Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaşayış binası (Şəhəryanı küçəsi, 144)
Şəhəryanı küçəsi, 144 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Evin qalın divərləri daxildən əhəmiyyətli dərəcədə yarılaraq, divar daxili şkaf yerləri yaradılıb. İnteryerin əsas diqqət çəkən iştirakçısı güclü profilləndirilmiş çərçivəyə malik olan və daşıyıcı divarda yerləşdirilmiş buxarıdır. Ləmə üsərində yerləşdirilmiş küncləri kronşteynli dayaz nişlər divar səthini tamamlayır. Daşıyıcı divar içində yerləşdirilmiş pilləkən yayda istirahət üçün nəzərdə tutulmuş dam verandasına aparır. Günəşin yüksək vaxtı evin şüa tutan divarlarında pəncərə yerləri yoxdur ki, bu da gün ərzində otaqlarda sərin havanı saxlamağa imkan verir. Dama aparan pilləkənin şüavari həll edilmiş giriş yeri üzərində incə profillənmiş tağ yerləşir. Yaxşı kölgələnmiş səliqəli verandanın ritmik düzülmüş, özünəməxsus kronşteynli səkkizguşəli taxta sütunları və incə yonma işli taxta çəpərləri tikilinin fasadının xarakterik xüsusiyyətlərini formalaşdırır. Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана.
Şəhərbağı
Şəhərbağı — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd inzibati-ərazi vahidi tərkibindəki Şəhərbağı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Şəkəryazı (Salmas)
Şəkəryazı (fars. ‎شكريازي‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,245 nəfər yaşayır (438 ailə).
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü və ya 1722-23 Rusiya-Səfəvi müharibəsi — Rusiya imperiyasının Səfəvi imperiyasına məxsus olan Cənubi Qafqaza və Dağıstana öz quru qoşunları və donanması ilə etdiyi yürüş nəzərdə tutulur. Yürüşün rəsmi şəkildə elan edilən məqsədi rus tacirləri üçün Asiyanın qapılarını açmaq və onları quldurların hücumlarından qorumaq idi. Həmçinin iddia edilir ki, yürüşün məqsədlərindən biri də Cənubi Qafqazdakı ləzgiləri cəzalandırmaq idi. Yürüş ruslar üçün uğurla nəticələndi. Səfəvi imperiyası ilə 1723-cü ildə imzalanan Peterburq müqaviləsi ilə Rusiya imperiyası Xəzər sahilində mühüm torpaqlar əldə etsə də, bunu sona qədər qoruyub saxlaya bilmədi. II Təhmasib bu müqaviləni ratifikasiya etmədi. Ruslar əldə etdikləri torpaqların ilhaqını Osmanlı ilə imzalanmış İstanbul müqaviləsi ilə təstiqlətməyi bacardılar. Lakin Nadir xan Əfşarın uğurlu hərbi yürüşləri nəticəsində 1735-ci il Gəncə müqaviləsi ilə ruslar bölgəni tamamilə tərk etdilər. 1701-ci ildə erməni İsrail Ori, Erməni Kilsəsindən siyasi olaraq güclü və nüfuzlu şəxs olan Minas Tiqranyan ilə birlikdə Moskvaya gedərək Çar Pyotr ilə görüşdü. Görüşün məqsədi rusların Qafqazda Ermənistan qurmaq üçün ermənilərə dəstəyini təmin etmək idi.
Şəhəryeri
İranda Ərdəbil vilayətinin Meşkinşəhr şəhərində arjg Kəndində yerləşən 8 min il öncəyə çıxan tarixi məntəqə. 400 hektarlıq sahədə yerləşən Şəhəryeri əsasən üç hissədən ibarətdir: Qoşa Təpə, Hərbi Qala və Ağızsız İnsanlar heykəli. Şəhəryeri olaraq bilinən qədim bölgə, Ərdəbildən 65 km və Meşkinşəhrdən 31 km şərqdə Qarasu çayı kənarında yerləşir. Şəhəryerində ilk arxeoloji işlər 1947-ci ildə ingiltərəli arxeoloq Charles Allen Burney tərəfindən başlayıb. Burney bu bölgəni Ərcəq qalası adlandırmışdır.
Şəhrbani
Şəhrbani (fars. شهربانی‎; hərf. Şəhər polisi), əvvəllər Nəzmiyyə (fars. نظمیه‎, hərf. Nizam xidməti) — İranda şəhərlərdə polis vəzifələri olan bir hüquq-mühafizə qüvvəsi. Qacarlar sülaləsi dövründə əsası qoyulmuş, nəticədə 1991-ci ildə kənd və yol polisi Jandarma və İslam İnqilabı Komitələri ilə birləşdirilərək İran İslam Respublikasının (Fərəcə) Hüquq-Mühafizə Komandanlığı yaradılmışdır.