Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəfaət
Şəfaət kəlməsinin kök mənası "bir şeyi digərinə yapışdırmaq"dır. Bu kəlmə qüvvətli fərdin zəif bir fərdə köməyi mənasında da işlədilmişdir. Bu sözün adi dildə və şəriətdə iki müxtəlif mənası vardır. 1. Ümumi dildə, şəfaət edən şəxs öz nüfuzundan istifadə edərək, qüdrət sahibinin cəza sahibinə qarşı fikrini dəyişir. Bəzən öz nüfuzundan istifadə edərək, bəzən də qorxudaraq bu işi görür. Bəzən isə insan səhvən cəzalandırılır. Burada şəfaət şəfaətçinin fikri və istəyi ilə baş tutur. Bu növ şəfaət heç bir məzhəbdə qəbul olunmur. Çünki Allah Təala heç kəsdən qorxmur, nə də səhvən birinə cəza vermir ki, kiminsə təsiri ilə öz səhvini başa düşə.
Şəfaət Mehdiyev
Mehdiyev Şəfaət Fərhad oğlu (15 dekabr 1910, İran – 15 dekabr 1993, Bakı) — Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor. Şəfaət Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olmuşdur. Neftin mənşəyinə, Azərbaycan geologiyası, tektonikası və neftli – qazlığına dair çoxsaylı monoqrafiyaların, xəritələrin, ali məktəblər üçün sanballı dərsliklərin müəllifidir. Şəfaət Mehdiyev 1910-cu il dekabr ayının 15-də İranın Sərab vilayətinin Şalqun kəndində dünyaya göz açmışdır. 4 yaşında atasını itirmiş, uşaqlığı Bakının Sabunçu qəsəbəsində keçmiş və orada birinci dərəcəli məktəbi bitirmişdir. Ailəni saxlamaq üçün o, oxumaqla yanaşı, həm də işləyirdi. 1930-cu ildə Ş. Mehdiyev M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fəkültəsinə daxil olur. Çalışqanlığı və dərin biliyi ilə tezliklə tələbə yoldaşlarının və müəllimlərinin diqqətini cəlb edir. 1932-ci ildə onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor P. P. Suşinskinin "Kristalloqrafiya kursu" kitabı nəşr olunur. Bu kitab 20–25 il ərzində respublika institutlarının Azərbaycan bölmələrində dərslik kimi istifadə edilir.
Şəfaət kilsəsi (Qaqra)
Qaqra kilsəsi (gürc. გაგრის ეკლესია), Abaata, Müqəddəs Qaqralı İpati kilsəsi və ya Qaqra Müqəddəs Bakirənin himayəsi kilsəsi — Gürcüstanın Qaqra şəhərində erkən orta əsr xristian kilsəsi. Abxaziyadakı ən qədim kilsələrdən biridir. VI əsrdə inşa edilən və 1902-ci ildə yenidən qurulan sadə bazilikadır. Qaqra kilsəsi Abaata kimi tanınan müasir qala ərazisində yerləşir. Hal-hazırda xarabalıq halındadır. Tikintisində ağ daşdan istifadə olunmuşdur. Əsas giriş qərb tərəfdə yerləşir. Kilsədəki otaqlar qapılar ilə bir-birinə bağlanır. Əsas otaq cənub divarındakı üç pəncərə, qərb divarında və qurbangahda olan pəncərə ilə işıqlandırılır.
