. Nouth Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük adalardan biri. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1376 km². Adada 42 163 nəfər yaşayır. Adanın ən böyük yaşayış məntəqəsi Diqlipurdur. == Coğrafiya == Adanın ən hündür nöqtəsi Seddl-Pik dağıdır (738 m). Şimali Andaman zəlzələlər baxımından zəngin ərazidə yerləşir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. == İqtisadiyyat == Ada iqtisadiyyatının əsasını çəltik və portağal satışından gələn gəlir təşkil edir.
Şimali Asiya
Şimali Asiya — Bu region Asiya qitəsinin çox böyük bir hissəsini tutmuşdur . İnzibati cəhətdən Rusiya Federasiyasının Ural dağların dan şərqdə yerləşən geniş bir ərazisini əhatə edir . Şimal Buzlu okeanından Mərkəzi Asiyaya - Monqolustan və Çin sərhədlərinə , Ural dağlarından Sakit okean sahillərinə qədər uzanır . Mürəkkəb relyefə , çox təzadlı təbii şəraitə , zəngin təbii ehtiyatlara malik olması regionun əhəmiyyətini çox artırır . Geniş düzənliklər və hündür dağ sistemləri regionun relyefinin ümumi mənzərisini müəyyən edir. Orta Sibir yaylası , Verxoyansk , Çersk , Baykalətrafı dağlar Sixote - Alin , Sta Şimalda çayların ətrafında ovalıqlar geniş sahə tutur ( Mərkəzi novoy , Cuqcur , Koryak dağları regionun əsas relyef formalarıdır . Yakutiya ovalığı və s . ) . Ərazinin çox hissəsi platforma sahəsinə aid Burada fəaliyyətdə olan vulkanlar ( məsələn , Klyuçevskaya Sopka ) , qeyzerlar diqqəti cəlb edir , güclü zəlzələlər tez - tez təkrarlanır . Coğrafi mövqeyi regionun təbii şəraitində də həlledici rol oynayır .
Şimali Avropa
Şimali Avropa — Avropanın şimalında tarixi-geosiyasi bölgə. Bu bölgəyə 5 ölkə — İsveç, Norveç, Finlandiya (Svandinaviya ölkələri), Danimarka və İslandiya daxildir.
Şimali Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə sərhədə malikdir .
Şimali Brabant
Şimali Brabant — Niderlandda yerləşən və Belçika ilə hüdudlanan ərazidir. Ən böyük şəhəri Eyndhovendir.