Şəfaət kilsəsi (Rostov-na-Donu)
Müqəddəs Məryəmin Şəfaət Kilsəsi (rus. Церковь во имя Покрова Пресвятой Богородицы) — Rostov-na-Donudakı ən qədim kilsələrdən biri (bu şəhərdəki ilk kilsə olduğuna dair mövcud yanlış fikir var). Orijinal bina təxminən Bolşaya Sadovaya küçəsinin küncündə yerləşirdi. Vaxt keçdikcə bir qədər Boqatyanovski Xiyabanına (indiki — Kirov prospekti) tərəf irəlilədi. 1762-ci ildə Çerkassk yaxınlığında (indiki — Starocherkasskaya kəndi) yerləşən Müqəddəs Anna qalasının sökülməsindən sonra, burada yerləşən Müqəddəs Mühafizə Kilsəsinin yeni tikilmiş Dimitri kilsəsinə daşınması qərara alındı. Kilsə söküldü, bütün qeydlər nömrələndi və seçilmiş yerə nəql edildi. Kahinlərin hamısı və camaatın əksəriyyəti əsgər idi. İlk kilsə binasının dəqiq yeri — Kirov ictimai bağının şimal-şərq çuxuru, 2003-cü ildə, arxeoloji tədqiqatlar zamanı aşkar edilmişdir. Zaman keçdikcə daha böyük bir kilsəyə ehtiyac artdı. 1781-ci ildə baş komendant general-mayor Simon Quryev yeni və daha böyük bir kilsənin təşkili və köhnəlmiş kilsənin yerini dəyişdirməyə görə icazə istəmək üçün Sloveniya və Xerson yeparxiyasının başçısı arxiyepiskop Nikiforova müraciət etdi.
Sənətçi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Yaralı şəfaçı
Yaralı şəfaçı — psixoloq Karl Yunq tərəfindən irəli sürülən termin. Terminin mahiyyəti odur ki, psixoanalist özü "yaralı" olduğu üçün özünü pasiyentləri sağaltmağa məcbur hiss edir. Bu ideyanın kökünün yunan mifologiyasından gəldiyi ehtimal olunur. Araşdırmalar göstərir ki, konsulerlərin ve psixoterapevtlərin 73,9%-i onların məhz bu peşəni seçmələrinə səbəb olan bir və ya daha çox yaralanma təcrübəsi yaşayıb. Psixoanalistlə pasiyent arasındakı münasibət fərqli ola bilər: Psixoanalist öz yaralarından xəbərdardır. Bu yaralar müəyyən vəziyyətlərdə, xüsusilə də pasiyentin yaraları özününkünə bənzəyirsə, aktivləşə bilər. Analiz olunan yaralar psixoanalistin öz yaralarına təsir edir. O, şüurlu və ya şüursuz şəkildə bunu pasiyentə ötürür, bu da öz növbəsində psixoanalist ilə pasiyent arasında şüursuz bir əlaqənin yaranmasına səbəb olur.
Zohreh Sefati
Yaqub Rzayev (sənətçi)
Yaqub Kazım oğlu Rzayev (1898, Bakı – 1975, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Yusif Dadaşov 1898-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyovun "Koroğlu" operasındakı Koroğlu obrazında bu partiyanın ifaçısı Bülbüllə ilk roldaş (dublyor) olub. Lirik-dramatik tenor səsə malik Yaqub Rzayev Moskvadakı Böyük Teatra sənət təcrübəsi keçməyə göndərilmiş ilk peşəkar azərbaycanlı solist-ifaçıdır. O, 1975-ci ildə Bakıda vəfat edib.
Yekaterina Volkova (sənətçi)
Nadir Hüseynov (sənətçi)
Nadir Hüseynov — Azərbaycanın tanınmış aktyoru və bədii qiraətçi, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən, Azərbaycanın əməkdar müəllimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Nadir Qəribağa oğlu Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsinə daxil olub. İnstitutu bitirdikdən sonra bir müddət Lənkəran Dövlət Teatrında işləyib. 1977-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki Tədris teatrında aktyor işləyib, sonra isə “Səhnə danışığı” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Nadir Hüseynovun ilk uğuru 1975-ci ildə Lelinqradda keçirilən Ümumittifaq bədii qiraətçilər müsabiqəsindən başlayıb. O, bu müsabiqənin diplomantı olub. Sonrakı illərdə N.Hüseynov televiziya verilişləri, yubileylər, tədbirlər də aparıcı olub. Xüsusilə də Azərbaycan Dövlət Televiziyasında “Ozan” folklor toplusu verilişinin aparıcı olub, O bir mütəxəssis müəllim kimi uzun müddətdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Səhnə danışığı" fənnini tədris edir. Ölkənin tanınmış sənət xadimlərinin müəllimi olub.
Akif Musayev (sənətçi)
Akif Hacıbaba oğlu Musayev (26 iyun 1942) — film direktoru, icraçı prodüser, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. == Həyatı == Akif Musayev 26 iyun 1942-ci ildə anadan olub. Əməkdar incəsənət xadimidir.
Həsən Həsənov (sənətçi)
Həsən Həsənov (7 iyul 1950, Faxralı, Bolnisi rayonu – 6 aprel 2021, Bakı) – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). == Həyatı == Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib. 1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin "Öz fəaliyyət teatr kollektivinin rəhbəri" fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunmuşdur. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikomu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub.
Səfəvilərin Avropa səfarəti (1599–1602)
Səfəvilərin Avropa səfarəti (1599–1602) — Şah I Abbas tərəfindən Osmanlı imperiyasına qarşı Avropadakı bəzi qüvvələr ilə müttəfiq olmaq üçün göndərilmiş diplomatik heyət. Demək olar ki, yarandıqları ilk dönəmdən etibarən Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi. Müharibə fasilələrlə bir əsrə yaxın idi ki, davam etməkdə idi. Sonuncu dəfə 1590-cı ildə imzalanmış İstanbul müqaviləsi Səfəvilər üçün ağır şərtlərlə imzalanmışdı və I Abbas itirdiyi torpaqları geri qaytarmaq barədə planlar qurmaqda idi. Heyətin qarşısında qoyulmuş ən böyük məqsəd Osmanlıya qarşı Səfəvi imperiyası ilə ittifaq bağlayacaq, onunla eyni zamanda Osmanlı imperiyasına müharibə elan edəcək qüvvələr tapmaq idi. Səfarət heyəti bir səfirdən və onun 4 katibindən ibarət idi. Heyətin səfiri Hüseynəli bəy Bayat, onun birinci katibi Oruc bəy, onun oğlu Sultanəli bəy, Hüseyn Əli bəyin qardaşı oğlu Əliqulu bəy və başqa iki nəfərdən ibarət idi. Heyətə ingilis macərapərəst Ser Antoni Şirli idi. O, 1599-cu ilin mayında 25 nəfər başqa ingilislə birlikdə Venesiyadan gəlmiş və Şah I Abbasın sevimlisi olmuşdu. Buna qədər də, İngiltərə ilə Səfəvilər arasında bir neçə əlaqə olmuşdu.
Səfəvilərin Avropa səfarəti (1609–1615)
Səfəvilərin Avropa səfarəti (1609–1615) — Səfəvi şahı Şah I Abbas tərəfindən 1609-cu ildə Avropaya göndərilmiş elçilik nəzərdə tutulur. Diplomatik nümayəndə heyətinin göndərilməsində məqsəd Osmanlı imperiyasına qarşı Avropa dövlətlərinin dəstəyini qazanmaq idi. Heyətə ingilis olan Robert Şirli rəhbərlik etmişdir. Səfəvi imperiyası artıq bir əsrə yaxın idi ki, Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi, beləliklə onlar Osmanlı imperiyasına qarşı Avropanın dəstəyini qazanmaq üçün cəhd etmək qərarına gəldilər. Ərazi üzərində düşmənlikdən əlavə olaraq, Osmanlı ilə Səfəvi imperiyaları arasında dini zəmində olan düşmənçilik də mövcud idi. Beləki, Səfəvi imperiyası şiəliyin müdafiəçiləri kimi çıxış edirdilərsə, Osmanlı imperiyası da sünniliyin müdafiəçiləri kimi çıxış edirdilər. Səfəvilər xüsusilə Katolik Avropanın (Habsburqlar, İtaliya və İspaniya) dəstəyini qazanmaqla, Fransa-Osmanlı yaxınlaşmasını balanslamaq niyyətində idilər. Bu zaman Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idilər. Bu müharibə 1603–1618-ci illərdə davam etmişdir. Bu səfarət heyəti Səfəvilərin 1599–1602 Avropa səfarətinin ardı mahiyyətindədir.